Icma.az
close
up
RU
Hesabat: Çexiyada gənclərin radikallaşması tendensiyası müşahidə olunur

Hesabat: Çexiyada gənclərin radikallaşması tendensiyası müşahidə olunur

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Praqa, 11 iyul, AZƏRTAC

Çex gəncləri radikallaşır və onlar sosial mediada getdikcə daha çox zorakı məzmun seçirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə Çexiya Təhlükəsizlik və İnformasiya Xidmətinin (BIS) 2024-cü il üzrə hesabatında deyilir.

Keçən il əks-kəşfiyyat 13-21 yaş arası iyirmi istifadəçidən ibarət qrup müəyyən edib ki, onlar ifrat sağçı məzmunu axtarıb yayırlar.

BIS-in hesabatında deyilir: “Bəzi istisnalarla gənc radikallar müxtəlif bölgələrdə yaşasalar da və bir qayda olaraq bir-birlərini şəxsən tanımasalar da, “Telegram” və “TikTok” kimi sosial şəbəkələr vasitəsilə bir-biri ilə əlaqə saxlayıblar. Onlar, əsasən, imkansız ailələrdən olan yeniyetmələr və cəmiyyətdən təcrid olunmuş gənclərdir”.

Çexiyada radikallasan gənclərin böyük əksəriyyəti konkret təşkilatlarla əlaqəli olmasalar da, Yaxın Şərqdən bəzi şəxslər ələ alınan 21 yaşlı bir çex ilə “Telegram” vasitəsilə əlaqə saxlayıblar. Bu yaxınlarda polis və əks-kəşfiyyat azlıqlara qarşı nifrət və ekstremizmi təbliğ edən beş nəfərdən ibarət qrupu həbs edib. Onlardan ikisi ötən ilin yanvarında Brnoda sinaqoqu yandırmağa cəhddə ittiham olunub. Şübhəlilərin əksəriyyətinin yaşı 18-dən azdır, lakin qrupa 15 yaşdan kiçik yeniyetmələr də daxildir.

BIS-in məlumatına görə, sosial əlaqələrin çatışmazlığı və ətrafdakı insanlardan az maraq görməkdən əziyyət çəkən insanlar ultra-radikal baxışlara xüsusilə həssasdırlar. Sosial media alqoritmləri burada əsas rol oynayır, istifadəçilərə tələb etdikləri məzmunu təklif edir.

Əks-kəşfiyyatın hesabatında deyilir: “Radikallaşma tendensiyasının mühüm səbəbi sosial media alqoritmləri olub. Bu alqoritmlər hətta radikal mövzularda olan məzmunu ona meylli istifadəçilərə getdikcə daha effektiv şəkildə yönəldir. Hesabat müəllifləri qeyd edirlər ki, gənclər təkcə Çexiyada deyil, Avropanın bir çox ölkəsində də radikal ideologiyaya meyl göstərirlər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyul 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri