Icma.az
close
up
RU
Heydər Əliyev Azərbaycan xalqının yaddaşında misilsiz xidmətləri ilə əbədi yer tutmuş, müasir dövlətçilik tariximizin ən parlaq simalarından biridir

Heydər Əliyev Azərbaycan xalqının yaddaşında misilsiz xidmətləri ilə əbədi yer tutmuş, müasir dövlətçilik tariximizin ən parlaq simalarından biridir

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlumdur ki, 12 dekabr hər bir azərbaycanlının qəlbində yaşayan ehtiram günüdür – milli yaddaşımızda xüsusi yeri olan, qürurla, minnətdarlıqla yad edilən bir tarixdir. Biz həmin gün müasir Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edirik. Onun siyasi irsi təkcə bir dövrün tarixi deyil, bu günümüzü və gələcəyimizi müəyyən edən möhkəm əsasdır.

Yeri gəlmişkən, xüsusilə qeyd etmək lazımdır ki, Ümummilli Lider Heydər Əliyev fiziki olaraq aramızda olmasa da, onun yaratdığı böyük Azərbaycan dövləti, irəli sürdüyü inkişaf modeli, cəmiyyətə aşıladığı dövlətçilik hissi və müstəqilliyi qorumaq əzmi hər yeni nəsil üçün canlı bir örnəyə çevrilib. Azərbaycan xalqı bu dahi şəxsiyyəti bir an belə unutmur, çünki onun adı həm müstəqilliyimizin qurtuluşunun, həm də inkişafının simvoludur. Onun dövlətçilik fəaliyyəti təsadüfi addımların məcmusu deyil, tarixə söykənən, gələcəyə hesablanan, siyasi uzaqgörənliyi ilə fərqlənən konseptual bir xəttdir. Daha 1969-cu ildən başlayaraq Ümummilli Lider Heydər Əliyev Azərbaycanı yüksəlişə aparacaq idarəçilik modelini formalaşdırmağa başlamışdı. O illərdə respublikanın iqtisadiyyatı, sənayesi, elmi potensialı, milli-mədəni sahələri sistemli şəkildə inkişaf etdirildi və Azərbaycan SSR ittifaqın qabaqcıl respublikalarından birinə çevrildi. Bu dövr müstəqillik üçün zəruri olan kadr, təcrübə və sosial baza yaratdı. Dahi liderin ən mühüm keyfiyyətlərindən biri isə daim öz xalqına inamla yanaşması və Azərbaycanın gələcəyinə inanması idi. Bu inam, sonradan müstəqil Azərbaycanın dövlətçilik fəlsəfəsinin əsas təməlinə çevrildi. 1990-cı illərin əvvəllərində Azərbaycan tarixinin ən ağır dövrünü yaşayırdı. Dövlət idarəçiliyi dağılmışdı, vətəndaş müharibəsi təhlükəsi real idi, iqtisadiyyat çökmüşdü, ordu yox dərəcəsində idi və ölkənin parçalanma ehtimalı artmışdı. Belə bir zamanda xalqın təkidli çağırışı ilə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdı. Bu qayıdış yalnız siyasi lider dəyişikliyi deyildi – Azərbaycanın qurtuluş anı idi. O, böyük dövlət xadiminə məxsus qətiyyət və iradə ilə ölkəni uçurumdan geri çəkdi, sabitliyi bərpa etdi, milli birliyi təmin etdi, müstəqilliyi real məzmuna çevirdi. Bu dövrdə Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi addımlar Azərbaycan üçün tarixi dönüş nöqtəsi oldu. O, müstəqil dövlət quruculuğunun bütün mərhələlərini ardıcıllıqla reallaşdırdı. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdığı gündən dövlət idarəçiliyində yüksək intellektual potensialın rolunu xüsusi vurğuladı. Onun kadr siyasətinin mahiyyəti çox sadə idi. Dövlət idarəçiliyi biliyə, peşəkarlığa, məsuliyyətə söykənməlidir. Ümummilli Lider yüksək təhsilli, fədakar, dövlət düşüncəsinə malik ziyalıları bir araya gətirərək müstəqil dövlətin idarəçilik nüvəsini formalaşdırdı. Bu ənənə sonradan Yeni Azərbaycan Partiyasının strukturunda, siyasi sistemin möhkəmlənməsində və müstəqillik ideyasının geniş təbəqələrə yayılmasında böyük rol oynadı. Bu kadr məktəbi bu gün də Azərbaycan dövlətçiliyinin ən möhkəm dayaqlarından biridir. Ümummilli Lider Heydər Əliyev epoxası – inkişafın, yüksəlişin və güclü dövlət quruculuğunun əsası Ümummilli Lider Heydər Əliyevin prezidentlik dövrü müstəqil Azərbaycanın formalaşdığı və beynəlxalq aləmdə tanındığı mərhələdir. Bu dövrdə həyata keçirilən islahatlar Azərbaycanın gələcək inkişaf modelini müəyyənləşdirdi. Bu epoxanın başlıca nailiyyətləri siyasi sabitliyin təmin edilməsidir. Ən çətin şəraitdə belə dövlətçiliyi qorumaq üçün Ümummilli Lider Heydər Əliyevin göstərdiyi iradə ölkəni xaosdan xilas etdi. Enerji strategiyası “Əsrin müqaviləsi” ilə dünya Azərbaycan neftinə çıxış əldə etdi və iqtisadiyyatın inkişafı üçün maddi baza yarandı. Güclü ordu quruculuğu müasir, nizamlı və peşəkar Azərbaycan Ordusunun təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyuldu. Hüquqi dövlət quruculuğu Konstitusiyanın qəbul edilməsi, dövlət institutlarının formalaşması, demokratiya mexanizmlərinin təsisi məhz bu dövrdə həyata keçirildi. Beynəlxalq nüfuzun möhkəmləndirilməsi Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındı, müstəqil siyasət kursu qəbul edildi. Ümummilli Lider Heydər Əliyev təkcə böyük dövlət xadimi deyildi. O, həm də ailəsinə və xalqına sevgi ilə bağlı olan böyük şəxsiyyət idi. Onun ailə dəyərlərinə münasibəti, övladlarına və nəvələrinə bağlılığı, insanlarla ünsiyyətində səmimiliyi onu daha da ucaldırdı. Bu gün onun ideyalarının ən sadiq davamçısı olan Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun fəaliyyətləri Ümummilli Lider mənəvi irsinin canlı və təsirli davamı kimi çıxış edir.

Məlum olduğu kimi, 2003-cü ildən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan təkcə regionda deyil, dünyada nüfuz sahibi olan güclü dövlətə çevrildi. Bu illər ərzində iqtisadiyyat çoxsahəliyə transformasiya edildi, ordu ən müasir standartlara uyğun quruldu, diplomatik fəaliyyət genişləndirildi, ölkə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı və Qarabağda və Şərqi Zəngəzurda dirçəliş və bərpa siyasəti həyata keçirildi. Bu nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin dövlətçilik uzaqgörənliyinin müasir təzahürüdür. Beləliklə, Ümummilli Lider Heydər Əliyev Azərbaycan üçün sadəcə bir lider yox, dövlətçilik ideologiyasının banisi, müstəqilliyin memarı və əbədiyyətə uzanan inkişaf yolunun müəllifidir. Onun həyat yolu Azərbaycanın yenidən doğuluş tarixidir. Bu gün Azərbaycanın əldə etdiyi hər bir uğur, hər bir nailiyyət, hər bir inkişaf pilləsi Ümummilli Lider Heydər Əliyevin möhkəm əsasını qoyduğu dövlətçiliyin davamıdır.

Ən əsası, zaman ötəcək, nəsillər dəyişəcək, amma Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin adını və xidmətlərini heç vaxt unutmayacaq.

Arif Kərimov,

YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon Təhsil Sektoru ərazi partiya təşkilatının üzvü, partiya veteranı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Dekabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see214

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see169

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see162

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see158

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see140

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see138

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri