Hərbi xidmətə çağırılanların yekun müayinəsi enövbəlilik qaydasında aparılır
Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu barədə Bizimyol.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda deyilib.
Bildirilib ki, prosesin elektron infrastruktur üzərindən həyata keçirilməsi təmin edilir ki, bu da müayinələrin çevikliyini və şəffaflığını şərtləndirir:
"Belə ki, çağırışçının yekun tibbi müayinəsinin aparılması üçün Mərkəzi Hərbi-Həkim Komissiyasının rəyi təsdiq edilərək Nazirliyin “Tibbi şəhadətləndirmə” altsisteminə müvafiq göndəriş daxil edilir. Göndəriş əsasən çağırışçılar üçün avtomatik təyin edilən e-növbəliliyi qaydasında onlar Agentliyin Tibbi Qiymətləndirmə Mərkəzində əyani müayinələrdən keçirilir. Müayinələr aşağıdakı 4 kateqoriya üzrə yekun tibbi müayinələrə cəlb edilirlər:
Sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası);
Həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası);
Dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası);
Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası)
Müayinənin yekun qərarı da e-sistemə daxil edilir və həmin qərar barədə çağırışçıya elektron qaydada məlumat göndərilir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 12 Dekabr 2024 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















