Icma.az
close
up
RU
Hesabat ilində yerli xərclər proqnozla müqayisədə az icra edilib

Hesabat ilində yerli xərclər proqnozla müqayisədə az icra edilib

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hesabat ilində yerli xərclər proqnozla müqayisədə az icra edilmiş, əvvəlki ildə olduğu kimi ən yüksək icra məbləği dekabr ayında qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Hesablama Palatasının Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir. Bildirilib ki, hesabat ilində şəhər və rayonların yerli xərcləri 738,6 milyon manat təşkil edib ki, bu da proqnozlaşdırılmış məbləğdən 5,9%, əvvəlki ilin icra göstəricisindən isə 22 min manat azdır. “Dövlət büdcəsinin icrasına dair illik hesabatda əvvəlki ildə də olduğu kimi yerli xərclərin proqnoza nisbətən az icrası əsasən yerli icra hakimiyyəti orqanlarında mövcud olan boş (vakant) ştatlar, eyni zamanda dövlət qulluğuna yeni təyin olunmuş işçilərin qulluq stajlarının və ixtisas dərəcələrinin az olması, mənzil və kommunal təsərrüfatı sahəsi üzrə, o cümlədən abadlaşdırılma, tullantıların yığılması, emalı və təmizlənməsi, küçələrin, parkların işıqlandırılması, yaşıllıqların salınması və digər abadlıq işlərinin yerinə yetirilməsi ilə bağlı xərclərdə qənaətin yaranması ilə əlaqələndirilib”, - məlumatda qeyd olunub.

Təqdim edilmiş məlumatlara əsasən, icra edilmiş yerli xərclərin funksional təsnifat üzrə bölgüsündə “Ətraf mühitin mühafizəsi” (33,8%), “Ümumi dövlət xidmətləri” (27,8%) və “Mənzil və kommunal təsərrüfatı” (27,4%) bölmələri daha yüksək xüsusi çəkiyə malik olmuşdur. İqtisadi təsnifat üzrə isə yerli xərclərdə malların (işlərin və xidmətin) satınalınması (51,9%), əməyin ödənişi (26,5%) və qeyri-maliyyə aktivləri (14,1%) xərcləri daha böyük pay təşkil edib. “Yerli xərclərin aylar üzrə icra göstəricilərinə nəzər salsaq, icra səviyyəsinin 34,3%-125,4% arasında dəyişdiyini, 5 ayda icranın proqnozu üstələdiyini görərik. Yerli xərclərin ən yüksək icra səviyyəsi əvvəlki illərdə olduğu kimi dekabr ayında qeydə alınıb. Belə ki, dekabr ayında icra edilmiş yerli xərclər cəmi yerli xərclərin 21,3%-ni təşkil etməklə 157 milyon manata bərabər olub. Müvafiq göstəricinin ən aşağı icra səviyyəsi və icra məbləği isə uyğun olaraq 1,4% və 10,5 milyon manat olmaqla yanvar ayında qeydə alınıb”, - məlumatda vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 May 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri