Icma.az
close
up
RU
Hərbi xidmətə çağırış necə olmalıdır?: Ekspert

Hərbi xidmətə çağırış necə olmalıdır?: Ekspert

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, hərbi xidmətə çağırış qaydalarına dəyişiklik olunub.

Belə ki, qüvvədə olan qanuna əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır. Dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları olacaq.

Sözügedən qərar isə ictimaiyyətdə xoş qarşılaşındı. Lakin zaman-zaman, xüsusi ilə də 44 günlük Vətən müharibəsindən sonra gündəmə gələn bir mövzu da xidmətə çağırılan şəxslərlə bağlıdır.

Bir qisim adam hərbi xidmətə 18 yaşı tamam olan şəxslərin çağırılmağındansa, maaş müqabilində xidmət edən peşəkar şəxslərin olmasının tərəfdarıdır.

Diqqət yetirsək, əslində, bəzi ölkələrdə bu cür model də vardır. Hansı ki, ordu xüsusi təlim keçən, müqavilə əsasında xidmət edən şəxslərdən təşkil olunur.

Bəs Azərbaycan bu modelə keçə bilərmi?

Hərbi ekspert Rövşən Məhərrəmov Gununsesi.info-ya əvvəlcə bu qərarın düzgün olduğundan, daha sonra isə ordunun necə təşkil olunmağından danışıb:

“Əsgərlik yaşının 35 olması, əslində, son həddir. Keçmiş SNQ dövlətlərinin heç birində bu son hədd müəyyən edilməyib. Dünya üzrə götürsək, cəmi üç ölkədə 35 yaş çağırış yaşı idi, yəni son hədd idi. Azərbaycanda isə bu məsələ zaman-zaman gündəmdə olub və hələ aylar öncə yaş həddinin aşağı endirilməsinin vacibliyini bildirmişdim.”

Ekspert 30 yaşdan sonra əsgər getməyin probemlərindən söz açıb:

“Əvvəla, 30 yaşdan sonra xidmətə çağırılan zaman ortaya çoxlu problemlər çıxır. Buraya nizam qaydaların qorunması, normativlərin verilməsi, döyüş qabiliyyətinin qaldırılması kimi problemlər də daxildir. Bundan əlavə, otuz yaşdan yuxarı hərbi xidmətə gələn qulluqçuların böyük əksəriyyəti evli və o cümlədən övlad sahibi olurlar. O yaşda əsgərlikdə olduğu anda ailə məsələlərində də problemlər yarana bilir. Bu da həmin çağırışçının xidmətinə təsir edir.”

Rövşən Məhərrəmov 44 günlük Vətən müharibəsindən sonra ordumuzdakı dəyişikliyi də vurğulayıb:

“Məlum olduğu kimi, 44 günlük müharibədə torpaqlarımızı azad etdik. Amma bununla say tərkibi də aşağı düşür. Əvvəllər keçmiş Qarabağ ərazisində xidmət edən hərbi hissələr, bölmələr hazırda sərhədə yaxın yerlərdə dislokasiya olunurlar. Biri var, təkcə postlarda xidmət aparalar, biri də var, daim döyüş qabiliyyətinin artırılması istiqamətində addımlar atalar. Yəni, artıq səngərlərdə xidmət aparılmır, döyüş planına uyğun olaraq daim təlimlər keçirilir və.s. Cənab Prezident də dəfələrlə çıxışında vurğulayıb ki, biz Xüsusi təyinatlılarımızın, Komandonun say tərkibini artırmalıyıq. Gördüyümüz kimi, o say tərkibi müharibədən sonra artırıldı, Komando və digər bölmələr yaradıldı.”

Bəs bu məsələlər dünya praktikasından necədir?”-sualına isə ekspert belə deyib:

“Dünya praktikasında əsas məqsəd ordunun sayının yox, döyüş qabiliyyətinin yüksək olması əsas amildir. Görünən odur ki, Azərbaycan hal-hazırda Türkiyə modelinə keçməkdədir. Burada ştat sturuktu dəyişir, Azərbaycan yeni müasir texnikalarla təmin olunur və.s kimi məsələlər olur. Çox sahələr var ki, bu gün kontraktla xidmət edənlərə üstünlük verilir. Məsələn, Hərbi hava və dəniz qüvvələri, Rabitə, Komanda hərbi hissələri və.s. Bunların hər birində mütəxəssislər olmalıdır. Biri var, bir il, il yarım xidmət edib gedənlər, biri də var, daimi, daha peşəkar şəxslər. Güman edirəm ki, gələcəkdə digər sahələrdə də müddətdən artıq xidmət edən hərbi qulluqçuların cəlb edilməsi nəzərdə tutulacaq. Strateji əhəmiyyət kəsb edən qoşun növlərində düşünürəm ki, ancaq peşəkarlar olacaq və olnağı daha yaxşıdır…”

Qeyd edək ki, hazırda Ukraynada müharibədir və orada çağırışçıların son hədd yaşı 18-25-dir.

Rusiyada bu hədd 18-27 idi, amma qanuna dəyişiklik edilərək hazırda 30 yaşa qədər uzadılıb.

Tacikistan, Azərbaycan, Türkmənistan, Rusiya, Qırğızıstanda son hədd yaşı 30-a qədərdir.

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:425
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Dekabr 2024 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kanalda boğulan Elmir generalın qardaşı oğlu imiş

08 İyun 2026 12:45see490

Lotus şirkətinin baş direktoru şirkətin hiperkarı haqqında rəy bildirib

08 İyun 2026 20:45see285

Ermənistan seçicisi Paşinyanın sülh xəttinə və Avropaya inteqrasiya kursuna mandat verdi

08 İyun 2026 11:44see274

ABŞ və İran razılaşa biləcək? ŞƏRH

09 İyun 2026 18:31see247

Bakıda şagirdin saçı qırxıldı Dərsdə saqqız çeynədiyinə görə VİDEO

08 İyun 2026 23:04see236

Azərbaycanda minlərlə iş yeri bağlandı Nə baş verir?

08 İyun 2026 14:16see228

Ukrayna müharibəsi Rusiyanın təsirlərini zəiflətdi

09 İyun 2026 14:11see225

Azərbaycan və Skandinaviya arasında enerji əməkdaşlığı üçün unikal imkanlar

09 İyun 2026 06:32see211

Günün qoroskopu: İnsanlar sizdən ilham alacaq

09 İyun 2026 00:01see197

Diz ağrısı ilə xəstəxanaya getdi, rentgendə yüzlərlə qızıl aşkarlandı

09 İyun 2026 06:00see186

Gənc ana və oğulları

09 İyun 2026 03:48see172

Dünyada tanınan azərbaycanlılar arasında Tünzalə Ağayevanın adı var FOTO

08 İyun 2026 13:49see169

Azərbaycan gimnastları üç “qızıl” qazandı

08 İyun 2026 18:18see168

10 KOB subyekti də “startap”çı oldu

09 İyun 2026 03:24see167

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

09 İyun 2026 02:15see163

Tramp: ABŞ ın İrana qarşı genişmiqyaslı əməliyyatları çox baha başa gələr

10 İyun 2026 00:06see163

Xaricdə təhsil üzrə Dövlət Proqramında müsahibə mərhələsi BAŞLADI

08 İyun 2026 18:15see162

“RB Leypsiq”in müdafiəçisi Lukeba Anqola millisinin üzvü ola bilər

09 İyun 2026 01:50see159

Ofelya Sənanidən emosional arzu

08 İyun 2026 21:32see158

“Döyüş başlıqları anbarlardan çıxarılır” SIPRI dən həyəcan təbili

09 İyun 2026 04:30see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri