Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

“Hətta stadionu da özüm sulayırdım” Vüqar Nadirovun ə MÜSAHİBƏSİ

“Hətta stadionu da özüm sulayırdım” Vüqar Nadirovun ə MÜSAHİBƏSİ

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Keçmişdə futbol millimizin və “Qarabağ”ın aparıcı futbolçusu olmuş, hazırda isə məşqçi kimi fəaliyyət göstərən Vüqar Nadirov ötən ilin noyabrından rəhbərlik etdiyi II Liqa təmsilçisi “Şəmkir” klubundan gözlənilmədən ayrılıb.

İdman.Biz onunla demək olar ki, istefasından dərhal sonra danışa bilib. Oxucularımıza həmin müsahibəni “isti-isti”lə təqdim edirik:

- II Liqada cəmi beş turdan sonra belə bir addım atmağınıza nə səbəb oldu? Axı komanda pis nəticə göstərmirdi...

- Tamamilə haqlısınız: başlanğıcda üç qələbə və iki məğlubiyyəti heç kim pis nəticə adlandıra bilməz. Amma nədənsə məndən yalnız qələbə tələb olunurdu, komandaya isə heç bir investisiya qoyulmurdu. Üstəlik, hər kəs özünü məşqçi hesab edirdi...

- Yəni hər kəs işinizə qarışırdı?

- Təsəvvür edə bilməzsiniz, necə qarışırdılar! Hər kəs nəsə məsləhət verməyə, kimisə komandaya “soxmağa” çalışırdı.

- Elə bildim, siz klubun prezidenti Vüsal Məmmədovu nəzərdə tutursunuz...

- Əksinə, o, işimə ən az müdaxilə edən şəxs idi! O, klubun yaşaması üçün əlindən gələni etdi, amma maliyyə cəhətdən yalnız bir ay komandanı saxlaya bildi. Beşinci turdan sonra mənə dedilər ki, artıq pul yoxdur. Söhbət təkcə mənim və məşqçilər korpusunun maaşından getmirdi - bütün komanda, oyunçular, personal maaşsız qaldı. Necə işləmək olardı, əgər biz cəmi bir ay, yəni maksimum dörd oyun üçün maaş almışdıqsa?! Beşinci turdan sonra isə məni sadəcə fakt qarşısında qoydular. Kaş elə əvvəldən desəydilər ki, komandaya cəmi beş turluq rəhbərlik edəcəyəm - bu, daha dürüst olardı.

- Bəs AFFA necə? Assosiasiya kluba kömək etmir?

- Bəli, klub faktiki olaraq AFFA-nın hesabına yaşayırdı. Komandanın büdcəsi maksimum 11 min manat idi, onun beş mini AFFA-nın dotasiyası sayılırdı. Mən hətta kirayə qaldığım mənzilin pulunu da öz cibimdən ödəyirdim! Başa düşmürəm, niyə yayda mənimlə müqaviləni uzatdılar, əgər komandanı saxlaya bilmirdilərsə?! Axı bilirdilər ki, mən “A” kateqoriyasını almaq üçün təhsil alıram ki, daha yüksək liqalarda klub çalışdırmaq imkanım olsun. Üstəlik, bu təhsilin bütün xərclərini özüm ödəyirdim, halbuki normalda bu xərcləri məşqçinin çalışdığı klub qarşılamalıdır.

- Doğrudanmı, Şəmkirdə klubun işinə kömək edən heç kim yox idi? Bəlkə sponsor dəstəyi var idi?

- Əlbəttə, həm ötən mövsümdə, həm də bu il bizə kömək edən insanlar var idi. Amma onlar da yalnız qələbə tələb edirdilər, halbuki klubun maliyyə vəziyyəti ilə bu, mümkünsüz idi. Mən hər turda qələbə qazana bilməyəcəyimi deyəndə, həmin adamlar geri çəkildilər. Axı hansı qələbədən danışmaq olar, əgər klubun öz avtobusu belə yox idisə? Oyunlara “Sprinter”lə gedirdik. Cəmi bir dəfə avtobusla getdik - o da ona görə ki, həmin gün oyun var idi və komandanın heç olmasa minimal rahatlığı təmin olunmalı idi.

- İndi nə etməyi düşünürsünüz?

- Yeni komanda axtaracağam. “A” kateqoriyasını almaq üçün təhsilimi davam etdirməliyəm. Yaxşı ki, AFFA vəziyyəti anlayışla qarşıladı və mənə kiçik bir möhlət verdi. Halbuki artıq özümü demək olar ki, “şəmkirli” kimi hiss edirdim - klubun maraqları uğrunda can yandırırdım. Hətta stadionu da özüm sulayırdım.

Vüqar Vüqarlı

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 21 Oktyabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see287

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see277

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see273

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see271

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see270

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see262

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see252

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see248

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see232

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see222

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see220

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see212

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see208

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see208

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see205

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see204

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see202

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see198

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see192

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri