Icma.az
close
up
RU
Röyaya hesabat verən icra başçısı...

Röyaya hesabat verən icra başçısı...

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Yeni ilə coşqun əhvali-ruhiyyə və şou ilə girmək adətdəndir. Amma Xətai rayon İcra Hakimiyyətində “ilsonu şou dozası” bir az əndazəni aşdı. Ki, hələ də sədası gəlməkdə və cəmiyyətdə reaksiya doğurmaqda davam edir.
Məsələnin əvvəlinə nəzər salsaq - Xətai rayon İcra Hakimiyyəti YAP Xətai rayon Təşkilatı və C.Naxçıvanski adına Hərbi Liseyin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə bayram konserti təşkil edib. Xalq artisti Röya Ayxan da tədbirin bədii hissəsinə müğənni kimi dəvət edilib. Buraya qədər hər şey normal görünür. Normal olmayan və cəmiyyət tərəfindən qınanılan isə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevin müğənnini şəxsən qarşılaması, müavinləri ilə Röyanı müşayiət etməsi, onunla şəkil çəkdirməsi, hətta bunlarla da kifayətlənməyib rayonda aparılan işlərlə bağlı Xalq artistinə məruzə etməsidir.
Məsələ isə konkret bir müğənninin qəbul edilməsi yox, dövlət hakimiyyətinin öz funksional rolunu necə qavraması ilə bağlıdır. Burada söhbət zövqdən, simpatiyadan və ya şəxsi münasibətlərdən getmir — söhbət dövlət institutunun mahiyyətinin pozulmasından gedir.
Röya Rihanna yaxud Beyons deyil hər halda, amma bəzi ifalarını bəyənib qulaq asdığım müğənnilərdəndir. Yəni burada işin mahiyyəti röyalar yaxud qeyri-röyalar deyil.
Bəli, icra başçısı sərbəst şəkildə hansısa bir istirahət günündə könlü istədiyi Xalq artistinin konsertinə gedib orada onunla şəkil də çəkdirər, həsbi-hal da edər. Bu, onun istirahət hüququdur.
Amma icra hakimiyyətinin inzibati binasında icra başçısı artıq dövlət adından davranır. Onun oradakı hər jesti şəxsi deyil, institusional məna daşıyır. O, icra hakimiyyəti institutunu təmsil edir. Bu baxımdan rəsmi inzibati məkanda populyar sənətçinin nümayişkaranə şəkildə qarşılanması idarəçilik baxımından yanlış görünür də, yanlış anlaşılır da...
Dövlət qurumlarının əsas qaydası neytrallığı qorumaqdır. Yəni dövlət hamıya eyni məsafədə dayanmalıdır. Nə daha məşhur olanı bir az qabağa çəkməli, nə də daha səssiz olanı kölgədə qoymalıdır. Amma bəzən elə görüntülər yaranır ki, istər-istəməz sual çıxır: dövləti təmsil edən şəxslər indi vəzifəsinə uyğun davranırlar, yoxsa ictimai rəydə görünmək üçün poza verirlər?
Burada məsələ kiminsə tanınmış olması deyil. Məsələ odur ki, dövlət qurumu tanınmışlıqla işləməməlidir. Çünki dövlət qurumu populyarlıq üzərindən prioritet qurmağa başlayanda, hüquq arxa planda qalır, vizual effekt önə keçir.
Dövlətin güclü rəmzi çəkisi və sanbalı urvatdan salınmamalıdır. Bəli, bu addımda qanun pozuntusu yoxdur, bir çox şey qanunla qadağan olunmayıb. Amma hər qanuni addım öz-özlüyündə məntiqli və legitim olmur. Dövlət qurumunun rəhbərləri də hər addımını atanda eyni zamanda “cəmiyyət bunu necə qəbul edər?” sualını öz-özünə verə bilməlidir.
Dövlət protokolu təsadüfi davranışlar toplusu deyil. O, statusların, funksiyaların və məsuliyyətlərin dəqiq bölgüsünə əsaslanır. “Xalq artisti” fəxri adı mədəni dəyər ifadəsidir, lakin bu titul inzibati status yaratmır və yaratmamalıdır.
Sənət adamını icra başçısı səviyyəsində, rəsmi qarşılanma elementləri ilə qəbul etmək faktiki olaraq bir anlayışı legitimləşdirir: şöhrət idarəçilik səlahiyyətinə alternativ ola bilər. Bu isə təhlükəli presedentdir. Çünki dövlət populyarlıqla deyil, səlahiyyət və məsuliyyətlə işləyən mexanizmdir və icra başçılarının da bunu özlərinə vaxtaşırı xatırlatmalarında fayda var.
Siyasi idarəetmədə simvolik davranışlar da real qərarlar qədər önəm daşıyır. Hansı şəxslərin qəbul edildiyi, kimlərə diqqət göstərildiyi, hansı görüşlərin mediaya çıxarıldığı — bunların hamısı ictimaiyyətə verilən mesajdır. Bu hadisə ilə verilən mesaj isə aydındır: belə çıxır ki, görüntü və tanınmışlıq sosial ehtiyaclardan daha cəlbedici görünür.
Bu, xüsusilə yerli icra strukturu üçün ciddi problemdir. Çünki rayon səviyyəsində dövlət və vətəndaş arasındakı məsafə minimum olmalıdır. Əgər icra hakimiyyəti binası “rəsmi həll məkanı” yox, simvolik şou platforması təsiri bağışlayırsa, vətəndaş dövlətə deyil, təsadüfi nümayişlərə şahid olur. Və vətəndaş populyar şəxslərə göstərilən “xüsusi ehtiram”ı gördükdə istər-istəməz qıcıqlanır, etiraz edir, ən yumşaq halda istehza edir.
Burada tənqid ünvanı hansısa sənət adamı deyil. O, dəvət olunubsa, iştirak etməsi təbiidir. Problemin mənbəyi qərar verən və yanlış tərzdə icra edən tərəfdir. İcra başçısı anlamalıdır ki, onun davranışı fərdi jest deyil, idarəçilik modelinin nümayişidir. Cəmiyyətin bu hadisəyə reaksiyası isə xəbərdarlıqdır.
İcra hakimiyyəti binası konsert salonu deyil, sərgi pavilyonu deyil, PR platforması deyil. Bu bina dövlətin vətəndaş qarşısında öhdəliyinin rəmzidir. Orada hər görüş, hər qəbul, hər foto dövlətin hansı dəyərləri önə çəkdiyini göstərir.
Burada təhlükəli məqam odur ki, bəzi məmurlar öz vəzifələrini şəxsi platforma kimi qavrayır.
Sözün kəsəsi, icra başçısı dövlətin nümayəndəsidir, şəxsi simpatiyaların icraçısı deyil. O Xalq artistinə jestlər etmək üçün yox, xalqa xidmət etmək üçün o posta təyin edilib…

Elvis Presli 79 yaşında! “Heç sən yaşda sevgilim olmamışdı” Ölümünə festivallar
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://kulis.az
archiveBu xəbər 09 Yanvar 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri