Icma.az
close
up
RU
Laos dünyada ən çox bombalanan ölkə

Laos dünyada ən çox bombalanan ölkə

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Vyentyan, 29 oktyabr, AZƏRTAC

Rəsmi adı Laos Xalq Demokratik Respublikası olan bu ölkə Cənub-Şərqi Asiyada dənizə çıxışı olmayan yeganə dövlətdir. Hind-Çin yarımadasında yerləşən Laos gözoxşayan təbiəti, keşməkeşli tarixi, çoxmillətli əhalisi, buddizm abidələri, mədəni irsi, əhalisi üçün həyatı əhəmiyyəti olan Mekonq çayı ilə turistlər üçün hələ də kifayət qədər kəşf olunmamış ölkədir.

Dünyadakı rəsmi olaraq 5 kommunist ölkədən biri olan Laosda 1975-ci ildə sosialist sistemə əsaslanan Xalq Demokratik Respublikası qurulub. Vyetnam müharibəsi dövründə ABŞ tərəfindən atılan bombaların sayına görə dünyada ən çox bombalanan ölkə ünvanını “əldə edən” Loas uzun illər keçmiş Sovet İttifaqı ilə sıx əlaqələr saxlayıb. Onun beynəlxalq təcriddən çıxması 1980-ci illərin 2-ci yarısından etibarən iqtisadi islahatlar, qonşu ölkələrlə münasibətlərin normallaşdırılması və beynəlxalq təşkilatlara inteqrasiya vasitəsilə həyata keçirilib. “Fillər ölkəsi”, “Mağaralar ölkəsi” kimi də tanınan Laosun əhalinin əsas hissəsini laolar təşkil edir.

Laosun iqtisadiyyatında aqrar sahənin böyük payı var. İstehlak xarakterli kənd təsərrüfatı ÜDM-in yarısını, məşğulluğun isə 80 faizini təmin edir. Turizm sektoru da Laos iqtisadiyyatında önəmli yer tutur. Əhalinin təxminən 9 faizi turizm sənayesində çalışır. Laosun təxminən 8 milyon əhalisi var. Ölkənin ən böyük və əsas şəhəri paytaxt Vyentyandır. Burda fransız kolonial arxitekturasının izlərini görmək mümkündür. Vyentyanın düz mərkəzində yerləşən “Patusay” memorial abidəsi isə Fransa müstəmləkiçiliyinə qarşı laosluların mübarizəsini simvolizə edir. Təxminən 60 il davam etmiş Fransa müstəmləkəçiliyi dövrü Laosun tarixində acı izlər buraxıb. Bu izlərin ilk sırasında əmək istismarı durur. Amma bu cür ağır təzyiqlər Laos xalqının azadlıq istəyini sındıra bilmədi və Laos 1953-cü ildə müstəqilliyini bərpa edib. Paytaxt Vyentyanın mərkəzində ucaldılan və laos dilində “Zəfər yolu” mənasını verən “Patusay” abidəsi isə Fransa müstəmləkiçiliyinə qarşı mübarizədə həlak olanların xatirəsinə inşa edilib.

Ölkənin iqtisadi, mədəni, elm və təhsil mərkəzi olan paytaxt Vyentyanda əcnəbi turistlər üçün ən çox diqqət çəkən məqamlardan biri küçədə şütüyən rikşalardır. Onlar Laosda əvəzolunmaz ucuz nəqliyyat vasitəsidir.

Paytaxt Vyentyan Asiyanın ən uzun çaylarından biri olam Mekonqun sol sahilində yerləşir. Mekonq laoslular üçün adi bir çay deyil. Bu ölkədə hər şey Mekonqla bağlıdır, özü də tarixən. Mekonq çayı ölkənin əsas su mənbəyi olmaqla yanaşı, əhalinin məşğuliyyəti, güzəranı üçün böyük rol oynayır. Elə buna görə də Laosda Mekonqu “Müqəddəs su yolu” adlandırırlar.

Laos əhalisinin təxminən 66 faizi buddizmə inanır. Buddizm Laosun dini və milli-mədəni həyatında mühüm yer tutur. Buddist məbədləri yalnız ibadət yeri deyil, həm də təhsil, icma həyatı və ənənələrin qorunması mərkəzləridir. Laosda ən məşhur buddist abidəsi Vyentyan şəhərinin əlamətdar məkanlarından olan “Pha That Luang” məbədidir. Həm müqəddəs dini məkan, həm də milli rəmz kimi ehtiram göstərilən bu abidənin qızılla örtülmüş 45 metr hündürlüyündə stupası Laos kimliyinin daimi simvoluna çevrilmişdir. Laosda dünyaca məşhur olan digər buddizm abidəsi, daha doğrusu abidə kompleksi isə budda parkıdır.

Laosun kənd təsərrüfatında düyüçülük üstünlük təşkil edir. Əkinə yararlı torpaqların təxminən 80 faizi düyü yetişdirmək üçün istifadə olunur. Laos mətbəxinin əvəzolunmaz ərzağı isə düyüdür. Laoslular adambaşına istehlak olunan düyü miqdarına görə dünyada birinci yerdədilər. Orta hesabla hər laoslu il ərzində 170 kq düyü yeyir ki, bu da gündə təxminən yarım kilo edir. Laosda küçə yeməkləri o qədər ucuzdur ki, dünyaca tanınmış fast-fud şəbəkələri bəlkə də qiymət rəqabətindən çəkindikləri üçün Laosda fəaliyyət göstərmirlər.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Vyentyan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri