Icma.az
close
up
RU
Həyatdakı ”Vətəndaş A”lar

Həyatdakı ”Vətəndaş A”lar

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vətəndaş – cahil düşüncənin, arxaik ənənələrin, zorakılığın, haqsızlığın Qanun, Ədalət, Haqq üzərində hakim olduğu cəmiyyətdə etirazçı-tənqidçi-maarifçi mövqe tutan, əməl sərgiləyən şəxsdir.

Vətəndaşlıq – yaxanı kənara çəkmənin tam əksi olaraq toplum, yeri gəlsə, bəşər qarşısında insanın məsuliyyət, cavabdehlik duyğusudur!

Hamı “Vətəndaş A” serialından danışır deyə maraqlı gəldi, mən də baxdım. Uğurlu aktyor oyunları – xüsusən Almaz, Hacı Əhməd obrazlarını canlandıranlar – öz yerində, fikrimcə, filmin tamaşaçı rəğbəti qazanmasına səbəb aktual mövzusudur. Süjeti reallıqlar üzərində qurulan bütün filmlər bəyənilir.

Adama qəribə gələn bu deyil!

Filmə baxıb düşünürsən: tamaşaçı haqqı boğulmuş cahil düşüncəli toplumda ədalət savaşı açan Vətəndaş A-nı – Almaz müəlliməni bu qədər sevirsə, onun kinoda yox, real həyatda prototipi olan “Vətəndaş A”ların həbsinə niyə biganədir?

Onlarla vətəndaş cəmiyyəti fəalı, jurnalist o filmdəki “Vətəndaş A”nın real həyatdakı əksidir. Onlar məhz vətəndaş mövqelərinə görə həbs olunublar. Buna kiminsə şübhəsi varmı?

Yekə çıxmasın, ömrün az qala 20 ilini vətəndaş cəmiyyətinin bərqərar olması yolunda “rus Əhmədlik” edərək kəndbəkənd, rayon-rayon maarifçi gənc vətəndaşların yetişməsinə sərf etmiş biri kimi Vətəndaşı kütlədə gözüm anında alır, qırımından seçirəm onu. Ona görə əminliklə deyirəm, bu gün dəstə-dəstə həbs olunan gənc fəalların, jurnalist həmkarlarımın çoxunu üzbəüz görməsəm də, tanıyıram. Tanıdığım üçün də o ittihamların heç birinə inanmıram.

Düz 10 il qabağın “Azərbaycanda vətəndaş cəmiyyətini kim öldürdü?” yazımda belə cümlə var: “Bir şeyi dəqiq bilirəm, bizdən, bizim nəsildən – bu materiyadan vətəndaş cəmiyyəti yaratmaq alınmayacaq, yeni materiya lazımdır. Yeni nəsil – gənclər edə bilər bunu. Gümanım onlara gəlir”.

10 il sonra da davam edən Vətəndaş mücadiləsində bizim buraxdığımız yükə çiyin verən gəncləri bu durumda görmək çox ağırdır, acıdır, üzücüdür.

Haqsız tutulan ictimai-siyasi fəalların, azad söz, ədalət carçılarının həbsdən buraxılmasını istəyirəm. Tələb də edirəm, xahiş də. Çünki onlar qaramat mühitdə ümid çırağıdırlar.

Çırağı sönən xalq qaranlığa məhkumdur!

İnanmaq istəyirəm, realda da filmdəki kimi olacaq – dövlət, məhz dövlət özünü yetirib ədalət işığını sönməyə qoymayacaq!

Sonda təşəkkür də edirəm! Belə aktual mövzunu ekrana gətirdikləri üçün yaradıcı heyətə, bir də nümayiş etdirdiyinə görə İctimai TV-yə.

Vahid Qazi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Dekabr 2024 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri