Icma.az
close
up
RU
Hərbi xidmətlə bağlı mühüm açıqlama: Yaşı 30dan artıq olan şəxslər tərxis olunacaqlar

Hərbi xidmətlə bağlı mühüm açıqlama: Yaşı 30dan artıq olan şəxslər tərxis olunacaqlar

Pravda.az saytına istinadən Icma.az xəbər verir.

Milli Məclis "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə təklif olunan dəyişiklikləri birinci oxunuşda qəbul edib. Xüsusilə maraq doğuran maddə hərbi xidmətkeçmə yaşı ilə bağlıdır. Belə ki, təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaqlar. Xatırladaq ki, hazırkı qanunvericiliyə görə, həmin yaş həddi 18 yaşından 35 yaşına qədərdir.

Maraqlıdır, bəs hərbi xidmətkeçmə yaşının 30 yaşa endirilməsi ilə bağlı dəyişiklik təsdiq olunarsa, qanun 30 yaşını tamamlamış, lakin hərbi xidmət keçməmiş şəxslərə də şamil olunacaqmı? Yəni onların hərbi xidmətə çağırılması dərhal qüvvədən düşürmü? Həmçinin, qanuna əlavə dəyişiklik ola bilərmi? Məsələn, daha çox müzakirə edilən çağırış yaşının 18-dən 20-ə qaldırılması gözlənilirmi? Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu bildirib ki, Azərbaycanda hərbi xidmətkeçmə yaşının 35-dən 30-a endirilməsi hər şeydən əvvəl ordumuzda aparılan islahatlarla - peşəkar ordunun yaradılması ilə bağlıdır:

"Bu qanun qəbul edildikdən sonra artıq hərbi xidmətə çağırış yaşı 35-ə qədər deyil, 30-a qədər mümkün olacaq. Qanun Milli Məclisdə təsdiqlənəndən sonra Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq edilərək qüvvəyə minmiş hesab olunur. Fərman imzalandıqdan sonra isə artıq qanun 30 yaşını tamamlamış və ondan yuxarı yaşda hərbi xidmətə çağırılmış bütün vətəndaşlara şamil ediləcək.

Yəni qanun qüvvəyə mindikdən dərhal sonra artıq 31, 32 və ümumiyyətlə 35 yaşa qədər olan bütün vətəndaşlarımıza şamil ediləcək. Hətta əgər bu vətəndaşlar hərbi xidmətdə olsalar belə, qanun qüvvəyə mindikdən dərhal sonra yararlı kimi tərxis olunacaqlar. Çünki onlar hərbi xidmətə yararlıdırlar, xidmətdə olublar, sadəcə, yeni qanuna əsasən, Prezidentin sərəncamı ilə müddətdən əvvəl hərbi xidmətdən tərxis olunurlar. Ona görə də düşünürəm ki, bu, müəyyən yaş həddində olan vətəndaşlarımızın xidməti ilə bağlı xüsusi şərtlər formalaşdırmaqla ordu komplektləşməsində yeni keyfiyyət mərhələsi yaradacaq".

"Bu qanunun üçüncü oxunuşunda hər hansı bir dəyişikliyin edilməsi gözlənilmir. Çünki adətən, istənilən qanun layihəsi birinci oxunuşda ümumi kontekstdə təhlil olunur. İkinci oxunuşda birbaşa mətndə dəyişikliklər zərurəti varsa, təklif olunur və qanunvericilik subyekti ilə razılaşdırılaraq bu dəyişikliklərin edilib-edilməməsinin mümkünlüyü nəzərdən keçirilir. Bəzən zərurət yaranarsa, belə dəyişikliklər edilir, bəzən isə edilmir. Üçüncü oxunuş isə son oxunuş olduğuna görə artıq qanunun qəbul edilməsi mərhələsi hesab olunur. Bu baxımdan, hesab edirəm ki, üçüncü oxunuşda hər hansı bir dəyişiklik gözlənilmir", - deyə deputat vurğulayıb.

Müsahibimiz əlavə edib ki, sözügedən qanun layihəsində çağırış yaşının 18-dən 20-yə qaldırılması qanun layihəsində yoxdur və bu məsələ aktual olmadığı üçün bu gün müzakirə edilmir:

"Məlumdur ki, 18 yaşında artıq gənclərimiz orta məktəbi bitirir və təhsilin növbəti - ali mərhələsinə keçən gənclərimiz hərbi xidmətdən müvəqqəti olaraq fasilə götürmüş olurlar. Ancaq belə bir hüquq qazanmayan gənclərimiz ordu sıralarına cəlb olunurlar. Əgər bu yaş 18-dən 20-yə qaldırılarsa, o zaman iki il müddətində gənclərin məşğuliyyəti ilə bağlı və yaxud onların cəmiyyətdə faydalı iş əmsalının səmərəli təşkili ilə bağlı problemlər yarana bilər. Amma indiki halda 18 yaşından sonra ali təhsil hüququ qazanan gənclərimiz ali təhsil müəssisələrinə, qazana bilməyən gənclərimiz isə ordu sıralarına cəlb olunurlar.

Əslində, gənclərimiz bu situasiyada iki ili qazanmış olurlar. Çünki hərbi xidmətdən sonra yenidən ali təhsil almaq və yaxud cəmiyyətin digər institutlarına inteqrasiya olunmaq üçün fürsət əldə edirlər. Bu, yaxşı haldır ki, zamanla bağlı heç bir fasilə yaranmır. Əgər yaş həddi 18-dən 20-yə qaldırılarsa, iki il qeyri-müəyyən zaman meydana çıxır ki, bu da həmin yaş dövründə gənclərin faydalılıq əmsalına mənfi təsir göstərə bilər. Bu isə ictimai maraqlarımız baxımından doğru olmazdı".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://pravda.az
archiveBu xəbər 18 Dekabr 2024 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yuxulara inanmaq olarmı? Cavab sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

01 İyun 2025 13:55see144

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see134

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see124

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see122

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see121

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see121

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see121

Niyə şorba ikinci gün daha dadlı olur? CAVAB

01 İyun 2025 13:21see121

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see120

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see120

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see119

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see119

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see118

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see118

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see117

Azərbaycan özündən 4 dəfə balaca Antalyadan geridə qalır: Niyə? İqtisadçı

01 İyun 2025 08:02see117

Ağ Ev: ABŞ İrana nüvə proqramı ilə bağlı “məqbul təklif” təqdim edib

01 İyun 2025 07:07see116

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see116

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see115

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri