Icma.az
close
up
RU
Zəngilanın azad edilməsi: Yeni perspektivlər

Zəngilanın azad edilməsi: Yeni perspektivlər

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

20 Oktyabrın 2020-ci ildə bütün Azərbaycan xoş bir xəbərə sevindi. Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Zəngilanın işğaldan azad olunmasını sevinclə bildirdi. 27 il dədə-baba yurdundan didərgin düşən zəngilanlılıların sevincini heç bir sözlə ifadə etmək olmurdu. Artıq Zəngilan işğaldan azad olunmuş rayonlarımız sırasındadır.

Zəngilan Azərbaycanın ən qədim guşələrindən biridir. Zəngilan rayonu Azərbaycan Respublikasının dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi. Münaqişədən əvvəl orada 35 min adam yaşayırdı. Ümumi ərazisi 730 kv.km olan rayonun mərkəzinin və 83 kəndinin işğalı nəticəsində yüzlərlə adam həlak olmuşdur. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşmuşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışlar.

Bütün işğaldan azad olunmuş bölgələr kimi Zəngilanda da işğalın, düşmənin barbarlığının izləri hər addımda görünürdü. Burada daş-daş üstdə qalmamışdı, bütün evlər dağılıb, damı, pəncərələri sökülüb, aparılıb, ağacları kəsilib, qəbiristanlıqlar, tarixi abidələr yerlə yeksan edilib, hər yer xarabaya çevrilmişdir.

Zəngilanlılar işğal müddətində heç vaxt ümidlərini itirmədilər. Zəngilan həsrəti ilə yaşayan bu insanlar bütün çətinliklərə baxmayaraq, doğma torpaqlarının işğaldan azad olunacağı günü düz 27 il gözlədilər. Əmin idilər ki, Zəngilana qayıdacaqlar və o gün gəldi. Çünki Ulu Öndər Heydər Əliyev və onun siyasətini davam etdirən Ali Baş Komandan İlham Əliyev zəngilanlılara Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağı sözünü vermişdi. Təxminən 30 il sonra o gün gəlib çıxdı, onlar öz torpaqlarına, yenidən şirin həyatlarına qayıtdılar.

 44 günlük Vətən müharibəsinin ən yadda qalan günlərindən biri də oktyabrın 20-də Zəngilan şəhərinin işğaldan azad olunması oldu. Həmin gün Zəngilan şəhərində olan Azərbaycan hərbçiləri bununla bağlı Azərbaycan Prezidentinə məruzə etdilər. Məruzədə deyilir: “Möhtərəm cənab Prezident, cənab Ali Baş Komandan, əmrinizə uyğun olaraq məruzə edirəm ki, Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunmuşdur. Hazırda Azərbaycan bayrağı dalğalanmaqdadır. Yaşasın, Azərbaycan! Yaşasın, Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”. Xalqımız, eləcə də zəngilanlılar bu tarixi Zəfəri 27 il idi ki çox böyük səbirsizliklə gözləyirdi. Artıq 20 oktyabr Zəngilan şəhər günü elə Zəngilanda da qeyd olunur.

Məlumdur ki, Prezident İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında işğaldan azad edilən tarixi torpaqlarımızda irimiqyaslı işlər həyata keçirilir. Hər zaman çıxışlarında "bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq", söyləyən dövlət başçısı bildirir ki, bu istiqamətdə qarşıya qoyulan bütün hədəflər təmin edilir. O cümlədən də 30 il ərzində əziyyət, mənəvi əzab içində yaşamış köçkünlərin qısa müddət ərzində öz doğma torpaqlarına qaytarılması üçün mühüm layihələr gerçəkləşdirilir. 2022-ci ilin 20 oktyabrında işğaldan azad olunmuş torpaqlarımızda ikinci Beynəlxalq Hava Limanı olan Zəngilan Beynəlxalq Hava Limanının Türkiyə və Azərbaycan liderlərinin iştirakı ilə açılışı oldu. Şübhəsiz ki, hava limanı Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün xüsusi imkanlar yaradacaqdır.

Zəngilanın işğaldan azad olunması ilə işğal altında qalmış Azərbaycan-İran sərhədi də 132 kilometr məsafədə bərpa edildi. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri, parallel olaraq bərpa-quruculuq işləri görülməyə başladı. Heç təsadüfü deyil kl, ilk “Ağıllı kənd” layihəsi məhz Zəngilanda həyata keçirildi. Böyük qayıdış prosesinə məhz Zəngilanda start verildi. Birinci mərhələdə Yeni Ağalı kəndinə 41 ailə köçürüldü. Bu ailələr 29 il həsrətində olduqları doğma ata-baba torpağına geri dönmənin sevincini yaşadı.

Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan öz imkanları hesabına həyata keçirir. Yaxın üç ildə “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi planlaşdırılır. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir əyani göstəricisidir. Əminliklə deyə bilərik ki, əvvəlki illərdə olduğu kimi, 2025-ci ildə də Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın uğurları artmaqda davam edəcək.Bunun üçün artıq heç bir maneə yoxdur. Çünki, Zəngilan Qarabağdır, Qarabağ Azərbaycandır!

Gündüz Bayramov,

YAP Samux rayon təşkilatının sədri 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Oktyabr 2025 22:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see398

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see394

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see363

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see350

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see320

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see292

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see275

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see268

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see252

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see247

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see240

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see233

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see222

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see220

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see213

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see211

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see202

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see199

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see198

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri