Hesabat: Dünyada yalnız 13 ölkə təmiz hava ilə nəfəs alır
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
IQAir-ın yeni hesabatına görə, dünya şəhərlərinin yalnız 14%-i təhlükəsiz hava keyfiyyətinə malikdir. Ötən il bu göstərici 17% idi. İnsan qaynaqlı iqlim dəyişikliyi, meşə yanğınları və qalıq yanacaq istifadəsi hava keyfiyyətinin qlobal miqyasda pisləşməsinin əsas səbəbləridir.
Milli.Az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi təhlükəsizlik həddini (5 µg/m³) qarşılaya bilən cəmi 13 ölkə və bölgə mövcuddur:
Avropada: Andorra, Estoniya və İslandiya.
Digər bölgələrdə: Avstraliya, Barbados, Bermuda, Fransız Polineziyası, Qrenada, Yeni Kaledoniya, Panama, Puerto-Riko, Reunion və ABŞ Virgin adaları.
Havanın ən çox çirkləndiyi 5 ölkə:
Pakistan (67,3 µg/m³)
Banqladeş (66,1 µg/m³)
Tacikistan (57,3 µg/m³)
Çad (53,6 µg/m³)
Konqo Demokratik Respublikası (50,2 µg/m³)
Dünyanın ən çirkli 25 şəhərinin hamısı Hindistan, Pakistan və Çində yerləşir. Siyahının zirvəsində Hindistanın Loni şəhəri qərarlaşıb. Burada çirklilik səviyyəsi ÜST-ün tövsiyə etdiyi həddən 22 dəfə çoxdur.
Avropada hava kirliliyi İsveçrə və Yunanıstanda (meşə yanğınları və Saxara tozu səbəbindən) 30%-dən çox artıb. Ən böyük yaxşılaşma isə Maltada (24% azalma) müşahidə olunub. Hazırda Paris və London dünyanın ən çirkli 10 şəhəri arasındadır.
Çapı 2,5 mikrometrdən kiçik olan incə hissəciklər (PM2,5) ağciyərlərin dərinliklərinə enib qana qarışa bilir. Bu hissəciklər:
Ürək-damar xəstəlikləri,
Tənəffüs problemləri,
Xərçəng riskini ciddi şəkildə artırır.
Hesabatda qeyd olunur ki, dünya əhalisinin yalnız kiçik bir hissəsi real vaxtlı hava məlumatlarına çıxış imkanına malikdir. Xüsusilə, 2025-ci ilin martında Tramp administrasiyasının ABŞ Dövlət Departamentinin qlobal hava monitorinq proqramını ləğv etməsi milyonlarla insanı məlumatdan məhrum qoyub.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 24 Mart 2026 23:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















