Icma.az
close
up
RU
Hərbi xidmətdən yayınan gənc həbs edildi

Hərbi xidmətdən yayınan gənc həbs edildi

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Azərbaycanda hərbi xidmətdən yayınan çağırışçı həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 19 yaşlı Ramin Osmanov (ad-soyad şərti) iki ardıcıl çağırışda xidmət keçməkdən boyun qaçırıb.

Osmanov 2024-cü ilin yanvarında hərbi xidmətə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinin çağırış komissiyası tərəfindən tibbi müayinədən keçirilərək hərbi xidmətə yararlı hesab edilib. O, müddətli həqiqi hərbi xidmət keçmək üçün Dövlət Xidmətinin rəisinin sərəncamı ilə Müdafiə Nazirliyinin N saylı hərbi birləşməsinə təyin olunub.  

Çağırışçı hərbi birləşməyə getmək üçün Dövlət Xidmətinin Xətai rayon idarəsinə gəlib, lakin hərbi xidmət keçməkdən boyun qaçırmaq məqsədilə əvvəlcə ağrıyan dişlərinin müalicə etdirməsinin zəruri olduğunu, sonra isə telefon vasitəsilə anası ilə danışmasını bəhanə gətirərək həmin ünvandan uzaqlaşıb.

Gənc bundan sonra hərbi xidmətdən yayınmaq üçün növbəti dəfə eyni addımı atıb.

Bu səbəbdən onun barəsində Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 321.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə cinayət işi başlanıb. 

Osmanovun işi Xətai Rayon Məhkəməsində araşdırılıb. Ona 1000 manat məbləğində cərimə cəzası kəsilib. Amma ittiham tərəfi hərbi xidmət keçmək istəməyən müttəhimin sərbəst qalması ilə razılaşmayıb. 

Hökmdən verilmiş protesti Bakı Apellyasiya Məhkəməsi təmin edib. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü ləğv edilib. Osmanov 1 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalındaca həbs edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Noyabr 2024 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see430

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see373

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see270

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see257

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see238

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see233

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see225

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see218

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see218

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see216

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see195

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see191

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see187

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see181

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see180

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see177

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see177

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see175

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see172

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri