Icma.az
close
up
RU
Türkmənistanda uşaqlara hərtərəfli qayğı dövlət üçün prioritetdir

Türkmənistanda uşaqlara hərtərəfli qayğı dövlət üçün prioritetdir

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Qəhrəman Arkadağın təşəbbüsü ilə təsis edilən Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya Ehtiyacı Olan Uşaqlara Yardım Xeyriyyə Fondunun əsas məqsədi xüsusi qayğıya və dəstəyə ehtiyacı olan uşaqlara yüksək keyfiyyətli tibbi, sosial və təhsil sahəsində yardım göstərməkdir. Bu günlərdə Türkmənistanın Avaza Milli Turizm Zonasında fondun filialının açılış mərasimi keçirilib.

525.az xəbər verir ki, Türkmənistan mətbuatında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə yeni filialın açılması, Xeriyyə Fondunun fəaliyyətindən bəhs edən məqalə dərc olunub.

Bildirilib ki, Fond yarandığı gündən bəri uşaqlar üzərində yüzlərlə mürəkkəb tibbi əməliyyatı və səhiyyə müəssisələri üçün müasir avadanlıqların alınmasını dəstəkləyib.  Xeyriyyə Fonduna Türkmən xalqının Ümummilli Lideri, Türkmənistan Xalq Məclisinin sədri Qurbanqulu Berdiməhəmmədovun adının verilməsi uşaqlara qayğı göstərməyə xüsusi diqqət yetirən Qəhrəman Arkadağın humanist təşəbbüslərinin və ideyalarının təntənəsinin təsdiqidir.

Fondun Avaza Milli Turizm Zonasında filialının açılması böyük əhəmiyyət kəsb edir. Bu gün müalicəvi iqlimi və inkişaf etmiş infrastrukturu ilə tanınan bu bölgə təkcə kurort zonasına deyil, həm də uşaq sağlamlığı və reabilitasiya mərkəzinə çevrilib. Avaza filialı mürəkkəb əməliyyatlar keçirmiş və ya uzunmüddətli müalicə alan uşaqlara hərtərəfli tibbi yardım göstərmək üçün xüsusilə vacibdir. Xəzər dənizinin təmiz havası, müasir sağlamlıq ocaqları, Fondun müvafiq işlərlə əlaqələndirilməsi uşaqların sağlamlığının bərpası, cəmiyyətə tam inteqrasiyası üçün əlverişli şərait yaradır. Fondun yeni filialı xeyriyyə və mədəni tədbirlər, eləcə də uşaqlar üçün tibbi məsləhətləşmələr üçün əlaqələndirici mərkəz kimi xidmət göstərəcək.

Məqalədə vurğulanıb ki, bu müəssisənin açılışı təkcə hər bir uşağın diqqət və qayğı ilə əhatə olunduğu, xoşbəxt və firavan həyat üçün hər bir fürsətin yaradıldığı Türkmənistan üçün parlaq gələcəyin möhkəm təməlinə əhəmiyyətli bir töhfə deyil, həm də Prezident Sərdar Berdiməhəmmədovun rəhbərliyi altında Qəhrəman Arkadağın "Dövlət xalq üçündür!" adlı nəcib prinsipinin uğurla həyata keçirilməsinin bariz nümunəsidir. 

Mərasimdə "Müasir cəmiyyətdə qadınların rolu: Davamlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi" adlı beynəlxalq lonfransda iştirak edən xarici nümayəndə heyətlərinin rəhbərləri və üzvləri, eləcə də ölkədəki ictimai təşkilatların və elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Qurbanqulu Berdiməhəmmədov Xeyriyyə Fondunun tibb işləri üzrə vitse-prezidenti Oğulcahan Atabayeva mərasimdə çıxış edərək bu tarixi hadisənin fondun filialının açılışının əhəmiyyətini vurğulayıb.

29 mart 2021-ci ildə Arkadağ qayğıya ehtiyacı olan uşaqlara yardım göstərmək üçün xeyriyyə fondunun yaradılması haqqında tarixi fərman imzalayıb. Bu hadisədən çox vaxt keçməsə də, Fondun resurslarından istifadə etməklə görülən səmərəli işlər artıq bir çox evdə qayğıya və dəstəyə ehtiyacı olan bir çox uşağın qəlbində şəfqət işığını alovlandırıb.

Fondun beynəlxalq humanitar sahədə geniş vüsət almasından danışan vitse-prezident Türkiyə, Ukrayna, Rusiya, Əfqanıstan, Tacikistanda yüzlərlə uşağın yardım aldığını, müvafiq ləvazimatların bu ölkələrə göndərilməsi ilə Fondun fəaliyyətinin davamlı olaraq genişləndiyini söyləyib. 

“Biz uşaqların hərtərəfli inkişafını təşviq etməyi hədəfləyən Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya Ehtiyacı Olan Uşaqlara Yardım Xeyriyyə Fondunun işini, eləcə də BMT-nin bu sahədəki səylərini, ilk növbədə Davamlı İnkişaf Məqsədlərinə çatmaq üçün fəaliyyətini aktiv şəkildə dəstəkləməyə davam edəcəyik”, - vitse-prezident vurğulayıb. Mərasimdə iştirak edən hər kəsə təşəkkürünü bildirib.

Bayram tədbiri çərçivəsində Oğulcahan Atabayeva ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva arasında görüş keçirilib və humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib. Oğulcahan Atabayeva görüşün iki ölkədəki xeyriyyə təşkilatları arasında səmərəli əməkdaşlığa təkan verəcəyinə əminliyini bildirib. O, Azərbaycana səfərini xoş xatirələrlə xatırladığını qeyd edib, mədəni və humanitar tərəfdaşlığın dövlətlərarası münasibətlərin ayrılmaz hissəsi olduğunu deyib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Türkmənistana göstərilən qonaqpərvərliyə və cəmiyyətdə qadınların rolu üzrə beynəlxalq lonfransa dəvətə görə səmimi minnətdarlığını bildirərək, Avaza Milli Turizm Zonasında keçirilən bayram tədbirinin əhəmiyyətini qeyd edib.

Konstruktiv görüş zamanı iki ölkənin müvafiq qurumları arasında dialoqun intensivləşdirilməsi, uşaq sağlamlığı sahəsində təcrübə mübadiləsi və hər iki xalqın nəcib ənənələrinə uyğun olaraq xeyriyyə fəaliyyətlərinin inkişaf etdirilməsi imkanları müzakirə edilib.

Həmçinin Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya Ehtiyacı Olan Uşaqlara Yardım Xeyriyyə Fondu ilə Heydər Əliyev Fondu arasında Anlaşma Memorandumu imzalanıb.

Görüşün sonunda Oğulcahan Atabayeva və Leyla Əliyeva uşaqların mənafeyi naminə qurulmuş səmərəli dialoqun ardıcıl olaraq fəal şəkildə davam etdiriləcəyinə əminliklərini ifadə ediblər. 

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Dekabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri