İzmirdə faydalı görüş
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetində səfərdə olan proqramın rəhbər komitə üzvləri bir qrup professor-müəllim və məzun tələbələrlə görüş keçiriblər.
Rəhbər komitə üzvləri görüşdə məzunlara öz tövsiyələrini verərək, akademik karyeralarını davam etdirməyin vacibliyini diqqətə çatdırıblar.
ADAU-nun rektoru Zəfər Qurbanov ikili diplom proqramı məzunlarından gözləntilərin böyük olduğunu bildirib. Rektor deyib ki, gənc mütəxəssislər ölkəmizə qayıdaraq kənd təsərrüfatının inkişafına öz töhfələrini verməlidirlər.
Daha sonra Ege Universitetinin Kənd təsərrüfatı fakültəsinin bir qrup professor-müəllim heyəti ilə rəhbər komitə üzvlərinin görüşü olub.
Görüşdə Aqrar Universitet ilə Ege Universiteti alimlərinin birgə tədqiqat və beynəlxalq indeksli jurnallarda məqalə hazırlığı məsələləri yüksək qiymətləndirilərək, bu proseslərin davamlılığının əhəmiyyəti vurğulanıb.
Sonda beynəlxalq ikili diplom proqramının həyata keçirilməsində səmərəli fəaliyyətinə görə bir qrup müəllimə və tələbəyə təşəkkürnamələr təqdim olunub.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə
Baxış sayı:55
Bu xəbər 09 İyul 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















