Icma.az
close
up
RU
İlon Mask dünyanın ən böyük zavodunu inşa edir

İlon Mask dünyanın ən böyük zavodunu inşa edir

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-nin "SpaceX" şirkətinin təsisçisi İlon Mask "Gigabay" adını verdiyi yeni istehsal kompleksinin inşasına başlandığını açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə se7en.ws məlumat yayıb.

Milyarderin sözlərinə görə, bu obyekt tamamlandıqdan sonra Yerdəki ən böyük sənaye tikililərindən birinə çevriləcək və bəzi göstəricilər üzrə dünyanın ən böyük binası ola bilər.

"Bu, bizim "Gigabay" zavodumuzdur. Hələ tam hazır deyil, lakin tikinti prosesi sürətlə davam edir. Bura ildə min ədəd "Starship" raketi istehsal edəcək. Bu, bəlkə də dünyada analoqu olmayan bir müəssisə olacaq", - deyə biznesmen vurğulayıb.

İlon Mask dünyanın ən böyük zavodunu inşa edir

Qeyd edək ki, "Starship" raketləri Aya missiyaların həyata keçirilməsi və Marsa ekspedisiyalar üçün nəzərdə tutulub. Yeni kompleks raketlərin çoxistifadəli versiyalarını - "Super Heavy" sürətləndiricisini və "Ship" adlı ikinci mərhələni - tam avtomatlaşdırılmış yığım xətləri vasitəsilə istehsal edəcək.

İstehsalı planlaşdırılan "Starship" raketləri 150 tona qədər faydalı yüklə Yer orbitinə qalxmaq imkanına malikdir. Bu göstərici hazırda istifadədə olan "Falcon 9" raketinin daşıma gücünü xeyli üstələyir. Hal-hazırda şirkət hər 2-3 həftədə bir "Starship" raketi istehsal edir. Yeni zavod fəaliyyətə başladıqdan sonra "SpaceX"in istehsal həcmi "Boeing" və "Airbus" kimi təyyarə nəhənglərinin illik istehsalına bərabər olacaq.

Yeni zavodun əsas məqsədi raket istehsalını sürətləndirərək kosmik missiyaların miqyasını genişləndirmək və Marsın kolonizasiya planlarını reallaşdırmaqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 İyun 2025 05:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri