Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Hamısı məhv edildi Kadırov

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Zəngilanın azad edilməsi şanlı Zəfər tariximizdir MÜNASİBƏT BİLDİRİLDİ

Zəngilanın azad edilməsi şanlı Zəfər tariximizdir MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zəngilanın azad edilməsi şanlı Zəfər tariximizin silinməz salnamələrindəndir. Bu tarixi qələbə Azərbaycan Ordusunun igidliyi, xalqımızın birliyi və cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində əldə olundu. 2020-ci ilin oktyabrın 20-si xalqımızın yaddaşına əbədi qürur və fəxarət günü kimi yazıldı. Zəngilanın erməni işğalından azad olunması Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtəsinə çevrildi. Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

O xatırladıb ki, 2020-ci il oktyabrın 20-də erməni işğalından azad olunmuş Zəngilanın ilk görüntüləri ürək ağrıdıcı idi: "Digər işğaldan azad edilmiş bölgələrimizdə olduğu kimi, erməni vandalları Zəngilanı da yerlə yeksan edib, yüzlərlə tarixi-mədəni abidələrimizi, o cümlədən bəzilərinin tarixi bizim eradan əvvəlki dövrlərə aid olan qədim nekropolları dağıdıb, Zəngilan ərazisindəki faydalı qazıntı yataqlarını qeyri-leqal olaraq vəhşicəsinə istismar ediblər. Rayon ərazisindən keçən bol sulu Araz, Oxçuçay, Bəsitçay və Həkəri çayları işğal dövründə həddindən artıq çirkləndirilmişdi. Rayonun meşə örtüyü qırılıb yandırılmış, bütövlükdə bölgənin ekologiyasına uzun müddət bərpa oluna bilməyəcək dərəcədə ziyan vurulmuşdu".

Deputat bildirib ki, döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərən hərbi qulluqçularımız "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif ediliblər: "Bu, hərbi qulluqçularımıza göstərilən böyük diqqətin növbəti təsdiqidir. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 20 oktyabr Zəngilan Şəhəri Günü kimi müəyyən olunub. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Böyük Qayıdışın ilk addımlarından biri də məhz Zəngilan rayonunda atılıb. Belə ki, işğal dövründə ermənilərin dağıtdığı yurd yerlərimizin bərpası prosesi sürətlə davam edir. Azad edilmiş ərazilərimizə qayıdışla bağlı birinci pilot layihə də Zəngilanda icra edildi. Rayonun Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər - "ASAN", "DOST", kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayından Ağalı kəndinin sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün əminliklə deyə bilərik ki, Ağalı kəndi dünyanın ən müasir kəndlərindən biridir".

Parlamentari diqqətə çatdırıb ki, Zəngilan keçmişdə olduğu kimi indi də Azərbaycan üçün mühüm strateji əhəmiyyət kəsb edən bölgədir: “Zəngilandan keçəcək Zəngəzur dəhlizi ölkəmizin qərb bölgələrini Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirəcək. Bu dəhlizin açılması ilə uzun illər blokadada qalmış Naxçıvan Muxtar Respublikasının nəinki qərb bölgələrimizlə, eyni zamanda, bütün bölgə dövlətləri ilə birbaşa əlaqəsi təmin olunacaq. Bu, həm də tarixi Azərbaycan ərazisi olan qədim Zəngəzura yenidən qayıdışımızı təmin edəcək".

Ölkə başçısının Zəngilan rayonuna səfərlərini xüsusilə diqqətə çatdıran millət vəkili Səbinə Salmanova qeyd edib ki, işğaldan azad olunan Zəngilan rayonuna Prezident İlham Əliyev müxtəlif vaxtlarda 10-dan çox səfər edib. Böyük fəxarət hissi ilə deyə bilərik ki, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına daxil olan bütün rayonlarda olduğu kimi Zəngilan rayonunda da bərpa və quruculuq işləri sürətlə və planlı şəkildə davam etdirilir. Cənab Prezidentin bütün səfərlərində mühüm infrastruktur obyektlərinin təməqoyma mərasimləri olub. Mühüm infrastruktur obyektləri arasında Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması, eləcə də Zəngilan Beynəlxalq Hava Limanının açılışı xüsusilə qeyd edilməlidir. Bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.
Horadiz-Zəngilan-Ağbənd dəmir yolu isə azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Sonda qeyd edim ki, hazırda işğaldan azad edilən digər ərazilərimiz kimi Zəngilan şəhəri və kəndlərində də genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Tezliklə Zəngilan respublikamızın ən gözəl şəhərindən birinə çevriləcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Oktyabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see387

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see370

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see308

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see301

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see301

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see296

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see288

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see272

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see241

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see231

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see228

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see223

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see221

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see219

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see204

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see194

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see173

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri