Icma.az
close
up
RU
“Hesabatdan bəlli olur ki, icra mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var“ Zahid Oruc

“Hesabatdan bəlli olur ki, icra mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var“ Zahid Oruc

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

"Hesablama Palatasının 2025-ci il üzrə Fəaliyyət Hesabatı yüksək peşəkarlıqla hazırlanıb və dövlət maliyyə idarəetməsinin əsas istiqamətlərinin təhlilini əhatə edən mühüm sənəddir. Ali maliyyə nəzarəti orqanı olan Palatanın fəaliyyəti yalnız dövlət büdcə vəsaitlərinin deyil, həmçinin icmal və qeyri-büdcə fondları ilə işləyən qurumların vəsaitlərdən səmərəli, qənaətli və məqsədyönlü istifadəsinin təkmilləşdirilməsinə xidmət edir".

Moderator.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında Hesablama palatasının 2025-ci ilin hesabatına münasibət bildirən Zahid Oruc deyib.

O qeyd edib ki, ötən il ümumilikdə 6,7 milyard manat həcmində dövlət vəsaiti audit qiymətləndirilməsindən keçirilib: "Göründüyü kimi, illik büdcənin altıda biri-lakin daha strateji sahələr əhatə olunub. Audit nəticəsində müəyyən edilən 584,8 milyon manat uyğunluq pozuntusu, 626,3 milyon manat maliyyə təhrifləri və 342,9 milyon manat səmərəsiz xərclər olduğuna dair Hesabatda ətraflı təhlillər təqdim olunub. Əvvəlki illərin hesabatları göstərir ki, problem tədricən növbəti illərə ötürülür.

Deməli, hökumət strukturlarının planlaşdırma fəaliyyətinin, o cümlədən icra mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var. Maliyyə təhrifləri isə qərarvermə prosesində istifadə olunan məlumatların etibarlılığına birbaşa təsir edir. Lakin ən vacib indikator səmərəlilikdir. Çünki bir sıra sahələr üzrə ayrılan vəsaitlərin gözlənilən nəticəni verməməsi dərin təhlillər tələb edir.

Prezident İlham Əliyevin qlobal siyasətdə ölkəmizin iqtisadi mənafelərini peşəkarlıqla qoruması və makrosabitliyi təmin etməsi, əlverişli investisya mühiti və qarşılıqlı faydalı xarici əlaqələr yaratması fonunda müvafiq nazirliklərin dövlət dəstəyi ilə milli istehsalı genişləndirmək və əhalinin regionlarda iş yerləri ilə təminatını yaxşılaşdırmaq məramı ilə açdıqları bəzi sənaye müəssisələrinin sonrakı taleyi diqqət çəkir. Şamaxıda fəaliyyətə başlayan “Star LTD” zavodu bir vaxtlar məişət texnikası istehsalı üzrə ölkədə mühüm layihələrdən biri idi. Lakin sonra istehsal prosesi tamamilə dayandı. Mingəçevirdə fəaliyyət göstərən “Kür” kompüter zavodu, eləcə də avtomobil sənayesi üzrə açılan müəssisələr-Gəncə və Naxçıvan Avtomobil Zavodlarının istehsal həcmi və bazar əhatəsi də gözlənilən səviyyəyə çatmayıb. Əlbəttə, bir sıra sənaye sahələrində artım inkaredilməzdir. Hesabat təsdiq edir ki, problem vəsaitlərin ayrılmasında deyil, layihələrin iqtisadi əsaslandırılması və sonrakı idarə edilməsindədir.

Lakin Palatanın hesabatında diqqət çəkən və bütün vətəndaşları əhatə edən icbari tibbi sığorta sistemidir. Audit nəticələri göstərir ki, əhalinin sığortalanmasına ayrılan dövlət vəsaitlərinin proqnozlaşdırılması üçün istifadə olunan məlumatlarla real statistik göstəricilər arasında uyğunsuzluqlar var. Lakin sənəddə bildirilir ki, adambaşına düşən icbari tibbi sığorta haqqının məbləğinin hansı metodologiya əsasında müəyyən edildiyi tam aydın deyil. Onda sual olunur, ayrılan vəsait həqiqətən xidmətə və nəticədə vətəndaşın ehtiyac duyduğu müayinəyə-müalicəyə çevrilirmi? İnanırıq ki, yeni institisuional islahlatlar nəticəsində məsələ həllini tapacaq.

Hesabatda xüsusi diqqət çəkən istiqamətlərdən biri də işğaldan azad olunan ərazilərdə həyata keçirilən mühüm layihələrlə bağlıdır. Doğrudan da Qarabağ və ətraf bölgələrdə aparılan işlərin miqyası və tarixi əhəmiyyəti təkcə infrastuktur hadisəsi deyil, Yeni Vətən quruculuğudur, miqyasca ölkəmizin beşdə biri olsa da, bir nömrəli strateji yolların və dəhlizlərin yaradıldığı coğrafiyanın mənfidən-yerin altından başlayaraq, qəhrəmanlıqla tikilməsidir".

Deputat bildirib ki, Prezident məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının sürətləndirilməsi vəzifəsini bir nömrəli dövlət kursu elan edib: "Məhz belə ali diqqət və məsuliyyət fonunda Hesablama Palatasının göstərdiyi nöqsanlar xüsusi məna kəsb edir.

Hesabatda göstərilir ki, bəzi tikinti layihələrinin icrası zamanı dövlət vəsaitlərindən qənaətlə və səmərəli istifadə olunmur. Sənəddə vurğulanır ki, özəl sektor tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan kommersiya obyektlərinin-bazar kompleksləri, ticarət və xidmət binalarının dövlət büdcəsi hesabına tikilməsi halları mövcuddur. Dövlət resurslarının sosial məqsədlərdən kənara çıxaraq, kommersiya maraqlarını üzərinə götürməsi nə dərəcədə məqsədə müqaviqdir?

Eyni zamanda, yaşayış evlərinin və mənzillərin layihələndirilməsində daha səmərəli yanaşmaların tətbiqi tövsiyyə olunur. Yəni, eyni vəsaitlə daha çox sayda və keyfiyyətli yaşayış sahələri qurula bilərdi. Digər mühüm məsələ isə artıq tamamlanan obyektlərin istifadəyə verilməsi ilə bağlıdır.

Məsələn, Şuşa şəhərində Mərkəzi Xəstəxananın tikintisi başa çatsa da, onun istismara qəbulunun gecikməsi, dövlət balansına qəbulunun ləngiməsi və fiziki aşınmaya məruz qalmasına dair Hesabatdakı rəy və tövsiyələrə ikiqat məsuliyyətlə yanaşmaq tələb olunur.

Azad torpaqlarda bəzən düzgün planlaşdırılmama digər bölgələrlə müqayisədə daha böyük mənəvi məsuliyyət deməkdir. Çünki yeni Qarabağın inşası isadəcə iqtisadi deyil, bütöv millət və dövlət quruculuğunun müqəddəs simvoludur.

Prezident torpaqlarımızın azadlığında olduğu kimi, inşaat ordusunun da Ali Baş Komandanıdır, Zəfərimizin təminatçısı və qoruyucusudur.

İnanırıq ki, Palatanın hesabatına Hökumətin fəaliyyətinin mühüm indikatoru kimi xüsusi diqqətlə yanaşılacaq və nəzərə alınacaqdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Aprel 2026 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri