Icma.az
close
up
RU
Həssas bağırsaq sidnromu nədir? Necə müalicə edilməlidir?

Həssas bağırsaq sidnromu nədir? Necə müalicə edilməlidir?

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Həssas bağırsaq sindromu (İBS) həzm sisteminə təsir edən xroniki bir xəstəlikdir. Əlamətləri və simptomları qarın ağrısı, nəcis pozuntuları, şişkinlik, ishal və qəbizlikdir.

Xüsusi pəhriz edin. Həssas bağırsaq sindromu pəhrizi İBS simptomlarını əhəmiyyətli dərəcədə azalda və sağlamlığınızı qoruya bilir.

İBS-nin təbii müalicəsində ilk addım simptomlarını tətikləyən qidalardan uzaq durmaqdır. Həssas bağırsaq sindromu olan insanların 70 %-i bəzi qidaların onlara pis təsir etdiyini deyir. 

Soğan, sarımsaq, brokoli, kələm, gül kələm kimi tərəvəzlər, mərci, noxud, quru lobya kimi quru paxlalılar, çörək, makaron, pizza, tort kimi unlu yeməklər, inək südü, pendir, qatıq, dondurma kimi tərkibində laktoza olan qidalar, qəhvə, spirt və qazlı içkilər, şəkərli, yağlı və ədviyyatlı qidalar və içkilər, tərkibində dadlandırıcı olan sorbitol məhsulları, inulin kimi əlavə lifli qidalar və məhsullar, gündə 3 porsiyadan çox meyvə yemək mədə şikayətlərini artırır.

Fasiləli oruc tutmağa çalışın. Müddətə uyan bu məşhur pəhriz nümunəsi həftədə bir neçə gün (və ya hər gün) bir dəfəyə 14-20 saat boyu kalorini məhdudlaşdırır. Kalori məhdudlaşdırılması insanlarda qan təzyiqi və insulinə həssaslığın artmasına səbəb olur. Bu baxımdan fasiləli oruc tutmaq həssas bağırsaq sindromuna qarşı yaxşı vasitə ola bilər.

İdman edin. Daimi fiziki fəaliyyət gücü və ürək-damar sağlamlığını artırır, insanı uzunömürlü edir. İdman İBS simptomlarını yüngülləşdirməyə kömək edə bilir. Bunu da qeyd edək ki, həssas bağırsaq sindromuna qarşı ən yaxşı fiziki fəaliyyət yoqadır. Çünki yoqa zehni bədən məşqidir.

Həyatınızdakı stressi azaldın. Xroniki stress kortizol hormonunu artırdığı üçün həzm sisteminə təsir edir. İBS stresə həssas bir xəstəlik olduğundan narahatlıq və əsəbi idarə etmək çox vacibdir. Stresli hadisələr həssas bağırsaq sindromu xəstələrinin 30 %-ə qədərində qarında ağrısı və şişkinliyi gücləndirə bilir.

 İBS ilə əlaqəli stressi azaltmaq üçün meditasiya edin. Yoqa həm də stresdən azad olmaq üçün əla məşqdir. İstirahət üsulları və aşağı stressli həyat tərzi həssas bağırsaq sindromundan azad olmağın açarıdır.

Akupunktur alın. Akupunktur insan bədəninin strateji nöqtələrində, yəni  sinirlə zəngin nahiyələrdə müxtəlif dərinliklərə tük qədər nazik iynələrin sürətlə vurulmasını əhatə edən bir müalicə növüdür. Məlum olub ki, akupunktur həssas bağırsaq sindromu şikayətlərini əhəmiyyətli dərəcədə idarə edir.

Probiotiklər qəbul edin. Həzm sistemi üçün faydalı olan bu canlı mikroorqanizmlər (bakteriyalar) bağırsaq sağlamlığınızı dəstəkləyir və həssas bağırsaq sindromunun bəzi əsas səbəblərini yüngülləşdirməyə kömək edir.

Probiotiklər qulançar, banan, arpa, soğan, kakao, kətan toxumu, hindiba kökü, soya və alma kimi bir çox meyvə, göy-göyərti və kəpəkli taxıl məhsulunda vardır.

Həssas bağırsaq sindromuna nəzarət etməyin başqa effektiv yolu qaragilə, Brüssel kələmi, badımcan və şirin kartof kimi asan həll olunan zəngin lif qəbulunu gündə 20-35 qrama qədər artırmaqdır.

D vitamini qəbul edin. D vitamini həzm sistemi üçün vacib vitaminlərdəndir. Həssas bağırsaq sindromu olan xəstələrin 50 %-dən çoxunda D vitamini çatışmazlığı var. Daha çox D vitamini almaq üçün hər gün 15-30 dəqiqə günəşli havada gəzin və D vitamini ilə zəngin qidalardan istifadə edin. D vitamini əlavələrini isə həkim məsləhəti ilə qəbul edə bilərsiniz.

D vitamini ilə ən zəngin qidalar qızılbalıq, konservləşdirilmiş ton balığı, şiitake göbələkləri, yumurta sarısı və sardinadır.

Nanə, Aloe vera, çobanyastığı, enginar və ya artishok yarpağı ekstraktı, tərkibində qlutatyon olan qidalar, ürəkbulanma üçün zəncəfil, tut yarpağı çayları və kəklikotu kimi bitkilər də həzm və bağırsaq sağlamlığını yaxşılaşdırır.

trt 

trt

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 06:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see416

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see272

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see254

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see238

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see218

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see216

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see208

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see207

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see206

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see194

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see190

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see188

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see187

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see184

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see181

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see181

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see177

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see173

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see168

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri