Fransada oğurlanmış dekorativ sualtı gəmi Besansonda tapılıb: iki nəfər saxlanılıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Paris, 29 oktyabr, AZƏRTAC
Fransanın Düb departamentinin milli polisi oktyabr ayında En departamentinin Ferney-Volter şəhərindən oğurlanmış dekorativ sualtı gəminin Besanson şəhərində tapıldığını açıqlayıb. Hadisə ilə əlaqədar 27 və 47 yaşlı iki nəfər saxlanılaraq dindirilib.
AZƏRTAC xəbər verir ki, yerli “Ici Besançon” mediasının yaydığı məlumata görə, istintaq sualtı gəminin sahibinin oğurluq barədə müraciətindən sonra başlanıb. Zərərçəkmiş əşyanın Besanson ərazisində “Leboncoin” elan platformasında satışa çıxarıldığını gördükdən sonra jandarmlara məlumat verib.
Gex jandarm bölməsinin bildirdiyinə görə, sarı rəngli sualtı gəmi dalğıc avadanlıqları üzrə ixtisaslaşmış mağazaya məxsus olub və dekorativ məqsədlə istifadə edilib. Onun oktyabr ayı ərzində oğurlandığı ehtimal olunur.
İstintaq Besanson polis idarəsinin əmlaka qarşı cinayətlərlə mübarizə bölməsinə həvalə edilib. İki kişi ehtimal olunan oğurluqla bağlı izahat vermək üçün daha sonra Besanson prokurorluğuna çağırılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 29 Oktyabr 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















