Icma.az
close
up
RU
Hesab 3:0 olsa da, oyun bizim üçün asan alınmadı Valdas Dambrauskas

Hesab 3:0 olsa da, oyun bizim üçün asan alınmadı Valdas Dambrauskas

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Sabah" Misli premyer-liqasının 13-cü tur matçında "İmişli"nin meydanından qalib ayrıldı - 3:0.

"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Komandama təşəkkür edirəm. Bu qələbə onların haqqı idi. Öncədən bilirdik ki, çətin oyun olacaq. Çətinlik meydançanın vəziyyəti ilə bağlı idi. Premyer -liqada çıxış edən komandalar daha yaxşı stadionlara layiqdi. Bunu bəhanə kimi qəbul etməyin. Texniki cəhətdən yaxşı olan komanda üçün burda topa nəzarət etmək həqiqətən də çətindi. Birinci hissədə meydançaya uyğunlaşmaq çətin idi. Matçın əvvəlində yaxşı fürsətimiz oldu. Texniki səhvlər edirdik. Qol buraxdıq. Amma bu qol ofsayda görə ləğv olundu. İkinci hissə bizim üçün yaxşı keçdi. Taktiki detallar barədə danışmaq istəmirəm. Çünki 3 gün sonra kubokda eyni komanda ilə qarşılaşacağıq. Üçüncü qolu daha erkən vurub oyunun taleyini həll edə bilərdik. Bunun üçün çoxlu qol fürsətimiz oldu. "İmişli"nin də haqqını vermək lazımdı. Onların özünəməxsus oyun planı var. Standart vəziyyətlərdə təhlükəli olurlar. İkinci hissədə səhv etməməyə çalışdıq. Buna da nail olduq. Hesab 3:0 olsa da, oyun bizim üçün asan alınmadı.
- Oyun baxımından "Sabah" yaxşı çıxış etsə də, lazımsız xal itkiləri olur. Bu qeyri-sabitliyin səbəbi nədi?
- Sizinlə razı deyiləm. Həmişə mənə sual verirlər ki, niyə sabit çıxış etmirsiz. Bugünkü oyunumuzu mükəmməl hesab etməzdim. Bütün oyunlarda qalib gəlmək mümkün deyil. Son 12 matçda 1 dəfə məğlub olmuşuq. Kifayət qədər keyfiyyətli rəqiblərə qarşı mübarizə aparmışıq. 3-cü yerdəyiksə, bu, bizim əməyimizin nəticəsidi. Çox inkişaf etməliyik. Heç nə söz verə bilmərəm. Klub üçün əlimizdən gələni edəcəyik. Məşqlərdə tərləsək, bu, turnir cədvəlində öz əksini tapacaq.
- Milli komandada çıxış edən futbolçular "Sabah"da az şans qazanır. Bunun səbəbi nədi?
- Hər məşqçinin öz baxışı var. Rəhman, Abdullah, Xəyal çox yaxşı şəxsiyyətə malik futbolçulardı. Onlar çalışmalıdı ki, "Sabah" və milli komanda üçün daha çox şey versinlər.
- "İmişli" kubokda rəqibinizdi. Ola bilər ki, onlar kubok matçı üçün bugünkü oyunu qurban verdilər?
- "İmişli"nin nə düşündüyü bizim üçün önəmli deyil. Biz daha çox öz oyunumuza köklənirik. 4 gün sonrakı oyun daha ağır olacaq. Çünki hesab 0:0 olsa, rəqib üçün yaxşı olacaq. Onlar oyunun əlavə vaxta getməsini istəyəcəklər. Bakıya qayıtdıqdan sonra 3 məşq keçəcəyik. Çalışacağıq ki, komandanı oyuna ən yaxşı şəkildə hazırlayaq.
- Sizin üçün kubok, yoxsa çempionat prioritetdi?
- Bizim üçün prioritet sadəcə qarşıdan gələn oyundan qələbə ilə ayrılmaqdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Noyabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see145

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see130

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see129

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see128

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see126

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri