Icma.az
close
up
RU
Şəhid övladları İzmirdə IV Kosmik Düşərgə də iştirak etdilər FOTOLAR

Şəhid övladları İzmirdə IV Kosmik Düşərgə də iştirak etdilər FOTOLAR

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

23–29 avqust 2026-cı il tarixlərində Türkiyənin İzmir şəhərində yerləşən "Space Camp Turkey” mərkəzində Türk Dövlətləri Təşkilatının təşkilatçılığı ilə "IV Kosmik Düşərgə” keçirilib.

AZXEBER.COM xəbər verir ki, düşərgə "ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə "Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın birgə təşkilatçılığı və "Azərbaycan Hava Yolları" QSC-nin tərəfdaşlığı ilə reallaşdırılıb. Tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən olan 10 şəhid ailəsinin üzvü iştirak edib.

Düşərgə çərçivəsində təşkil olunan sertifikatlaşdırma mərasimində Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev iştirak edərək çıxış edib. Baş katib tədbirin təşkilinə dəstək verən qurumlara təşəkkürünü bildirərək, bu layihənin Türk Dünyasının gənc nəsilləri arasında elmi əməkdaşlığı və dostluq əlaqələrini möhkəmləndirən mühüm bir platformaya çevrildiyini vurğulayıb.

"IV Kosmik Düşərgə”nin əsas məqsədi gənc nəslin STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) sahələrinə marağını artırmaq, onların innovasiya və kosmos texnologiyaları istiqamətində bilik və bacarıqlarının inkişafına dəstək verməkdir. Düşərgə iştirakçıları kosmos elmləri, süni intellekt, robototexnika və qabaqcıl texnologiyalar sahəsində nəzəri və praktiki təlimlərə qatılıb, müasir texnoloji avadanlıqlarla işləmək imkanı əldə ediblər.

Düşərgənin ən yaddaqalan və ilhamverici məqamlarından biri şəhid övladlarının Azərbaycan əsilli Türkiyə astronavtı Tuva Cihangir Atasevər ilə görüşü olub. Qardaş ölkənin ikinci astronavtı gənclərlə zəngin kosmos təcrübəsini bölüşərək, onları gələcəyin zirvələrinİ fəth etməyə ruhlandırıb. Görüşlə yanaşı, düşərgə zamanı həftəlik intensiv proqram çərçivəsində iştirakçılar "Discovery" və "Aurora" simulyasiyalı kosmik missiyalarda iştirak edib, "Hurricane 360 VR", "RIOT 3D", sıfır cazibə divarı ("Zero-G Wall"), çoxoxlu fırlanma ("Multi-Axis Trainer") və 1/6 cazibə qüvvəsi oturacağında müxtəlif sınaqlardan keçiblər. İştirakçılar, həmçinin Mars bazasının layihələndirilməsi, raket elmi və mühəndisliyi, isti hava balonlarının və təzyiqli raketlərin hazırlanması, mikrocazibə şəraitində insan fiziologiyası, Beynəlxalq Kosmik Stansiyada suyun dövriyyəsi və Hidroponika (torpaqsız əkinçilik) laboratoriyasında elmi təcrübələr mənimsəyiblər. Günəş və gecə səması müşahidələri aparan gənclər "Star Lab" planetarisində kosmos elmlərinin incəliklərinə yiyələniblər.

Qeyd edək ki, bu ilki proqram Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Cümhuriyyətindən ümumilikdə 65 şagird və 12 müəllimi bir araya gətirib. Mərasimdə Türk Dünyasının zəngin astronomiya və elm irsinə diqqət çəkən Qubanıçbek Ömürəliyev gəncləri STEM sahələrində karyera qurmağa, gələcəyin alimləri və mühəndisləri olmağa çağırıb. TDT Baş katibi, həmçinin təşkilat çərçivəsində kosmik əməkdaşlığın artan rolunu vurğulayaraq, Türk dövlətlərinin bu sahədəki ortaq vizyonunu praktiki müstəviyə daşıyan "Birgə kub peyk layihəsi”nin (Joint Cube Satellite Project) xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Proqramın sonunda təşkil olunan təntənəli sertifikatlaşdırma mərasimində İzmir valisi Dr. Süleyman Elban, TUA sədri Yusuf Kıraç, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, ESBAŞ İdarə Heyətinin sədr müavini Dr. Faruk Güler, "Space Camp Turkey" direktoru Halime Büyükyüksel, həmçinin müəllim və şagirdlər iştirak ediblər.

Proqram çərçivəsində gənclər simulyasiya əsaslı kosmik missiyalarda iştirak edib, komanda işinə yönəlmiş tapşırıqları yerinə yetirib və interaktiv fəaliyyətlər vasitəsilə gələcəyin texnologiyaları ilə yaxından tanış olublar. Eyni zamanda, onlar beynəlxalq mühitdə ünsiyyət və əməkdaşlıq bacarıqlarını inkişaf etdirərək yeni dostluq əlaqələri qurub və qlobal düşüncə tərzini formalaşdırıblar.

KOSMİK Akademiya tərəfindən həyata keçirilən bu təşəbbüs şəhid ailələrinin övladlarının elm və texnologiya sahəsində inkişafına dəstək göstərməklə yanaşı, onların gələcək karyera seçimlərinə müsbət təsir göstərir, kosmos və innovasiya sahələrində yeni uğurlar qazanmaq üçün motivasiya yaradır.

"IV Kosmik Düşərgə” iştirakçılara qazandırdığı bilik və təcrübə ilə onların STEM istiqamətlərinə marağının daha da güclənməsinə, elmi-tədqiqat fəaliyyətlərinə yönəlməsinə və gələcəkdə beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mütəxəssislər kimi formalaşmasına mühüm töhfə verir. Bu təşəbbüs eyni zamanda Azərbaycanın kosmos, yüksək texnologiyalar və innovasiya sahələrində uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq milli strateji kadr potensialının formalaşdırılmasına, gələcəyin alim, mühəndis və texnologiya liderlərinin yetişdirilməsinə xidmət edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 28 Avqust 2026 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri