Icma.az
close
up
RU
Hərəkət edən tabut ... Rəsmi servisdən alınmayan maşınlardakı dəyişikliklər təhlükəli nəticə verə bilər

Hərəkət edən tabut ... Rəsmi servisdən alınmayan maşınlardakı dəyişikliklər təhlükəli nəticə verə bilər

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İranda 21 günlük statistikaya əsasən 100 minə yaxın avto qəza qeyd alınıb. 60 min nəfər yüngül, 20 min 109 nəfər ağır yaralanıbsa, 880 nəfər həlak olub. Ədliyyə Həkimləri Assosiasiyası ölümlərin 50% səbəbinin keyfiyyətsiz İran və Çin avtomobilləri olduğunu bildirilib. Qeyd edək ki, vətəndaşlar keyfiyyətsizlik və təhlükəliliyinə görə, İran avtomobillərini "hərəkət edən tabut" adlandırırlar.Cənub qonşumuzun maşınları bazarımızda yer tuturmu?

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ümumiyyətlə avtomobil riskli məhsuldur. Sədr bildirib ki, bizim ölkəyə də gələn avtomobillər qeyri-rəsmi idxalçılar tərəfindən yəni avtomobillər rəsmi dilerlər tərəfindən gətirilir, amma son iki üç ildə fərdi şəxslər tərəfindən ölkəyə avtomobillərin gətirilməsində də artım müşahidə olunur.

Eyyub Əliyev

“Onlar heç bir zəmanət vermir, heç bir texniki xidmət göstərmir. Bunun özü yollarda risklidir. Rəsmi servisi olan və zəmanət verən ümumiyyətlə istər İran maşını olsun, istər Çin maşın olsun, istər Avropa maşını olsun, heç bir təhlükəsi yoxdur. Amma fərqli yolla gələn avtomobillərin heç bir zəmanəti yoxdur. Təsəvvür edin, dünyada belə bir praktika var ki, avtomobillərdə hər hansı nöqsan aşkar olunduqda avtomobillər geri çağırılır. Belə geri çağırmalar olsa, fərdi şəxslər tərəfindən ölkəyə gətirilmiş avtomobillər var ki, onlar burada heç bir rəsmi servisdə qeydiyyatda deyillər. O avtomobillərdə hansısa bir nöqsan olsa, onu heç kim bilməyəcək. Bu səbəbdən də, avtomobil riskli bir məhsuldur. Belə deyək; gedibsilah dükanından silah alanda xüsusi kriteriyaları olur. Onun əsasında silah alınır və silahdan açılan güllə bir nəfərin həyatına son qoya bilir. Amma avtomobilin insan həyatına son qoyması bir nəfəri yox, cəmiyyətdə bir neçə nəfərə eyni vaxtda ziyan vura bilər. Təəssüflər olsun ki, vəziyyətin mahiyyətini dərk eləmirlər, başa düşmürlər. Ona görə də belə bir nöqsanlar, məqamlar olur ki, bunlara diqqət yetirmək lazımdır. Avtomobili rəsmi servisdən almaq lazımdır, kimdən gəldi, hardan gəldi yox”-deyə Eyyub Əliyev qeyd edib.

Eyyub Əliyev bildirib ki, ölkəmizdə təhlükəli olan avtomobillərdən biri də son zamanlar Yaponiyadan Azərbaycana gətirilmiş ikinci əl avtomobillərdir.

“Bu avtomobillərin sükanı sağdan sola kustar üsullarla, müəyyən yollarla keçirilib. Bunun özü də qeyri-peşəkar şəkildə atılmış bir addımdır. Qəzalar olan zaman deyilir ki, “sürücü idarəetməni itirdi”. İdarəetmə nədən itə bilər? Sükan kilidlənə bilər və digər problemlər ola bilər. Bu da özünü daha çox sükanı sağdan sola keçirilmiş və yaxud bir neçə avtomobil hissələrindən yığılmış avtomobillərdə ola bilər”-deyə sədr əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Aprel 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri