Icma.az
close
up
RU
Hərəkətsizlik xərçəng riskini artırırmı?

Hərəkətsizlik xərçəng riskini artırırmı?

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Son illər aparılan elmi araşdırmalar göstərir ki, fiziki aktivliyin azlığı bir sıra ciddi xəstəliklərin, o cümlədən xərçəngin yaranma riskini artıra bilər. Mütəxəssislərin fikrincə, hərəkətsiz həyat tərzi orqanizmdə maddələr mübadiləsinin zəifləməsinə, artıq çəkinin yaranmasına və immun sisteminin funksiyasının pozulmasına səbəb olur.

Milli.Az xəbər verir ki, tibb mütəxəssisləri bildirirlər ki, uzun müddət oturaq həyat tərzi keçirən şəxslərdə xüsusilə yoğun bağırsaq, süd vəzi və uşaqlıq xərçəngi riskinin daha yüksək olduğu müşahidə edilir. Fiziki aktivliyin az olması hormonal balansın pozulmasına və iltihabi proseslərin artmasına şərait yaradır ki, bu da xərçəng hüceyrələrinin inkişafı üçün əlverişli mühit yarada bilər.

Araşdırmalara əsasən, müntəzəm fiziki aktivlik bədəndə insulin səviyyəsini tənzimləyir, immun sistemini gücləndirir və xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alan mexanizmləri aktivləşdirir. Gündəlik ən azı 30 dəqiqə orta intensivlikdə fiziki hərəkət sürətli gəzinti, velosiped sürmək və ya yüngül idman sağlamlıq üçün faydalı hesab olunur.

Mütəxəssislər vurğulayırlar ki, hərəkətsizlik təkcə xərçəng deyil, eyni zamanda ürək-damar xəstəlikləri, diabet və piylənmə riskini də artırır. Bu baxımdan sağlam həyat tərzinin formalaşdırılması, xüsusilə gənc yaşlardan fiziki aktivliyə üstünlük verilməsi mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, xərçəngin qarşısının alınmasında düzgün qidalanma, zərərli vərdişlərdən uzaq durmaq və müntəzəm tibbi müayinələrlə yanaşı, aktiv həyat tərzi əsas qoruyucu amillərdən biridir.

Asya
Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 26 Dekabr 2025 01:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see496

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see323

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see258

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see224

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see223

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see221

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see191

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see182

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see180

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see179

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see179

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see175

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see174

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see173

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see167

Gürcüstanın yeni tranzit gedişi: Baş nazir regional planlarını açıqladı

17 İyul 2026 19:10see167

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see162

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see162

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see161

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri