Hərbi prokuror: Zəngilanın azad edilməsi ilə gücümüz artdı
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Zəngilanın azad edilməsi ilə ölkəmizin geosiyasi gücü artdı və Qarabağ Zəfərinin hərbi-siyasi mənzərəsi tamamlandı.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Azərbaycanın Hərbi prokuroru Bəhruz Əhmədov "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfransda deyib.
O bildirib ki, bu gün bu torpaqda dalğalanan üçrəngli bayraq, dövlətimizin suverenliyinin, xalqımızın birliyinin və igid oğullarımızın qanı ilə yazılmış qələbənin rəmzidir:
"Bu qələbənin əsas dayağı və şərəf simvolu, əlbəttə ki, Azərbaycan Ordusudur. Ordumuzun mərdliyi, rəşadəti, fədakarlığı və Vətən sevgisi qarşısında dərin ehtiramla baş əyirik. Əsgərdən zabitə, hər bir döyüşçü öz qanı və canı ilə bu torpaqların azadlığı və dövlətin bütövlüyü uğrunda misilsiz qəhrəmanlıq göstərdi. Onların igidliyi, andına sadiqliyi, dövlətə və xalqa sədaqəti Zəfər tariximizin qızıl səhifələrinə yazıldı. Azərbaycan əsgəri döyüş meydanında təkcə silahla deyil, imanla, ruhla və haqq inamı ilə vuruşdu.
O, Vətən uğrunda can verərkən xalqına qürur, gələcək nəsillərə azadlıq miras qoydu".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 05 Noyabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















