“Həyat dəyişir, vicdan duyumu da dəyişir”
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Qanunvericilikdə, hüquqşünaslıqda mənəviyyatdan götürülmüş, amma tərifi verilməmiş anlayışlar var”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Erkin Qədirli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında “Maraqlar toqquşması haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Bizim çeşidli qanunvericiliyimizdə kökü “vicdan” olan nə qədər söz var. Amma heç yerdə onun anlayışı açılmır, tərifi yoxdur. Bu, qanunda boşluq anlamına gəlmir. Bu, qanunvericiliyin məqsədli şəkildə boş buraxdığı anlayışdır. Çünki bu, situativ anlayışdır.
İfadə azadlığı, ideologiyanın dini, ya dünyəvi olması vətəndaşın konstitusion haqqıdır. Bu, vəzifəli şəxslər arasında münasibətlərin arasına girməməlidir, biz bu yalnışa yol verə bilmərik. Vicdan məsələsi konkret situasiyada bilinəcək. Onun çeşidli əlamətləri var.
Bu əlamətlər digər qanunvericilik aktlarında və məhkəmə praktikasında, Ali Məhkəmənin şərhlərində açılıb. Bu məsələ eyni zamanda, dövlət qulluğunda etik davranış qaydaları, eləcə də Milli Məclis deputatlarının etik davranış qaydalarını müəyyən edən qanunvericilik aktlarında ümumi şəkildə verilib. Lakin vicdan anlayışına konkret tərif vermək mümkün deyil. Çünki həyat dəyişir, həyata baxışlar dəyişir, vicdan duyumu da dəyişir. Hətta eyni cəmiyyətdə nəsillərarası münasibətlərdə belə bunu görmək mümkündür.
Belə məsələləri qanunvericiliklə nizamlamaq və onların dəqiq tərifini vermək mümkün deyil. Məhz buna görə də bu məsələlər daha çox mənəviyyat sahəsinə aid edilir.
Amma mənəviyyat, dediyim kimi, hüquq sahəsindən tamamilə ayrı bir sahə deyil. Hətta müxtəlif nəzəriyyələrdə hansının hansından yarandığı məsələsi də müzakirə olunur. Məsələn, hüququn mənəviyyatdan yarandığını iddia edən nəzəriyyələr var. Eyni zamanda, mənəviyyatın hüquqdan yarandığını iddia edən nəzəriyyələr də mövcuddur. Hər iki yanaşmanı təsdiqləyən nümunələr var.
Layihənin özünə gəlincə, bu barədə qeyri-rəsmi iclas başlamazdan əvvəl də fikrimi bildirmişdim. Layihəni yaxşı hesab edirəm və ona səs verəcəyəm”, - deputat qeyd edib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 29 Oktyabr 2026 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















