Hərbi qulluqçularımız “Qış təlimi 2025”i uğurla başa vurublar
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçuları Türkiyənin Qars şəhərində keçirilmiş “Qış təlimi-2025”-də ölkəmizi layiqincə təmsil edərək Vətənə qayıdıblar. Bu münasibətlə ƏÜO-da təntənəli mərasim keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə ƏÜO komandanı general-mayor Kənan Seyidov çıxış edərək, birgə hərbi təlimlərin əhəmiyyətindən danışıb. O, təlim zamanı qazanılan təcrübənin ordunun döyüş qabiliyyətinə müsbət təsir edəcəyini vurğulayıb və hərbi qulluqçuların nümayiş etdirdikləri bacarıq və peşəkarlığa görə onlara Müdafiə Nazirliyinin rəhbərliyi adından təşəkkür edib.
Sonda təlim zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənmiş hərbi qulluqçular mükafatlandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 11 Fevral 2025 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















