Icma.az
close
up
RU
Vətəndaş A serialının qüsurları

Vətəndaş A serialının qüsurları

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kulis.az Həmid Piriyevin "Vətəndaş A" serialı haqqında yazısını təqdim edir.

İctimai TV son illər keyfiyyətli ekran işləri ilə gündəmə gəlir və bu çox gözəldir. Əlbəttə, hamısının müəyyən qüsurları var və olmalıdır da. Amma kanalın təşəbbüsü, xüsusən, gənclərə meydan verməsi istənilən halda təqdirəlayiqdir. Və nəzərə alaq ki, İTV-də gedən serialların əksəri hadisə olur. “Əqrəb mövsümü” də hadisə olmuşdu, “Körpü” də, “Alatava” da. Hiss edirsən ki, getdikcə serial sahəsində keyfiyyət artır. Ümid edirəm, digər kanallar da bu rəqabətə qoşulub keyfiyyətli işlərlə gündəmə gəlməyi bacaracaq.

Elə “Vətəndaş A” (rej: Elvin Rüstəmzadə, ssenari: Asiman Ağa) serialı da hadisə oldu. Haqqında çox danışdılar, yazdılar. Əlbəttə, serialın, ümumilikdə, üstün cəhətləri çox idi və hamısını dönə-dönə qeyd ediblər. Ona görə, mən gözümə dəyən qüsurlardan danışmaq istəyirəm.

Başlayaq elə giriş səhnəsindən. Almaz avtobusda təyinat aldığı Abdalbəyli kəndinə gedir. Avtobusda iki xalanın və sonradan onlara qoşulan qucağında qaz aparan qaqaşın söhbəti tamamilə yersiz idi. Məncə, xalalar erkən nikahdan, qız alıb qız verməkdən danışmaqla serialın ana motivini elə ilk səhnədən vurğulamaq yerinə, başqa problemlərdən danışsaydı, daha yaxşı olardı. Elə növbəti kafe səhnəsini də qısa göstərmək olardı. Taksi sürücüsü obrazı da çox uğursuz idi.

Növbəti səhnədə sürücü onun “kliyenti”ni əlindən alan uşaqların dalınca düşüb onları haqlayır, dava edir. Almaz maşından düşüb gedir. Bunlar bir də ayılırlar ki, qız gedib. Ora-bura baxsalar da, qızı görmürlər. “Hara getdi, ə, bu?” Amma ətraf düzənlikdi! Bircə dənə də ağac, kol-kos yoxdu. Bunlar neçə saat dava etdilər ki, Almaz ordan rahatlıqla uzaqlaşa bildi?

Məncə, Almaz obrazı özü də uğursuz idi. Əlbəttə, Günəş xanım çox gözəl aktrisadır. Amma bu rol ona uyğun deyildi, fikrindəyəm.

Almazın maneraları, bəzən üst səviyyəyə qalxan başqalarından üstünlük hissi istər-istəməz məndə qıcıq yaradırdı.

Almaz hamıya kömək etməyə çalışan haqq-ədalət tərəfdarıdır. Həm də vegeteriandır. Amma evində gizlətdiyi uşaqlar üçün də ət almır. Müəllim, vegetarian sizsiniz e, onlar yox. Noldu bəs, siz ki hamını düşünürdünüz? Uşaqların ət, toyuq yemək istəyə biləcəyi ağlınıza gəlmədi?

Həə, demək, hərdən sizin də nəzərinizdən nələrsə qaçır…

İkinci uğursuz seçim isə Fəttah rolunu canlandıran Şövqi Hüseynov idi. Şövqi müəllimi həm teatr tamaşalarında, həm də seriallarda çox izləmişəm. Bənzərsiz aktyordur. Amma bu rol qətiyyən ona uyğun deyildi. Yəqin, Şövqi müəllim özü də bunu hiss eləmişdi ki, rolunu, belə desək, yola verirdi.

Hesab eləyin, Fəttahın atası bir neçə ay qabaq yoxa çıxıb və öldürüldüyündən şübhələnirlər, qızı Bakıda Səs yarışmasına çıxdığı üçün adına min cür söz çıxarıblar, oğlu başqasının üç günlük gəlinini götürüb qaçıb… Amma adamda qətiyyən həyəcan, stress yoxdu. Hələ axşam televizora baxa-baxa meyvə də soyub yeyir. Sözarası da illər sonra qaydıb kəndə gələn qızından soruşur ki, qızım, haqqında deyilənlər doğrudur?..

Uzun illərdən sonra isə öyrənir ki, kəndlərinin adı Avdalbəyli yox, əslində, Abdalbəyli imiş…

Amma uğurlu obrazlar daha çoxdur. Qurban İsmayılovun, Şamil Süleymanlının, Rauf Şahsuvarovun, Niyaz İlyasoğlunun, xüsusən də, məktəbli uşaqların oyunlarını qeyd etməliyəm.

Anar Səfiyevin canlandırdığı Ülvi obrazı da uğurlu idi. Serial boyu səsini bircə dəfə eşitsək də (“Rahat yata biləcəyəm”), Ülvi ata ilə həyat yoldaşı arasında qalan, el qınağı ilə oturub-duran, aşağı tüpürsə saqqal, yuxarı tüpürsə bığ arasında qalan kişilərin ümumiləşdirilmiş obrazıdı. Çoxdu elələri.

İqbal da elələrindəndi. Məcbur sevmədiyi adamla evləndirilir, öz fikrini dilə gətirə bilmir, qardaşının, dayısının dediyi ilə oturub-durur.

Əslində, elə Vidadi də elədi. Ona da sevdiyi qızla evlənməyə imkan verməyiblər…

Serialın bir çox yerində plakatçılıq var idi. Bəzi yerlər isə sosial çarxı xatırladırdı. “Bələdiyyə” sözünün səhv yazılması, dil-ədəbiyyat müəlliminin “məziyyət” sözünün necə yazıldığını bilməməsi də lazımsız şeylərdi. Belə şeylər serialın dəyərini azaldır.

Absurd səhnələrdən biri də birinci seriyada Vidadi ilə İqbalın Fərqanəgili axtarmağa getdiyi səhnədi. Üç günlük gəlini qaçırdıblar, amma İqbal maşını elə aramla sürür ki, elə bil piknik üçün yer seçməyə gedirlər…

Artıq səhnələr də var idi. Məsələn, biri elə şair Dünyamalının yeri qazıb Xasayın meyitinə baxması səhnəsi. Onsuz da serialın əvvəlində Hacı Əhməd itin yeri eşələdiyini öyrənəndə orda nəsə basdırıldığına eyham vurmuşdu. Növbəti hissələrdə də cüzi eyhamlar var idi və artıq Xasayın öldürülüb Dünyamalının həyətində basdırıldığını bilirdik. Həmin səhnə ümumi süjetə heç nə vermədi.

Maklerin üç-dörd seriyadan sonra imkan tapıb Hacı Əhmədə verdiyi sual da artıq idi. "Cənnətdə qida çatışmazlığı olmayacaq?" kimi düşük sualdansa, daha yaxşı sual fikirləşmək olardı.

Dünyamalının vicdan haqqında şeir yazmağı müəyyən mənada Moşu Göyəzənlini xatırladırdı. Moşu xoşbəxtliyə qafiyə tapa bilmirdi, Dünyamalı da vicdan haqqında yaza bilmir. Əslində, vicdana şeir yazmazlar, şair. Vicdanlı yaşamaq yüzlərlə vicdan şeiri yazmaqdan daha yaxşıdı. Nə yaxşı ki, elə özün də bunu başa düşdün…

Serialın axırı isə çox tələsik çəkilib. Elə bil yaradıcılar işi yekunlaşdırmağa tələsiblər. Bəzi şeylər havada qalır, tam aydınlaşmır.

Məsələn, Fərqanənin atası Ülvi Səidin atası Fəttahı bıçaqlayıb öldürüb, amma uşaqlar hələ də bir yerdədilər, xoşbəxtdilər. Belə şey mümkündü? İnanmıram.

Bir də Son zəng səhnəsi… Siz allah, harda elə Son zəng görmüsünüz? Digər məktəblilər hardadı bəs? Yoxsa məktəbdə elə bircə 11-ci sinif, birinci sinifdə də bircə qız var? Hə?

Amma yenə deyim, bütün çatışmazlıqlara baxmayaraq, “Vətəndaş A” son illərin ən uğurlu ekran işlərindəndir. Yaradıcı heyəti təbrik edirəm!

Nəlbəkidə üzər kağız gəmilər – Həmid Piriyevin hekayəsi Bəstəkar: "Efirdə erməni musiqisindən istifadə olunur..." - Müsahibə Ana dörd uşağını niyə atmışdı?
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://kulis.az
archiveBu xəbər 16 Dekabr 2024 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see287

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see168

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see151

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see147

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see138

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see138

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see136

Məktəblərdə məktəb psixoloqlarının sayı niyə azdır? EKSPERT AÇIQLADI

16 Oktyabr 2025 15:18see135

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see133

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see132

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see131

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see130

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see127

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see126

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see125

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see124

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see124

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see121

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see118

Səhiyyə Nazirliyində İsrailin ölkəmizdəki səfiri ilə görüş keçirildi FOTO

16 Oktyabr 2025 16:50see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri