Hərbi qulluqçumuz vəfat etdiFOTO
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Bəhri Fərman oğlu səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət etsin!


Hərbi qulluqçumuz vəfat etdi
20 Noyabr 2024 21:43

