Valdas Dambrauskas: Karyeramda ilk dəfə 3:0 dan sonra hesab bərabərləşdi
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskasın karyerasında ilk dəfə komandasının hesabda 3:0 öndə olduğu matç heç-heçə bitib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, mütəxəssis bunu oyundan sonra açıqlamasında deyib.
O, komandasının oyunundan razı qalsa da, qələbənin əldən verilməsinə görə məyusluğunu gizlətməyib:
"Komandamın performansından razı qaldım. 70-ci dəqiqəyə qədər 3:0 hesabı ilə öndə olsaq da, təəssüf ki, son 20 dəqiqədə qələbəni əldən verdik. Bu, bizim üçün acı nəticədir və çox məyusuq. "Qarabağ"ın təcrübəsi sözünü dedi. Karyeramda ilk dəfədir ki, komandam 3:0 irəlidə olduğu halda rəqib hesabı bərabərləşdirir".
Baş məşqçi azarkeşlərə təşəkkür edərək qarşıdakı oyunlara fokuslanacaqlarını bildirib:
"Stadiona gələn azarkeşlərimizə minnətdaram. Belə həyəcanlı və gərgin oyunu başqa harada görmək olar? Bəlkə də Çempionlar Liqasından daha yaxşı bir mübarizə sərgilədik. Oyunda hər şey var idi, lakin nəticə istədiyimiz kimi olmadı. Həyat davam edir, bu oyunu unudub dörd gündən sonra keçiriləcək növbəti qarşılaşmaya köklənəcəyik".
Qeyd edək ki, Misli Premyer Liqasının XXII turunun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan "Qarabağ" - "Sabah" matçı 3:3 hesabı ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 01 Mart 2026 22:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















