Icma.az
close
up
RU
Hərtərəfli əməkdaşlıq üçün yeni başlanğıc...

Hərtərəfli əməkdaşlıq üçün yeni başlanğıc...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan-İran münasibətləri inkişaf edir

Bu günlərdə  İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın böyük nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlməsi, bu səfər çərçivəsində iki ölkə arasında çoxsaylı sənədlərin imzalanması, dövlət başçılarının mətbuata verdikləri bəyanatlarda və digər tədbirlərdə ifadə etdikləri fikirlər mühüm bir reallığı ortaya qoydu: Hər iki tərəf qarşılıqlı münasibətlərin dərinləşməsinə güclü siyasi iradə ortaya qoyur. Liderlərin bildirdikləri kimi, əməkdaşlığı müxtəlif istiqamətlərdə genişləndirmək üçün böyük imkanlar var və hər iki dövlətin maraqları naminə bu imkanlardan istifadə olunmalıdır.

Yaxın qonşuluğa, ortaq dəyərlərə və bugünkü reallıqlara əsaslanan münasibətlər

Azərbaycan və İran prezidentlərinin bir-birinə “əziz qardaşım” deyə xitab etmələri, ikitərəfli əlaqələri qardaşlıq münasibətləri kimi səciyyələndirmələri xüsusi önəm daşıyır. Bu, iki dövlət və xalq arasındakı yaxınlığın, səmimiyyətin necə yüksək səviyyədə olduğunun əyani təsdiqidir.  Bir sıra ölkələr arasında qurulan əlaqələr hansısa keçici maraqlara əsaslanır və təbii ki, burada uzunömürlü münasibətlərdən danışmaq mümkün deyil.

Azərbaycan və İranın münasibətləri isə vazkeçilməz siyasi, iqtisadi məqamlara əsaslanmaqla yanaşı, həm də tarixi bağlara söykənir. Coğrafiya yaxın olduğu kimi, Azərbaycan və İran xalqlarının keçdikləri yolda da oxşarlıqlar çoxdur. Tarixi əlaqələr, etiqad birliyi, mədəni köklər, milli-mənəvi dəyərlər, xalqların həyat tərzindəki oxşarlıqlar və bu kimi digər cəhətlər dostluğumuzun möhkəm və etibarlı olmasına, necə deyərlər, təbii təminatlar yaradır. İki xalq arasında qohumluq, ailə münasibətləri var ki, bu da dövlətlərarası əaqələrə güclü impuls verir. Mətbuata bəyanatında bu kimi məqamlara diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür”.

Böyük siyasətçi Heydər Əliyev tərəfindən əsası qoyulan əlaqələr

Azərbaycan-İran əlaqələrinin təməli böyük siyasətçi Heydər Əliyev tərəfindən qoyulub. Bu, Heydər Əliyevin blokada şəraitində yaşamaq məcburiyyətində qalan Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrə təsadüf edir. O dövrdə Naxçıvanın vəziyyəti çox ağır idi, ən zəruri tələbat malları belə tapılmırdı. Belə kritik dönəmdə Heydər Əliyev öz nüfuzundan və imkanlarından istifadə etməklə İranla əlaqələr qurmağa nail oldu. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış müxtəlif sahələrdə əməkdaşlığa dair 16 maddədən ibarət protokola əsasən, muxtar respublikanın kommunikasiya xətlərinin İran ərazisindən keçirilməsi, bir il ərzində qaz kəmərinin İran hökumətinin vəsaiti hesabına çəkilməsi, ayda 100 ton maye qazın, təqribən, 30 meqavat gücündə elektrik enerjisinin verilməsi kimi həyati vacib məsələlər həll olunub. 

Böyük siyasətçi Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtdıqdan sonra İranla ikitərəfli əlaqələri yeni müstəviyə qaldırıb. 1993-cü ilin oktyabr ayında “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və qardaşlıq münasibətlərinin prinsipləri haqqında” 22 maddəlik memorandumla yanaşı, siyasi, ticarət, iqtisadi, elmi-texniki, mədəni və humanitar əlaqələrə dair 14 sənəd imzalanıb.

Sonrakı mərhələdə isə Azərbaycan-İran münasibətləri  Prezident İlham Əliyev tərəfindən dünyada və regionda yaranmış yeni siyasi-iqtisadi gerçəkliklər nəzərə alınaraq uğurla davam etdirilib. İki ölkə arasında siyasi dialoq yüksək səviyyədədir.

Şübhəsiz ki, Məsud Pezeşkianın ölkəmizə uğurla baş tutan səfəri ikitərəfli münasibətlərə yeni bir başlanğıc gətirəcək. Öz növbəsində İran Prezidenti də səfərin nəticələrinə böyük inamla yanaşdığını bildirib. O, Azərbaycana etdiyi rəsmi səfəri başa vurduqdan sonra “X” sosial şəbəkədəki platformasında Prezident İlham Əliyevə təşəkkürünü ifadə edən mesaj yazıb. Həmin paylaşımda oxuyuruq: “Bakıda hörmətli qardaşım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə anlaşmamız olub və sənədlər imzalamışıq. Bu səfər etimadın artırılmasına, elmi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində hərtərəfli əməkdaşlıq üçün yeni üfüqlərin açılmasına müqəddimədir. Qonaqpərvərliyə görə cənab İlham Əliyevə təşəkkür edirəm”.

Üçüncü ölkələrin Azərbaycan-İran münasibətlərinə müdaxiləsi yolverilməzdir

Azərbaycanın və İranın yerləşdiyi çoğafiyada ayrı-ayrı güc mərkəzlərinin maraqları toqquşur. Xüsusilə resurslarla zəngin olması, Asiya ilə Avropa arasında mühüm nəqliyyat bağlantılarının üzərində yeləşməsi bu coğrafiyanın cəlbediciliyini atırır. Bütün bu kimi reallıqlar nəzərə alınmaqla ayrı-ayrı güc mərkəzlərinin  regionda maraqlarının daha çox dərəcədə təmin olunması uğrunda açıq və yaxud gizli marafona qoşulduqları fikrini tam cəsarətlə ifadə edə bilərik.

Kənar güclərin regionla bağlı məkrli planlar qurduqları ortadadır. Bu ssenarilərin reallaşmasına imkan vermək olmaz. Təsadüfi deyildir ki, Azərbaycan və İran 3+3 platformasını dəstəkləyir.  Xatırladaq ki, bəhs olunan format çərçivəsində Tehranda da görüş keçirilib. M.Pezeşkianın ölkəmizə səfəri çərçivəsində baş tutan tədbirlərdə liderlər bu mövqeyə sadiq olduqlarını bir daha vurğulayıblar.  Ayıq-sayıq olmalıyıq. Azərbaycan-İran münasibətlərinin möhkəmlənməsinə qarşı 3-cü dövlətlərin müdaxiləsinə qətiyyən yol vermək olmaz. Yeri gəlmişkən, onu da vurğulayaq ki,  İranın 12 dövlətlə quru sərhədləri var. Ən etibarlı sərhəd isə Azərbaycanladır. Xatırladaq ki, 44 günlük müharibədən sonra - 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev sərhəd bölgəsində səfərdə olub və Xudafərin körpüsünü “Dostluq körpüsü” adlandırıb. Xudafərin adi bir körpü deyil. O, əbədi olaraq dostluq, qardaşlıq körpüsü kimi qalmalıdır.

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 May 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gərilən yay Məryəm Bağırova yazır

01 İyun 2026 15:01see1102

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see252

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see204

Ramanada qayınata gəlini qətlə yetirib

01 İyun 2026 18:39see192

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see188

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see179

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see176

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see174

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see174

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see171

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see171

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see170

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see170

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see169

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see168

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see165

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see164

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see161

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see160

Polşa Prezidenti: “Arzularımı çatdırmaqdan şərəf duyuram!”

01 İyun 2026 20:15see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri