Hərbi qulluqçularımız İzmirdə ixtisasartırma kursunda iştirak etdilər KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin bir qrup zabit və miçman heyəti Türkiyə Respublikasının İzmir şəhərində yerləşən Foça limanının Saruca Paşa Təlim Komandanlığında təşkil olunan “Yanğınla mübarizə” ixtisasartırma kursunda iştirak edib.
Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yanğın təhlükəsizliyi sahəsində nəzəri biliklərini və praktiki vərdişlərini artıran hərbi qulluqçularımız yanğınların yaranma səbəbləri, yayılma mexanizmləri, profilaktiv tədbirlər və effektiv söndürülmə strategiyaları üzrə müasir yanaşmaları mənimsəyib, müxtəlif növ yanğınların idarə olunması və söndürülməsi proseslərini yerinə yetiriblər.
Real şəraitdə tətbiq olunan operativ müdaxilə metodları, təhlükəsizlik protokolları və texniki vasitələrin istifadəsi üzrə bacarıqlarını təkmilləşdirən hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəliblər.
Baxış sayı:61
Bu xəbər 18 Oktyabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















