Icma.az
close
up
RU
Dağıntılardan yeni həyata

Dağıntılardan yeni həyata

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şükürbəyli yenidən qurulur...

Cəbrayıl rayonunun Şükürbəyli kəndində uzun fasilədən sonra yaşayış yenidən bərpa olunur. İşğaldan azad edildikdən sonra tamamilə yenidən qurulan kənd artıq keçmiş sakinlərini qəbul edir. 2026-cı ilin yazından etibarən Şükürbəyliyə köç karvanları yola salınır, yeni salınmış küçələrdə kənd sakinlərinin ilk addımları görünür.

Mayın 9-da kəndə ilk köç baş tutub. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şükürbəyli sakinləri ilə görüşüblər. Bununla da kənddə aparılan tikinti və abadlıq işlərinin əsas mərhələsi başa çatıb və Şükürbəyli Böyük Qayıdış proqramı çərçivəsində yaşayış üçün hazır vəziyyətə gətirilən yaşayış məntəqələrindən birinə çevrilib.

154 nəfər köçüb

Dünən isə Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə kəndə 25 ailə - 154 nəfər köçürülüb. Köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək, evlərində məskunlaşıblar.

Dağıntılardan ən çox zərər çəkən kəndlərdən biri

İşğaldan əvvəl kənddə məktəb, kitabxana və xəstəxana fəaliyyət göstərirdi. Əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olub. 1993-cü ildə Şükürbəyli Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal illərində kəndin yaşayış infrastrukturu tamamilə dağıdılıb, əhalisi doğma yurdunu tərk etməyə məcbur olub.

Cəbrayıl rayonunun işğalı zamanı kəndlərdəki evlər, sosial obyektlər və digər tikililər dağıdılıb. Şükürbəyli də bu dağıntılardan ən ağır şəkildə zərər çəkən yaşayış məntəqələrindən biri olub.

27 il sonra...

Şükürbəyli kəndi 4 oktyabr 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Həmin gün Cəbrayıl şəhəri ilə yanaşı, rayonun bir sıra kəndləri, o cümlədən Şükürbəyli də düşmən işğalından azad olunub. Cəbrayılın azad edilməsi Vətən müharibəsinin ilk günlərində mühüm hərbi nəticələrdən biri idi. Rayonun yaşayış məntəqələrinin ardıcıl şəkildə azad edilməsi Azərbaycan-İran dövlət sərhədinin həmin ərazidə nəzarətə götürülməsinə də imkan yaradıb.

Kəndin yeni tarixində mühüm mərhələ...

İşğaldan azad olunan Şükürbəyli kəndində bərpa işlərinə başlanılması üçün əsas mərhələlərdən biri 2023-cü ildə həyata keçirilib. Prezident İlham Əliyev həmin il kəndin təməlini qoyub. Bundan sonra kəndin baş planına uyğun olaraq yaşayış evləri, sosial obyektlər, yollar və digər infrastruktur qurulmağa başlanılıb. Məqsəd yalnız yaşayış evlərinin inşası deyil, sakinlərin gündəlik ehtiyaclarını tam təmin edə biləcək müasir yaşayış mühitinin yaradılması olub.

Bu gün Şükürbəyli tamamilə yeni görkəmdədir. Kənddə yaşayış evləri ilə yanaşı, təhsil, səhiyyə və sosial xidmət obyektləri də yaradılıb. Yeni məktəb binası inşa edilib. Məktəbdə müasir fənn kabinetləri, fizika, kimya və biologiya laboratoriyaları, informatika və texnologiya kabinetləri, ibtidai hərbi hazırlıq sinfi, kitabxana, akt və idman zalları, yeməkxana fəaliyyət göstərir. Məktəbin ərazisində futbol və basketbol meydançaları da yaradılıb.

Bundan başqa, Şükürbəylidə musiqi məktəbi, iki uşaq bağçası və tibb məntəqəsi yaradılıb. Beləliklə, kəndə qayıdan ailələrin uşaqlarının təhsil və məktəbəqədər hazırlığı, sakinlərin isə ilkin tibbi xidmətə çıxışı yaşayış məntəqəsinin özündə təmin olunur.

Şükürbəylidə məşğulluq necə təmin olunacaq?

Şükürbəyliyə qayıdan sakinlərin yaşayışla yanaşı, məşğulluğunun təmin edilməsi də əsas məsələlərdəndir. Kənddə dövlət sektorunda iş imkanları ilə yanaşı, kənd təsərrüfatı ilə məşğul olmaq üçün də şərait yaradılır. Xüsusilə, heyvandarlıq və bitkiçilik sahələrinin inkişaf etdirilməsi nəzərdə tutulur. Bu isə kəndin əvvəlki təsərrüfat ənənələrinin müasir imkanlarla davam etdirilməsi baxımından əhəmiyyətlidir.

Məlumdur ki, Şükürbəyli böyük iqtisadi və nəqliyyat layihələrinin əhatəsində təkcə yaşayış məntəqəsi kimi deyil, Cəbrayılın gələcək iqtisadi inkişafının bir hissəsi kimi də diqqət çəkir.

Cəbrayıl rayonunda fəaliyyət göstərən “Araz Vadisi” İqtisadi Zonası artıq rezidentlərini qəbul edib. 200 hektar ərazini əhatə edən sənaye zonasında istehsal fəaliyyətinə başlanılıb. Rayonda nəqliyyat infrastrukturu da yenilənir. Cəbrayılı Azərbaycanın digər əraziləri ilə birləşdirən yeni yollar, o cümlədən Zəngəzur dəhlizinin bir hissəsi olan dördzolaqlı yol bölgənin gələcək nəqliyyat imkanlarını genişləndirir.

Enerji infrastrukturu da yenilənir...

Cəbrayıl rayonunda bərpaolunan enerji layihələri də həyata keçirilir. Rayonda ümumi gücü 340 meqavat olan 3 Günəş elektrik stansiyasının inşası nəzərdə tutulub. Bu layihələr yalnız Cəbrayılın deyil, ümumilikdə Qarabağ və Şərqi Zəngəzurun enerji potensialının artırılmasına xidmət edir.

Bir sözlə, Şükürbəyli yenidən yaşayış məntəqəsinə çevrilir. Bu gün həmin mərhələ artıq real nəticələrlə müşayiət olunur. Yeni evlər, məktəb, bağçalar, tibb məntəqəsi, musiqi məktəbi, yollar və digər obyektlər kəndin simasını dəyişib. Ən əsası isə Şükürbəyli yenidən sakinlərini qəbul edir. Kəndin küçələrində həyatın bərpa olunması ilə Cəbrayılın yaşayış xəritəsində daha bir məntəqə öz əvvəlki yerini tutur. Şükürbəyli üçün bundan sonrakı mərhələ isə artıq qayıdışdan sonrakı həyatın qurulmasıdır.

Yeganə BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Sentyabr 2026 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri