Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Ölümdən sonra insanı nə gözləyir?

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

Həyatı özünə işlədən adam

Həyatı özünə işlədən adam

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Çarlz Dikkensin “Devid Kopperfild” romanı haqqında

Romanın birinci nəşrinə yazdığı ön sözdə Dikkens demişdi ki, kitabları arasında ən çox bəyəndiyi bu kitabdır. Sonrakı illərdə neçə-neçə roman yazsa da, yetim, kimsəsiz Devidin əlindən tutub onu qaldıran, onu bütün dünyaya tanıdan mənəvi atası, yaradanı şah əsərinin boyunu sevdiyi qəhrəmanını şahlıq taxtından düşürməmişdi.

“Devid Kopperfild”i avtobioqrafik roman, macəra romanı, tərbiyəvi, yəni uşaqlar, yeniyetmələr üçün yazılmış roman, hətta roman-felyeton sayanlar var. Bu dəyərləndirmələrin hər birində həqiqət payı tapmaq mümkündür, romanın mayası melodramatik səhnələrdən tutmuş sosial satira elementlərinə qədər bir çox janrın qatışığından tutulub, bununla belə: əsərdə müəllifin heç bir başqa romanında olmadığı qədər avtobioqrafik elementlər varsa da, bu, avtobioqrafik əsər deyil; roman lazım gələndə macəralarla dolu uşaq ədəbiyyatı nümunəsi kimi təqdim oluna bilərsə də, tərbiyəvi roman, macəra romanı deyil; kitabda satiranın yumorla çulğaşdığı, kinayənin istehzaya qarışdığı bəs deyincə məqam tapılarsa da, bu kitab, Hessenin təbiriylə desək, “felyeton epoxası”nın məhsulu da deyil. Bəs onda nədir?

***

Dikkensdən səkkiz il tez dünyaya gəlmiş böyük alman filosofu Lüdviq Feyerbax deyirdi ki, insan insanın allahıdır (ya da ən azı belə olmalıdır), fərd özünü yalnız başqalarında dərk eləyə bilər; vicdan dedikləri də Tanrının içimizdə səslənən sədası yox, həmin o başqalarının qəlbimizdən baxan gözüdür. Yəni insan başqalarının güzgüsündə görünməsə, nə Allah olar, nə vicdan; Allahı sevmək elə bəşəriyyətə bağlanmaqdır, Allahdan qorxmaq da elə başqalarından çəkinməkdir.

Özünü başqasında tapmağın fəlsəfəsinə Orxan Pamukun “Qara kitab” romanından, həmin kontekstdə Fəridəddin Əttarın “Məntiqüt-teyr” poemasından danışanda toxunmuşduq. Zahirən nə qədər uzaq görünsələr də, “Devid Kopperfild”in leytmotivi bu əsərlərin ana mövzusuna qohumdur: həyat yolunda ağır əzab-əziyyət çəkən, ancaq haqdan dönməyən, ötəri maraqlara aludə olmayan, dahi Kantın təbiriylə desək, başqalarını vasitə yox, məqsəd sayan, onları xoşbəxtliyə çatdırmağı ömrünün mənası bilən, özünə sevdiklərinin gözüylə baxan mömin qəlb sonda həyatını həsr elədiyi adamların səcdəgahına, idealına, tanrısına çevrilir, ilahi əməliyyatla toplanan fərdlərin cəminə dönür, ayrı-ayrı aləmləri calayıb şəbəkələndirib bir bütöv superdünya inşa eləyir. Yoxdan yaratdığı kainatın içinə əliboş, çılpaq, tək-tənha gələn ruh burada təkliyini cəmləyib itkilərini bir yerə toplamağa, əlindən çıxmış dünyanı ömrün xarabalıqları üzərində yenidən qurub yaratmağa, xaliqin binasını abad eləməyə çalışır.

Əlbəttə, bütün bunlar o demək deyil ki, Dikkens sevimli romanını qələmə alanda məhz bu cür, məhz belə düşünüb, yaxud şərq ezoterizmindən, qərb mistisizmindən təsirlənib. Ancaq bu, onun kitabından oxşar nəticələr çıxarmağa mane olmur, olmamalıdır; çünki biz müəllifin bizə şüurlu şəkildə nə dediyindən daha çox, kitabı ona yazdıran şüursuz intuisiya dalğalarının xassəsini, onun yaradıcı təbiətinin tərkibini, ruhunun xarakterini öyrənməyə, ilhamının şifrələrini çözməyə çalışırıq. Başqa sözlə, ilham ağıldan, istedad savaddan çox bilir - bəzən yazıçı öz əsərini belə doğru-düzgün yozmağa çətinlik çəkir. Bu baxımdan Dikkensin cana yaxın qəhrəmanının Avropa ədəbiyyatında İsa Məsihin varislərindən biri olduğunu söyləməyə, məncə, haqqımız çatar. İnanıram ki, bu yozumu mömin xristian kimi tanınmış müəllifin özü də həvəslə təsdiqləyərdi.

***

Ümumiyyətlə, Dikkens yaradıcılığında Bibliya mövzuları, İncil motivləriylə gizli-aşkar əlaqələr çoxdur. Bu məsələyə “Oliver Tvist”dən danışanda da toxunmuşduq. “Devid Kopperfild” romanında isə Əhdi-ətiqin ən mühüm, həm də ən populyar fəsillərindən sayılan Davud peyğəmbər haqqında rəvayətə istinad, yaxud indi işlək olan təbirlə desək, göndərmə var.

O rəvayətdə nədən danışıldığını xatırladası olsaq, qısaca bunları söyləyə bilərik: yəhudi padşahı Davud sarayının külafirəngisindən ordusunda xidmət çəkən xett əsilli qoçaq sərkərdə Uriyanın arvadı Virsaviyanı (Badsəba, Batşeva) çimdiyi yerdə görüb qadına vurulur. Virsaviyanın həm əmisi oğlu, həm də əri Uriya bu vaxt cəbhədə düşmənlərlə savaşmaqda olur. Dostunun, silahdaşının halalını ələ keçirən Davud qadının hamilə qaldığını biləndə Uriyanı cəbhədən geri çağırıb onu bir neçə günlüyə arvadının sərəncamına vermək istəyir. Ancaq Uriya ləyaqətli bir döyüşçütək əsgər yoldaşlarının ölüm-dirim savaşı apardığı vaxtda qadın yatağına döşənməyi kişiliyinə sığışdırmır, evdə bənd almayıb ön cəbhəyə qayıdır. Bundan sonra xəyanətin üstünün açılacağını görən yəhudi peyğəmbəri dostunun cənnətə ezam olunması üçün təcili tədbir tökür.

Əlbəttə, tanrı Yahve buna görə Davudu cəzalandırır, ancaq nədənsə onun göndərdiyi din mərd, qəhrəman Uriyanı şəhid, əzabkeş elan eləməkdənsə zinakar, məkrli Davudun başına müqəddəslik çələngi qoyur, üstəlik, onun naməhrəm qadınla haram əlaqəsindən mayalanmış oğlu Süleymanı atasından sonra taxta çıxarır, peyğəmbərliyi də məhz Davudun bu oğluna ötürür. Söz yox ki, biz heç bir ailənin daxili işlərinə, heç bir qövmün öz tanrısıyla münasibətlərinə qarışa bilmərik, ancaq qəribə burasıdır ki, sonra gələn dinlərin ardıcılları da bu məsələdə fərqli mövqe tutmayıblar, xəyanətə uğramış zavallı Uriyanı, necə deyərlər, zərərçəkmiş kimi tanımayıblar. İstər xristian olsun, istər müsəlman - heç biri ölüb getmiş, adı tarixdən silinmiş xalqın oğluna yiyə durmayıb. Hətta Çarlz Dikkens kimi humanist yazıçı da bu məsələdə tərəfkeşlik eləyib - müsbət qəhrəmanına Davudun, mənfi personajına Uriyanın adını verib.

Bunları da ona görə dedim ki, Dikkensdən danışanda onun şirin, həm də dərin yumorunun təsiri altına düşməmək mümkün deyil...

***

Roman avtobioqrafik üslubda qələmə alınıb, yəni əsərdə baş verənlər birinci şəxsin dilindən danışılır. Bu, kitabın adında da əksini tapıb, əslində, müəllif əsərinə çox uzun, sicilləmə bir ad verib, “Devid Kopperfild” romanın sadə, qısaldılmış adıdır.

O dövrün romançılığında bu cür təhkiyə tərzi o qədər də yayğın deyildi, yazıçılar əsərlərindəki hadisələri adətən özləri idarə eləyirdilər, sükanı personajlara vermirdilər. Hətta Flober kimi demokrat müəllif də qəhrəmanlarını özbaşına buraxmır, onları yumşaq güclə, ipək əllə, lap elə həlim baxışla, him-cimlə olsa belə yenə özü yönəldir, heç kimə etibar eləmirdi. Devidin qəzavü-qədəri yazıldığı zamanlarda epistolyar janrla sənədli nəsrin, memuarla gündəliyin qovuşağında meydana gələn avtobioqrafik üslub yeni-yeni pərvəriş tapırdı; Dikkensin ana kitabının tamamlandığı 1849-cu ilə qədər (çapdan 1850-də çıxıb) bu stildə yalnız bir böyük roman vardı, o da Şarlotta Brontenin “Devid Kopperfild”dən vur-tut iki-üç il qabaq işıq üzü görmüş məşhur “Ceyn Eyr” romanıydı. Ancaq yuxarıda dediyimiz kimi, bu romandan fərqli olaraq Dikkensin əsərini avtobioqrafik janra aid eləmək olmaz, sadəcə, müəllif kitabı həmin üslubda qələmə alıb. Bəlkə də yazıçı bu fəndi işlətməklə oxucularını “aldatmaq”, onları yazdıqlarının gerçəkliyinə daha asan, daha möhkəm inandırmaq məqsədi güdüb.

davamı növbəti sayımızda

F.Uğurlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Mart 2026 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see325

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see236

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see233

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see227

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see216

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see213

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see210

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see209

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see208

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see208

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see207

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see206

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see206

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see206

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see200

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see200

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see183

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see180

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see179

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri