Icma.az
close
up
RU
“Hətta sponsorun gəlibgəlməyəcəyindən asılı olmayaraq, onunla yolları ayıracaqdıq” baş məşqçi ilə klub rəhbərinin sözləri üstüstə düşmədi

“Hətta sponsorun gəlibgəlməyəcəyindən asılı olmayaraq, onunla yolları ayıracaqdıq” baş məşqçi ilə klub rəhbərinin sözləri üstüstə düşmədi

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

“Mingəçevir”dən yenicə ayrılan Ədəhim Niftəliyev saytımıza açıqlamasında gedişini sponsor problemi ilə bağlamışdi:

“Əvvəlki müsahibələrimdə bildirmişdim ki, sponsor gəlməsə, bu şəraitdə qalmayacam. Klubda problemlər həddən artıqdı. İstədiyim şəraiti yarada bilmədik. Problem problemin üstündəydi. Həm maddi, həm də mətbuatda yazılanlar baxımından. Bu təzyiqin altında hər şeydən iyrənmişdim. Bildirmişdim ki, qışa qədər komandadan ayrılacam. Yenə də son sözü Bakıdakı rəhbərliklə görüşüb biləcəyik. Yalnız ondan sonra müqaviləmə xitam verdirəcəm. Hələ ki müqaviləmə xitam verdirməmişəm. Yalnız sözdə demişəm”.


Bu açıqlamanı oxuyan hər kəs baş məşqçinin öz istəyi ilə klubdan ayrıldığını düşünər. Amma klub özü uğursuz nəticələrə görə yolları ayırdığını bildirir. Bəs Niftəliyev istefa verib, yoxsa göndərilib?
“Football-plus.az” məsələni “nur şəhəri” təmsilçisinin idarə heyətinin sədri Nurlan Əhmədovla dəqiqləşdirməyə çalışdı. Onun açıqlamasi isə belə oldu:

“Klub rəhbərliyi olaraq, Ədəhim Niftəliyevlə danışmışam. Şəxsən özünə hər şey başa salınıb. Burda anlaşılmaz nəsə yoxdu. Komandanın uğursuz nəticələrinə görə biz bu qərarı məqsədəuyğun saymışıq. Hətta sponsorun gəlib-gəlməyəcəyindən asılı olmayaraq, yekun qərarımız Ədəhim Niftəliyevlə yolları ayırmaq olub. Qarşılıqlı razılıq əsasında sağollaşmışıq. Dünya futbolunda da belədi ki, komanda uğursuz nəticələr göstərərsə, baş məşqçi yola salınır. Hətta bir neçə tur əvvəldən planlaşdırırdıq ki, sağollaşaq. Sadəcə, fasiləyəqədərki oyunlar nəzərə alınaraq Ədəhim Niftəliyevə bir az da şans verildi, amma özünü doğrultmadı. Özünə bildirilib, şəxsi söhbətimiz də olub. Ona gələcək karyerasında uğurlar arzulamışıq”.


Nurlan bəy yeni baş məçqçi iddiaları barədə də fikir bildirib:

“Yazılanların heç bir əsası yoxdu. Azər Həşimovla nə rəsmi görüşümüz olub, nə də o haqda danışığımız. Bayramdan sonra klubun iclası keçiriləcək. Bu zaman nəticələr təhlil olunacaq. Müzakirələrdən sonra kimin gətiriləcəyi haqda müəyyən qərarlar veriləcək. İndiki durumda Azər Həşimovla heç bir əlaqəmiz yoxdu. Yazılanlar hamısı “feyk” xəbərlərdi”.


RÖYANƏ OĞUZ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Dekabr 2024 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see233

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see233

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see199

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see148

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see147

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see142

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see142

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see138

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see132

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see130

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see130

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see127

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see126

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see125

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri