Icma.az
close
up
RU
Həyata: teleskopla, yoxsa mikroskopla?..

Həyata: teleskopla, yoxsa mikroskopla?..

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Teleskopla, yoxsa mikroskopla...

Həyat gözəldir, bu, bütün zamanlar üçün dəyişməz qalır. Həyat ilin fəsilləri, fəsillərin illərə çevrilməsi, illərin bizə bəxş etdiyi xoş günlərlə gözəldir. Həyat hər günlə, hər anla gözəldir. Bəli, həyat elə eyni həyatdır, dəyişməzdir. Dəyişən bizlərik. Biz dəyişməklə, həyata bir başqa gözlə baxırıq. Baxdıqca da həyatın dəyişməsindən gileylənirik. Lakin dəyişən bizik, həyat deyil...

Həyat və biz... Bu gün bu iki anlayışın bir-birinə təması fonunda insanlarda yaranan sevgi və qısqanclıq hisslərindən söhbət açmaq istəyirəm. O hisslər ki, həyatı sevgi ilə ona baxdığımızda sanki teleskopla, qısqanclıq və paxıllıqla baxdıqda isə sanki mikroskopla görürmüş kimi hiss edirik. Belə isə necə edək ki, həyata mikroskopla deyil, teleskopla baxaq?

“Dünyanı sevgi xilas edəcək” deyənlərə...

Bəli, “dünyanı sevgi xilas edəcək” deyənlərə, alqışlar yağdıraq. Bu, həqiqətən də belədir. Məgər həyatımız sevgi üzərində qurulmayıbmı? Sevgi deyəndə bəzi insanlar yalnız kişi-qadın münasibətlərini nəzərdə tutur, lakin sevgi tək bu deyil. Sevgi elə bizim dünyaya gəlişimizdən başlanır. Bizi dünyaya bəxş edənlərin sevgisindən, sonra bizim həyata, doğmalarımıza, bağça, məktəb müəllimlərimizə sevgimizdən başlayır. Daha sonra bu sevgi biz hiss etmədən hər günümüzdə doğulur. Bunu hiss edə biliriksə, yaşaya bilirik, hiss edə, görə bilmiriksə, özümüz öz həyatımızı məhv edir, pessimizmə qapılır və həyata yalnızca mikroskopla baxa bilirik. Beləliklə də zaman-zaman içimizdə müxtəlif hisslər yaranmağa başlayır: həsəd, paxıllıq kimi... Bu hisslər isə teleskopik baxışları mikroskopik həddə endirir.

Həyatın gözəlliyini duyduqca, bu gözəlliyə lazımi qiymət verdikcə, insan özü də gözəlləşir, içinə ülvi hisslər dolur. Paxıllıqdan, həsəddən uzaq bir həyat yaşayır. Lakin həyatı görməzdən gəldikcə, həyatın gözəlliyini yalnız sosial şəbəkələrdə- kimlərinsə videolarında, şəkillərində axtardıqca, artıq içində sevgidən əsər-əlamət qalmır. O, yavaş-yavaş sosial şəbəkələrdə bu gün olub, sabah yoxa çıxan şəkillər, videolar kimi səni tərk edir.

Belə olanda isə başqa bir düşüncəyə qapılırsan və belə bir sual çıxır meydana: dünyanı sevgi xilas edə biləcəkmi? Axı müasir dövrümüzdə insanların içindəki həyat sevgisi öz yerini həsəd, paxıllıq kimi hisslərə verib, sevgini qovub çıxarır. Bu təqdirdə dünyanı kimlərin sevgisi xilas edə bilər?..

Həsəd, paxıllıq və qısqanclıq...

Dünya binə olandan bu üç hiss insan övladı ilə birgə addımlamaqdadır. Əvvəl sinif, tələbə yoldaşımıza həsəd aparırıq. Onun kimi niyə təriflənmirik, onun kimi niyə geyinmirik? Bu həsəd istər-istəməz qarşıda paxıllıqla nəticələnir. Paxıllıq isə zamanla içimizə qısqanclıq lövbərini salır. Bu üçmərhələli hisslərin nəticəsi isə ağır olur. Sanki həyatdan əlimizi üzürük. Əlimizdə olanları itirmək hissi ilə yaşayırıq. Bunu sabah quracağımız ailəyə də daşıyırıq. Həyat yoldaşımızı qarabaqara izləyirik, onu kiminsə əlimizdən almasından qorxuruq. Ən yaxın qohumlarımıza, iş yoldaşlarına qısqanırıq. Bu isə ailədə anormal bir vəziyyətə səbəb olur və bununla həyatımız qaranlıqlaşmağa başlayır.

Bütün bu hisslərin müasir dövrümüzdə formalaşmasına isə o qədər optimal şərait var ki... Sosial şəbəkələr bu hisslərin formalaşması üçün, sözün həqiqi mənasında, yelkən açıb. Paylaşılan şəkillər və videolar həyatın gözəlliyi üzərinə pərdə çəkərək ön plana keçib. Müxtəlif səyahətlər, gəzintilər, ad günləri, toy, nişan, xınayaxdı videoları, sevgililərin bir-birilərinə aldıqları hədiyyələrin reklamı bu gün bizi bədbəxtliyə sürükləyən amillərdir. Cəmiyyətimizin yox olmasına hesablanan məqamlardır. Elə bu səbəbdən də sosial şəbəkələrin bəzi halda çox faydalı olduğunu bilsək də, bu cür halları ilə barışa bilmirik. Çünki xüsusilə gənclərimiz sosial şəbəkələrdən düzgün şəkildə faydalana bilmir. Onlar burada inkişaflarına şərait yaradacaq videolar əvəzinə, dəbli paltarların, fərqli həyatların, toyların, ad günlərinin, maşınların videolarını daha çox izləyir ki, bunun da nəticəsi həsəd, paxıllıq və qısqanclıq hissinin son həddə çatmasına səbəb olur.

Virtualdan çox vizual

Qeyd etdiyimiz kimi, həsəd, paxıllıq, qısqanclıq hissləri dünya binə olandan insan övladına xas olub. Lakin bu hisslər heç vaxt bugünkü qədər qabarıq şəkildə olmayıb. Bunun da səbəbi indi insanlarda bu hissələri alışdıran vizual aləmin olmasıdır.

Uzaq keçmişə deyil, 30-40 il öncəyə nəzər salaq. İnternetsiz bir aləmdə yaşayırdı insanlar. Sadaladığımız bu hisslərin hər biri ilə oxuduqları kitablarda qarşılaşırdılar. Bu, virtual hiss idi. Kitablardakı həsəd hissli, paxıl, qısqanc obrazları təxəyyülümüzdə canlandırırdıq. Bu obrazları mənfi obrazlar kimi dəyərləndirirdik. Heç vaxt onlara haqq vermirdik ki, düzgün edirlər. Əksinə, onları məzəmmət edirdik. Onlara oxşamamağa çalışırdıq.

Ətrafımızda da bu cür xüsusiyyətlərə malik insanlar vardı. Lakin bu gün cəmiyyətimizdə gördüyümüz insanlardan çox fərqli idilər. Bunun səbəbi sosial şəbəkələrsiz həyat idi. Ozamanki insanların həyatına bu hisslər vizual olaraq yansımırdı. Hər gün, hər gün beyinlərinə hopdurulmurdu. Buna görə də o dövrlə bu dövr arasında böyük fərq var.

İndi bütün yaş qruplarından olan insanlar sosial şəbəkələrdə başqalarının videoları, şəkilləri ilə vizual bir həsəd, paxıllıq, qısqanclıq hissi yaşayır. Bu hisslər hər gün saatlarla sosial şəbəkələrdə gəzişən insanların həyatını alt-üst etməkdədir.

Eyni zamanda, onlarla serialların hər biri də bu hisslərin yaranmasına təkan verir. Sanki elə bil bütün sosial şəbəkələr də, serial və filmlər də insanların həyatını, onların bu gözəl həyata baxışlarını dəyişdirməyə xidmət edir.

Kimə deyəsən ki...

Bəli, kimə deyəsən ki, belə film, seriallara baxmayın. Bu sosial şəbəkələri az izləyin. Məgər eşidən varmı? Baxmayaraq ki, mətbuat bundan hər gün yazır. Oxuyanlar da var, lakin əməl edənlər necə, varmı? Əlbəttə ki, yoxdur. Çünki oxunanlar hələ dərk edilməmiş yeni videolar, şəkillər gözləri qamaşdırır, oxunanlar da yaddan çıxır.

Sözün açığı, biz sosial şəbəkələrin əsirinə çevrilmişik. Onlar bizi necə istəyirsə, o cür də istismar edir. Sanki bir əsir düşərgəsindəyik. Düşərgə rəhbəri bizi necə istəyirsə, o cür də idarə edir. Səhərdən axşamadək əməyimizi istismar edir, bax, sosial şəbəkələr də belədir.

Sosial şəbəkələr bir maqnit gücü ilə bizi özünə bağlayıb. Nə qədər ayrılmaq istəsək də, ayrıla bilmirik. Nə etsək də, ondan qopa bilmirik. Qopa bilmədikcə də biz bizlikdən çıxıb başqalarına oxşayırıq. Həsəd, paxıllıq hissi “nə edim ki, mənim də olsun” düşüncəsi bizi didib-parçalayır. Qısqanclıqdan od tutub yanırıq.

Kimə deyəsən ki, ay qız, ay oğlan, ay gəlin, ay qadın, ay kişi, bu sosial şəbəkələr sizin axırınıza çıxacaq. Kimə deyəsən? Artıq biz öz həyatımızı demək olar ki, Tiktoka, İntagrama, Fecebooka, Teleqrama, Twitterə qurban vermişik. Bunlar olub həyatımızın ayrılmaz hissəsi. Çörək, su kimi tələbatımıza çevrilib. Telefon əlimizdə harada gəldi, dəqiqədə bir bu şəbəkələrə baş vurmasaq, rahatlıq tapa bilmirik.

Bu günlərdə türk mediasında Tülin Berovanın bu hisslərlə bağlı maraqlı bir yazısını oxudum. Yazıdan bəzi məqamlar: Qısqanclıq xəstəlik kimidir... Əvvəla, qısqanclığın əlamətləri sevdiyiniz insanı itirmək və ya sahib olmaq istədiyiniz şeylərə sahib olmaq istəyi ilə başlayır... Qısqanclıq paxıllıq vəziyyətinə bənzəyir... Bu, insanları müxtəlif şübhələrə salan həsəddir... Sosial şəbəkələrdə paylaşılan paylaşımlar və bu şəbəkələrdən intensiv istifadə qısqanclığın getdikcə daha da sürətlə yayılmasına səbəb olur... Ən çox da qısqanclıq sevgi işlərində pis nəticələrlə əlaqələndirilir, kişilər cinayəti törədənləri, qadınlar qurbanı təmsil edir və xəbərlərin çoxu bu yöndə faktlara söykənir.

...Televiziya seriallarının əksəriyyətində qısqanclıq mövzusu incə şəkildə tamaşaçının ruhuna hopdurulur, paxıllıq isə inanmağa hazır olanların beyninə işlənir...

Araşdırmalar deyir ki, qısqanclıq insanları qətllərə sürükləyir. Qısqanclıq fiziki zorakılıq, aqressiv davranışlar, yüksək səslə danışmaq, həmçinin psixoloji təzyiq altında olan insanlarda davranış pozğunluğuna səbəb olur. Özünüzü baxmaqdan saxlaya bilmirsiniz və bir müddət sonra “ niyə onun xoşbəxtliyi var, məndə yoxdur” deyərək iqtisadi, sosial və mənəvi baxımdan qısqanclığınızın səsini eşidə bilirsiniz.

... İnstagram hesabları insanların rəqəmsal albomları kimi olub. Köhnə zamanların fotoşəkilləri artıq yayılmır. Yalnız toy mərasimlərində fotoqraflar foto çəkir, sərgiləyir və satmaqla məşğul olurlar.

İzlədiyiniz adamın hesabına daxil olun, bütün paylaşılan şəkillər, əyləncə məkanından tutmuş restorana getmək, bağçada gəzmək, evin balkonunda manqal etmək, şəkillərdə bütün uşaqlar və qonaqlar əlinizin altındadır, böyüdüb-kiçildərək hər şeyi ən xırda detalına qədər görə bilərsiniz... Facebook və Twitter də eyni xidməti təqdim edir... Ən son dəbli paltarlara baxırsınız. Bunlara önəm verənlər var, paxıllıq edənlər var, “yaxşı gündə istifadə edin” deyənlər var, deməyənlər də var ... Xəstəxanaya düşənlər tez sağalsın və mərhumların ailələrinə başsağlığı mesajları, hər gün qeyd etdiyiniz ad günləri, yeni doğulmuşların videoları... Bunlar istər qısqanclıq, istərsə də digər hissləri verir insanlara. Hər kəs də özünəməxsus şəkildə qəbil edir; ya xoş arzularını bildirir, ya bəxtəvərlik verir və sair. Lakin həsəd, paxıllıq, qısqanclıq bunlar arasında ən çox müşahidə ediləndir.

Həyata baxışımızı dəyişək...

Həyata necə baxarıqsa, ondan alacaqlarımız da elə olacaq, sözsüz ki... Belə isə həyata nikbin duyğularla baxmaq lazımdır. Kiminsə olanına qısqanclıqla deyil, “bir gün mənim də olacaq” arzusu ilə. Bu arzularla da həyata teleskopla baxırsanmış kimi baxmaq lazımdır ki, sevgini ona verə biləsən. Bu sevgi isə əvəzində sənə gözəl bir həyat bəxş edəcək.

Yox, əgər, başqalarına qısqanclıq hissi, gözlərimizi qıyıb mikroskopla baxırmış kimi baxarıqsa, bu zaman həyatdan küsdüyümüz kimi, həyat da bizdən küsəcək. Nəticədə heç nəyin sahibi olmayacağıq.

Belə isə həyata teleskopla baxaq, mikroskopla deyil...

Mətanət Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Dekabr 2024 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see261

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see203

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see147

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see143

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see132

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see130

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see129

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see126

HƏMAS üçün alternativ yol qalmayıb ŞƏRH

02 Oktyabr 2025 18:33see126

Polkovnik yeni generaldan yazdı: “Atası...”

02 Oktyabr 2025 18:04see123

Maarifləndirici sosial verilişlər təşkil olunmalıdır SOSİOLOQ DANIŞDI

03 Oktyabr 2025 09:57see123

Uitaker Alyans ölkələrindən Rusiya qazını almamağı istəyib...

02 Oktyabr 2025 21:07see123

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see123

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see120

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see120

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see117

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see116

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see116

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see115

Polis sinaqoqa hücumda ölənlərdən birini səhvən güllələyib

03 Oktyabr 2025 15:35see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri