Zahid Oruc: Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var
Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.
Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var.
Reyting.az xəbər verir ki, bu təkliflə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin bugünkü iclasında çıxış edib.
O qeyd edib ki, Azərbaycanda 4200-dən çox kənd var:
"Kəndlərdən rayon mərkəzinə, oradan isə Bakıya böyük axın var. Kəndlərin miqrasiya səbəbindən boşalması ciddi problemlərə gətirib çıxarır. Ona görə düşünürəm ki, gec olmadan ucqar, sərhəd kəndlərin inkişafı ilə əlaqədar ayrıca dövlət proqramı hazırlanmalıdır".
Qeyd edək ki, statistikaya görə, Azərbaycanda 64 rayon, 11 respublika tabeli şəhər, 6 rayon tabeli şəhər, 12 şəhər rayonu, 262 qəsəbə, 190 qəsəbə ərazi dairəsi, 40 sahə ərazi dairəsi, 1724 kənd ərazi dairəsi və 4244 kənd var.
Ərazisinə görə ən böyük rayon Quba, ən kiçik rayon isə Tərtərdir.(Report)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 23 Yanvar 2026 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















