Icma.az
close
up
RU
Prezidentin stop qoyduğu məsələ Pərdəarxası məqamlar bilindi

Prezidentin stop qoyduğu məsələ Pərdəarxası məqamlar bilindi

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Prezident İlham Əliyevin “Euronews” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər maraqla qarşılanıb. Ölkə başçısı bildirib ki, Azərbaycan artıq Avropa Parlamentinin tənqidinə reaksiya vermir.

Sitat: “Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət müstəqil siyasətimizi həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, qüvvələrin fəaliyyətinin nəticəsidir. Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası (AŞPA) ilə istənilən əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik”.

Qeyd edək ki, artıq bir neçə ildir Bakı Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını da icra etmir. Bildirilir ki, bu proseslər Avropadakı beynəlxalq təşkilatların zəiflədiyini, beynəlxalq siyasətdə o qədər də təsirli olmadığını göstərir.

Avropa təsisatlarının tənqidi Azərbaycan üçün niyə əhəmiyyətsizləşdi?

Globalinfo.az-a danışan deputat Aydın Hüseynov deyib ki, Avropa Şurası və Avropa Şurasının Parlament Assambleyası uzun illər ərzində Azərbaycana münasibətdə açıq şəkildə ikili standartlar nümayiş etdirib:

“Xüsusilə Azərbaycanın əraziləri Ermənistanın işğalı altında olduğu dövrdə, Birləşmiş Millətlər Təşkilatının (BMT) bunu pisləyən və Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin mövcudluğuna baxmayaraq, AŞ Azərbaycanla bağlı heç vaxt birmənalı və prinsipial mövqe ortaya qoymayıb. Bizim bir milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyimiz zamanda belə, hər iki təşkilat humanitar faciəyə lazımi siyasi-hüquqi qiymət verməyib. Əksinə, ölkəmizə qarşı zaman-zaman qərəzli və aqressiv mövqe nümayiş etdirib. Bu yanaşma Azərbaycanın haqlı mövqeyini və beynəlxalq hüquqa əsaslanan tələblərini görməzdən gəlmək demək idi. Məhz bu səbəbdən Azərbaycan AŞPA-nın ünvanına səsləndirdiyi tənqid və ittihamları ikili standartların tərkib hissəsi kimi dəyərləndirib və bu qurumlarla əməkdaşlığı haqlı olaraq dayandırıb. Bu, milli maraqlarımıza, suveren hüquqlarımıza və dövlətçilik prinsiplərimizə əsaslanan tam legitim qərardır”.

Aydın Hüseynov

Deputat bildirib ki, hazırda Avropa Komissiyası ilə Azərbaycan arasında əməkdaşlıq yüksək səviyyədə davam edir:

“Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və AŞ-a üzv olan səkkizdən artıq ölkənin mavi yanacaqla təchizatına öz töhfəsini verir. Perspektivdə isə bu əməkdaşlığın daha da genişləndirilməsi üçün ciddi potensial və real imkanlar mövcuddur. Azərbaycanın tutduğu mövqe tamamilə düzgün və əsaslandırılmışdır. Ölkəmiz milli maraqları və suveren hüquqları çərçivəsində həm daxili, həm də xarici siyasətini müstəqil şəkildə həyata keçirir. Biz demokratik dəyərlərə hörmətlə yanaşırıq, beynəlxalq münasibətlərdə beynəlxalq hüquq prinsiplərini əsas götürürük və digər dövlətlərdən də məhz bu çərçivədə münasibət gözləyirik”.

Qeyd edək ki, Azərbaycan rəsmi olaraq Avropa Şurasının Parlament Assambleyası (AŞPA) ilə əməkdaşlığı 2024-cü ilin yanvarında dayandırıb. Avropa Şurasına (AŞ) 46 ölkə üzvdür. Bu üzv ölkələr bütün Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təmsil olunurlar və konvensiyalar çərçivəsində insan hüquqları, demokratiya və qanunun aliliyi sahəsində əməkdaşlıq edirlər. Qeyd etmək lazımdır ki, bu üzvlərin sayı Rusiya Federasiyasının 2022-ci ildə təşkilatdan çıxarılmasından sonra 46-ya düşüb.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Yanvar 2026 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri