Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Turizm sektorunda geriləmə

Turizm sektorunda geriləmə

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu il ölkəyə gələn turistlərin sayında azalma müşahidə edilir. Buna səbəb sərhədlərin bağlı olması, hava nəqliyyatında biletlərin qiymətinin yüksəkliyi, turizm xidmətlərinin rəqabət qabiliyyətinin aşağı səviyyəsi, yəni xidmət keyfiyyətinin qonşu ölkələrlə müqayisədə aşağı, qiymətlərin isə baha olmasıdır. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 2,172 milyon və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 24,4 faizi Rusiya, 17,4 faizi Türkiyə, 8,0 faizi İran, 6,6 faizi Hindistan, 4,3 faizi Səudiyyə Ərəbistanı, 4,2 faizi Gürcüstan, 4,0 faizi Qazaxıstan, 3,4 faizi Pakistan, 2,6 faizi Çin, 2,4 faizi İsrail, 2,3 faizi Özbəkistan, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,2 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12,9 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 66,4 faizi kişilər, 33,6 faizi qadınlardır.

Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2,1 dəfə, Tacikistandan - 1,8 dəfə, Yaponiyadan - 1,6 dəfə, İordaniyadan - 1,5 dəfə, Çindən - 49,4 faiz, Qırğızıstandan - 37,3 faiz, Özbəkistandan - 35,8 faiz, Qazaxıstandan - 19,4 faiz, Almaniyadan - 17,0 faiz, Kanadadan - 16,7 faiz, ABŞ-dan - 16,4 faiz, İtaliyadan - 16,3 faiz, Pakistandan - 12,7 faiz, Koreya Respublikasından - 11,8 faiz artıb.

2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,9 faiz artaraq 101,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 3,5 faiz azalaraq 352,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,2 faiz azalaraq 740,8 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 3,5 faiz artaraq 976,7 min nəfər təşkil edib. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,3 faizi hava, 22,4 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2,3 faiz azalaraq 1774,9 min nəfər olub. Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 22,1 faiz, İrana gedənlərin sayı 4,3 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı 31,2 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,8 faiz azalmışdır. Azərbaycan vətəndaşlarının 42,0 faizi Türkiyəyə, 14,6 faizi Rusiya Federasiyasına, 10,8 faizi Gürcüstana, 9,2 faizi İrana, 23,4 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 63,7 faizini kişilər, 36,3 faizini qadınlar təşkil etmişdir. 2025-ci ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 70,3 faizi hava, 27,8 faizi dəmir yolu və avtomobil, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Ölkəyə turist axınının azalmasının mənfi cəhətləri də var, bu sektordan gələn gəlirlər azalır. Sərhədlərin bağlı olması, yalnız təyyarə ilə gediş-gəliş turistin xərclərini artırır. ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında ikinci oxunuşda müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı çıxışı zamanı qeyd edib ki, “hökumət ciddi şəkildə düşünməlidir və onu bu məqam narahat etməlidir ki, məsələn, niyə bu il keçən illə müqayisədə turistlərin sayında 1,7 faiz azalma baş verib? Məsələn, Avropadan gələn turistlərin sayı 21,7 faiz azalıb, Mərkəzi Asiya respublikalarından gələn turistlərin sayında 10 faiz azalma var. Amma qonşu Gürcüstanı götürsək, Gürcüstanda analoji dövrdə, yəni yanvar-sentyabr aylarında turistlərin sayında 6,6 faiz artım olub. Əgər Azərbaycana 2 milyon 171 min turist gəlibsə, bizdən çox kiçik Gürcüstana 4 milyon 307 min turist gəlib, Azərbaycanla müqayisədə 2 dəfədən də artıq.

Hesab edirəm ki, bunun səbəbləri araşdırılmalıdır və Azərbaycan ilk növbədə çalışmalıdır ki, ABŞ, Avropa ölkələri, İran vətəndaşları üçün viza rejimini aradan qaldırsın və eyni zamanda Azərbaycanda böyük bir araşdırılma aparılsın ki, niyə turistlər Azərbaycana gəlməkdən imtina edirlər? Bu, daha çox həm də bizdə xidmətlərin qiymətinin artması ilə bağlıdır. Təyyarə biletləri bahadır, ümumiyyətlə, ictimai iaşə obyektlərində qiymətlər həddindən artıq bahadır və Azərbaycanda ucuz otellər yoxdur. Ona görə də bu, turistlərin sayına birbaşa təsir edir. Yəni hesab etmirəm ki, büdcə hesabına biz otelləri bu formada beynəlxalq tədbirləri keçirməklə dəstəkləməliyik”.

Təsadüfi deyil ki, xaricə gedənlərin sayında da azalma var. Sərhədlər bağlı olduğundan, təyyarə ilə xarici səfərlərə çoxlarının maddi imkanı çatmadığından insanlar yay tətili günlərini də ölkə daxilində keçirməyə üstünlük verdilər. Ölkə daxilində isə turizmin yüksək qiymətləri diqqət çəkir. Adamlar rayonlardan bir meçə gündən artıq istirahət eləyə bilmirlər. Çünki otellər, hətta şəxsi kirayə evlər əhalinin gəlirləri ilə müqayisədə çox yüksəkdir. Müşahidələrimizə görə, 1 nəfərin gündəlik turizm xərcləri ortalama 150-200 manatdır. Bu xərclə orta gəliri olan azərbaycanlı Quba, Qəbələ, Göygöl və s. turizm bölgələrində 1 həftə, 10 gün necə istirahət eləsin?

Pandemiya Azərbaycanda turizmə böyük zərbə vurdu. Ölkədə turizm hələ də özünə gələ bilməyib, pandemiyadan əvvəlki dövrün rəqəmlərinə çatmamışıq. Belə ki, 2019-cu ildə respublikaya 3 milyondan artıq turist gəlsə də, bu rəqəm keçən il hələ 2 milyona çatıb.

Regionlarda hələ də qiymətlər yüksək, xidmətlərin kefiyyəti aşağıdır. Quru sərhədlərinin bağlı olması səbəbindən insanlar ölkə daxilində istirahət etməyə üstünlük verirlər. Bahalı təyyarə bileti alıb, yayı xaricdə keçirmək hər adamın cibinə və imkanlarına uyğun deyil. Kasıblar yayı evində keçirir, orta təbəqə isə ölkə daxilində turizmin imkanlarından yararlanmağa çalışır. Aviabiletlərin fantastik qiymətləri şəraitində Azərbaycanın bölgələrində istirahətdən başqa alternativimiz də yoxdur.

Regionlarda bu il də qiymətlər əlverişli deyil. Otellərdə qiymətlər 50 manatdan 300 manata qədər dəyişir. Xidmətin keyfiyyəti də aşağıdır. Sezon vaxtında maksimum qazanc əldə etmək əsas hədəfdir. Bizdə turizm hələ də mövzümü xarakter daşıyır, ilboyu davam edən turizm formalaşmır. Bunda həm sahibkarların günahı var, həm də əhalinin gəlirlərinin turizmə pul xərcləmək üçün yetərli olmamasının. Sahibkarlar yay aylarında sanki turistləri soymağa girişirlər, müştəri məmnunluğu, növbəti aylarda onları yenidən qonaq kimi cəlb etmək strategiyaları yoxdur.

Ümid Qarabağda turizmin inkişafı nəticəsində rəqabət mühitinin yaranmasınadır. Buna isə vaxt lazımdır. İşğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinə böyük vəsaitlər tələb olunur. Hələlik Qarabağda əsas investor dövlətdir. Hökumət Qarabağda hazırda əsas diqqətini daha çox infrastruktur layihələrinə yönəldib. Çünki müasir infrastruktur olmadan sahibkarları regiona cəlb etmək mümkün deyil.

Bizim Dövlət Turizm Agentliyi isə hələ xarici təcrübəni öyrənir. 1-2 dekabr tarixlərində Dövlət Turizm Agentliyinin nümayəndə heyətinin turizm idarəetməsi, dayanıqlı turizm siyasəti, kənd və aqroturizmin inkişafı, həmçinin turizm və rekreasiya zonalarının planlaşdırılması sahəsində təcrübələrin öyrənilməsi məqsədilə Türkiyənin Antalya şəhərinə işgüzar səfəri baş tutub. Səfər çərçivəsində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qurumları və Türkiyə Turizm Təbliğat və İnkişaf Agentliyi tərəfindən məlumatlandırma sessiyaları təşkil edilib, Türkiyədə turizmin qanunvericilik çərçivəsi, turizm və rekreasiya mərkəzləri, turistik bölgələrdə dayanıqlı idarəetmə modelləri, iqlim dəyişikliyinə adaptasiya tədbirləri, yaşıl destinasiya modelinin tətbiqi və ekoturizm fəaliyyətləri üzrə təqdimatlar edilib. Nümayəndə heyətinin BMT Turizm Təşkilatı tərəfindən “Ən yaxşı turizm kəndləri” siyahısına daxil edilmiş Ormana kəndinə səfəri təşkil edilib, icma yönümlü idarəetmə modeli, ənənəvi kənd həyatının qorunması istiqamətində tətbiq edilən metodlar haqqında məlumat verilib. Eləcə də Belek Mədəniyyət və Turizm Mühafizə və İnkişaf Zonasında turizmin planlaşdırılması və sahilyanı turizm infrastrukturunun idarə olunması ilə bağlı təcrübə ilə tanışlıq olub. Keçirilən görüşlərdə qeyd olunan istiqamətlərdə əməkdaşlığın davam etdirilməsi, turizm sahəsində bilik və təcrübə mübadiləsinin vacibliyi vurğulanıb...

Mahir Həmzəoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 Dekabr 2025 23:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see473

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see374

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see372

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see331

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see314

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see285

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see285

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see196

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see160

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see160

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see159

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see150

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see149

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see136

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see134

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see131

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see129

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see126

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri