Icma.az
close
up
RU
Həsən Həsənov: Albaniya ilə bağlı bu məsələlər hələ də həllini tapmayıb!

Həsən Həsənov: Albaniya ilə bağlı bu məsələlər hələ də həllini tapmayıb!

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Novruz bayramı zərdüşt bayramı deyil, türk bayramıdır".

Turkustan.az xəbər verir ki, bunu tarix elmləri doktoru Həsən Həsənov Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış" mövzusunda seminarda deyib.

O, bildirib ki, Qafqaz Albaniyasının tarixinin hələ də bir sıra həllini tapmamış məsələlər var. Alimin sözlərinə görə, Albaniyanın dini, etnik və mədəni irsi ilə bağlı məsələlərin araşdırılması zamanı tarixi mənbələrə və elmi faktlara daha dərindən yanaşmaq vacibdir.

Tarixçi alim bildirib ki, Qafqaz Albaniyasının tarixi irsi yalnız bir xalqın və ya ölkənin tarixi ilə məhdudlaşdırıla bilməz. Onun sözlərinə görə, azərbaycanlılar da Qafqaz Albaniyasının tarixi irsinin varislərindən biridir. Udinlərin albanların yeganə varisi sayılması böyük səhvdir. Həmçinin, ermənilər də özlərini Qafqaz Albaniyasının varisi kimi təqdim etməyə çalışırlar, lakin bu iddia tarixi faktlara əsaslanmır.

Həsən Həsənov alban məbədləri ilə bağlı məsələyə də toxunaraq bildirib ki, müxtəlif dövrlərdə bu abidələrin dini və tarixi kimliyi ilə bağlı fərqli yanaşmalar ortaya qoyulub. O, tədqiqatçı Davud Axundovun alban memarlığı və məbədləri ilə bağlı araşdırmalarını da xatırladıb.

Alim qeyd edib ki, ərəb fəthlərindən sonrakı dövrdə bölgədə dini proseslər dəyişib və İslamın yayılması Qafqaz Albaniyasının tarixində mühüm mərhələ təşkil edib. Onun sözlərinə görə, Albaniya ərazisində müxtəlif dini inancların mövcud olması bu tarixin daha geniş şəkildə araşdırılmasını zəruri edir.

Həsən Həsənov həmçinin Novruz bayramının mənşəyi ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, Novruzun yalnız zərdüştlüklə əlaqələndirilməsi düzgün deyil və bu yanaşmanın dərsliklərdə də öz əksini tapması ilə bağlı narahatlığını ifadə edib. Alimin sözlərinə görə, Novruz türk xalqlarının qədim bayramlarından biridir və azərbaycanlıların bu bayramın tarixi ilə bağlı özünəməxsus irsi mövcuddur.

Tarixçi alim qeyd edib ki, dərsliklərdə bu məsələlərlə bağlı onun fikrincə, yanlış məlumatlar yer alır. Həsən Həsənov bildirib ki, bununla bağlı dəfələrlə aidiyyəti nazirliyə müraciət edib və ümumilikdə 40-a yaxın məsələni diqqətə çatdırıb. Onun sözlərinə görə, qaldırdığı problemlərdən bir qismi hələ də həllini tapmayıb.

Seminarın sonunda Qafqaz Albaniyasının tarixi irsinin daha dərindən araşdırılması, mövcud mübahisəli məsələlərin elmi əsaslarla öyrənilməsi və tarixi məlumatların gələcək nəsillərə düzgün çatdırılmasının vacibliyi vurğulanıb.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 Sentyabr 2026 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri