Icma.az
close
up
RU
Hərtərəfli inkişafımız üçün...

Hərtərəfli inkişafımız üçün...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Təhsilin media üzərindən təbliği vacib şərtlərdəndir...

Elm və təhsil hər bir xalqın inkişafında mühüm yerə malikdir. Azərbaycan xalqı da hər zaman elmə, təhsilə, maariflənməyə marağı ilə seçilib. Tarixə nəzər saldıqda bu, öz təsdiqini tapır. Ölkəmizin ərazisində yerləşən tarixi abidələr, rəsədxanalar, azərbaycanlı alimlərin, elm xadimlərinin çoxsaylı ixtiraları, elmə verdikləri töhfələr bir daha xalqımızın bu sahəyə irsi həssaslığından xəbər verir.

Müasir dövrdə elm və təhsil proqramlı inkişaf üzərində gələcəyə yol alıb. Bu, həm qlobal səviyyədə elmin mübadiləsinə imkan yaradır, həm də inteqrasiyaya yardım edir. Elmin inkişafı üçün həyata keçirilən proqramlar insanların savadlanması və inkişafı ilə yanaşı, cəmiyyətin ümumi səviyyəsinin yüksəlişində əsaslı rol oynayır.

Bu təhsil prosesinin təbliği isə ən ümdə məsələlərdəndir. Təhsilin inkişaf istiqamətlərini geniş auditoriyaya çatdırmaq, onun inteqrasiyasını daha da sadələşdir mək üçün isə yeni texnologiyalardan istifadə olunur. Qəzet və jurnallar, internet portalları, hətta bloqlar, televiziyalar vasitəsilə təhsil proqramlarının geniş cəmiyyətə yaxından tanıdılması üçün işlər görülür.

Televiziyalarda bu proqramlara üstünlük verilməlidir

Mövzunu “Yeni Azərbaycan”a şərh edən təhsil üzrə ekspert Elşən Qafarov  bildirib ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının, bu sahə üzrə yazılan yazıların  ümumilikdə cəmiyyətin bilik səviyyəsinin artmasında, dünyagörüşünün genişlənməsində və daha faydalı informasiya ilə cəmiyyətin təmin olunmasında çox böyük əhəmiyyəti var: “Bu istiqamətdə samballı proqramlarımız məvcuddur. Həmin proqramların sayını kifayət qədər artırmaq lazımdır. Hansı ki, bu proqramlar cəmiyyəti düşündürməli, məntiqi təfəkkürü inkişaf etdirməlidir. Bu proqramlar cəmiyyəti savadlandırmalıdır və eyni zamanda cəmiyyətin ümumilikdə maariflənməsinə xidmət etməlidir. Bu səpkidə olan verilişlərdə mütləq şəkildə Azərbaycanın tarixi, tanınmış şəxslər, elm və mədəniyyət xadimləri, milli qəhrəmanlarımız, Vətən uğrundan canından keçən igidlərimiz təbliğ olunmalıdır. Həm də belə verilişlərin özündə də bir intellektuallıq olmalıdır”.

Verilişlərin əhatə dairəsi genişlənməlidir

E.Qafarov hesab edir ki, bütün bunları rellaşdırmaq üçün peşəkarların imkanlarından istifadə düzgün həyata keçirilməlidir: “Cəmiyyəti silkələyəcək və maraq doğuracaq həmin proqramların davamlı olmasının nə qədər böyük əhəmiyyət daşımasına təsadüfən toxunmuram. Heydər Əliyev Fondunun bu istiqamədə böyük qayğısı və diqqəti hər kəsə məlumdur. Bütövlükdə bu kimi tədbirlərin daha da kütləviliyinin təmin olunmasına ehtiyac var. Bunlar Azərbaycanda milli ruhun təbliğ olunmasını daha da stimullaşdırır. Bu kimi verilişlər məntiqi təfəkkürü inkişaf etdirir, gənclərə, övladlarımıza düşünməyi öyrədir. Belə proqramlar hər yaş xüsusiyyətlərinə uyğun ruhun təbliğinə xidmət etməlidir. Eyni zamanda maraqlar mütləq nəzərə alınmalıdır. Digər cəhətdən burada həm də milli-mənəvi dəyərlər ön planda olmalıdır. Bu istiqamətdə verilişlərin daha da genişlənməsinin və əhatəliyinin artırılmasının tərəfdarıyam”.

İşə peşəkarlar cəlb olunmalıdır...

“Bu kimi proqramların peşəkar şəkildə hazırlanması çox vacib əhəmiyyət daşıyır. Aparılan işlər genişləndirilməli, bu kimi proqramlar hazırlanarkən mütləq şəkildə prosesə peşəkarlar cəlb olunmalıdır. Fərqli sahələrdə olan intellektualların bura dəstək göstərməsi çox vacibdir. Yazıçıların, elm adamlarının, təhsil sektoru nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin birgə səyi olmalıdır”, -deyən müsahib onu da qeyd edib ki fərqli yaradıcı insanların səfərbər olması olduqca vacibdir. Bu iş təkcə təhsil ilə məşğul olan bir qrupun hazırlaya biləcəyi və yaxud yetərli keyfiyyətdə ərsəyə gətirə biləcəyi iş deyil - peşəkarlıq səviyyəsu bu məsələdə ön planda durur.

Dünya təcrübəsini tətbiq etməliyik

Ekspert qeyd edib ki, eyni zamanda başqa ölkələrdən də nümunələr götürməli, təcrübə mübadiləsi aparmalıyıq. “Təəssüflər olsun ki, bizdə şagirdlərin və tələbələrin hazırladıqları məhsulların bazara çıxarılmasında çətinliklər müşahidə olunur. Bəzi universitet və məktəblər istisna olmaqla, qalan təhsil müəssisələrimiz bu prosesə cəlb olunmur. Bu istiqamətdə bir növ təkcə təhsilvermə yox, bilik və bacarıqların formalaşdırılması, əldə olunan biliyi istehsalata cəlb etmək, ölkə iqtisadiyyatına dəstək xarakterli addımlar atılmasına təş?iq etməliyik. Hansı ki, dünyanın qabaqcıl ölkələrində bu proses var və tətbiq olunur. Dövlət elmi-kütləvi, mədəni-maarif və təhsil sahəsində addımlar atır. Bu işi daha da genişləndirmək isə gələcəyimiz üçün çox önəmlidir”. 

Yeganə

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 İyun 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri