Icma.az
close
up
RU
Heydər Əliyev bütün zamanların DAHİ LİDERİ!

Heydər Əliyev bütün zamanların DAHİ LİDERİ!

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Muxtar Nağıyev

YAP Səbail rayon təşkilatının sədri

Azərbaycan xalqı öz böyük oğlu, dahi öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü qeyd etməyə hazırlaşır. Azərbaycan xalqının şanlı tarixinə öz adını qızıl hərflərlə yazmış dahi rəhbər...Bəli, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin dönməz xarakter alması, milli şüurun dirçəlişi, iqtisadiyyatın inkişafı, ordu quruculuğu bu dövrün əsas mahiyyətini təşkil edir. Ümummilli Liderin Azərbaycana bəxş etdiklərini tarix boyunca ondan əvvəl heç kim bacarmayıb. Məhz bu dahi şəxsiyyət ölkəmizdə qüdrətli ordu yaratdı, iqtisadiyyatı dirçəltdi, Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atdı.

Xalqımız Ulu Öndərin xilaskarlıq və quruculuq missiyasını unutmur və heç vaxt unutmayacaq. Ötən əsrin 90-cı illərində çox ağır, böhranlı vəziyyətə düçar olmuş Azərbaycan xalqı xilasına, bugünkü tərəqqisinə görə özünü Heydər Əliyevə borclu sayır. Hər il dekabrın 12-də və mayın 10-da Fəxri xiyabanda yaşanan böyük izdiham Ulu Öndərin xatirəsinə əbədi ehtiramdan xəbər verir. Azərbaycan xalqı Heydər Əliyev ideologiyasına da, ideallarına da sadiqdir.

Heydər Əliyev dönəmi Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, təhsilinin qızıl dövrünə çevrildi. Bu gün Azərbaycan Ümummilli Liderin müəyyənləşdirdiyi yolla inamla irəliləyir. Xalqımız Ulu Öndərin layiqli davamçısı, Prezident, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə inanır və onu dəstəkləyir. Bu inam və dəstəyin, həmrəyliyin ən bariz nümunəsi 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, bu gün isə Qarabağda və Şərqi Zəngəzurda aparılan möhtəşəm bərpa və quruculuq işləridir.

Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin illər öncə böyük uzaqgörənliklə dediyi bu sözlər yada düşür: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun”.

Dahi şəxsiyyətin bu arzusunu və vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyev yerinə yetirdi, ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olundu. Üçrəngli Bayrağımız yenidən bütövləşən Vətən torpağında qürurla dalğalanmağa başladı.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Dövlətimizin başçısı, qalib sərkərdə İlham Əliyev böyük və müdrik xalqımıza 2023-cü ilin sentyabrın 19-da növbəti Qələbənin sevincini yaşatdı. Dövlət Bayrağımızı əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi. Müstəqil Azərbaycanın suverenliyi tam bərpa olundu.

Bəli, Heydər Əliyev irsi elə bir zəngin xəzinədir ki, oradan hər kəs faydalana bilər. Onun dövlət idarəçilik bacarığı, diplomatik gedişləri, çətin anlarda vəziyyəti düzgün qiymətləndirərək çıxış yolları tapmaq məharəti, insanlarla ünsiyyət qurmaq bacarığı, yüksək biliyi, savadı və digər müsbət keyfiyyətləri əsl məktəbdir və illər, əsrlər ötsə də onun təcrübəsindən bəhrələnmək mümkündür. Onun həyat yolu, mübarizliyi, xalqına bağlılığı, daima ölkəsini düşünməsi, bütün həyatı boyu insanların firavan və sülh şəraitində yaşaması üçün çalışması sözün əsl mənasında Heydər Əliyevin vətənpərvərliyinin ən sabit sübutudur. Heydər Əliyev hələ gənc yaşlarından hansı vəzifədə çalışsa, hansı iş tapşırılsa, o həmişə savadı, biliyi, əzmkarlığı, zəhmətsevərliyi ilə seçilmiş və daima inamla yüksəkliklərə doğru irəliləmişdir.

Bu gün onu anarkən fərəh hissi ilə deyirik ki, Ulu Öndərin ictimai-siyasi fəaliyyəti Azərbaycanın xalq və dövlətçilik ənənələrinin təcəssümüdür. Tarixdən hər kəsə məlumdur ki, hətta keçmiş Sovet İttifaqı zamanı respublikamıza rəhbərlik edən Heydər Əliyev, sovet rəhbərliyinin qısqanclıqla yanaşaraq süni maneələr yaratmasına baxmayaraq, respublikamızın inkişaf etməsi üçün əlindən gələni edirdi, əzmkarlığı sayəsində bütün istiqamətlərdə mühüm yeniliklərə, uğurlara nail ola bilmişdi. Azərbaycanda 70-ci illərin əvvələrindən başlayaraq hər sahədə baş verən müsbət dəyişikliklər, geniş vüsət alan quruculuq işləri və Heydər Əliyevin uzaqgörənliyi sayəsində xalqımızın qazandığı uğurlar təkcə ölkəmizdə deyil, ittifaq miqyasında da daim təqdir edilib, nümunə olaraq göstərilib. İllər ötməsinə baxmayaraq Vətənini sevən hər kəs fəxrlə qeyd edir ki, o vaxt Azərbaycan təkamül dövrünə qədəm qoydu.

Bu günkü qüdrətli Azərbaycanın əsası məhz Ulu Öndərin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi illərdə qoyulub. Bu, tarixi gerçəklikdir. Çünki Respublikamıza rəhbərlik etməyə başladığı ilk günlərdən qəbul etdiyi qərarlar Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən, gələcəyə nikbin baxan rəhbər, müdrik dövlət xadimi olduğunun göstəricisidir. Rəhbər vəzifədə çalışdığı bütün zamanlarda o çalışırdı ki, azərbaycanlı gənclər bütün sahələrdə, xüsusi ilə də hərbi sahədə uğur qazansınlar. Heydər Əliyev bunun üçün gənclərə lazımi imkanların yaradılması naminə daima çalışmış və tabeçiliyində olanlardan da bu işə ciddi yanaşmağı həmişə tələb etmişdir.

Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu illərdə müstəqil respublikamızda milli zabit kadrlarının hazırlanmasına da böyük diqqət ayırıb. Sovet hakimiyyəti illərində Moskvadakı bir sıra dairələr tərəfindən Azərbaycan övladlarının hərbi xidmət keçməsi, ali hərbi təhsil almalarına müxtəlif yollarla əngəllər törədilir, azərbaycanlı gənclər hərbi sahədə ögey münasibətlə üzləşirdilər. Yaradılan bu süni əngəllər və ədalətsiz yanaşma səbəbindən ittifaq miqyasında azərbaycanlı generalları, yüksək vəzifəyə təyin edilən, orden medallarla təltif olunan hərbçiləri barmaqla saymaq mümkün idi. Ali dövlət vəzifəsində çalışmağa başladığı ilk gündən Heydər Əliyev gördüyü işlərlə sübut etdi ki, bu hal onun üçün qəbul olunmazdır. Sovetlər dönəmində bu stereotipi sındırmaq üçün var gücü ilə çalışdı və bütün maneələrə baxmayaraq Ulu Öndər buna nail oldu. Bu istiqamətdə atdığı ən böyük və qətiyyətli addım isə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasıdır.

Dahi şəxsiyyətin böyük çətinliklər hesabına yaratdığı hərbiləşdirilmiş ibtidai məktəbə ilk illərdən başlayaraq qəbul olunanların böyük əksəriyyətinin azərbaycanlı yeniyetmələr və yerli gənclər olmasına nəzarət edirdi.

Ulu Öndərin öz xalqına olan sonsuz sevgisini təcəssüm etdirən daha bir tarixi fakta diqqət edək. Xalqın təkidli tələblərindən sonra 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdan Heydər Əliyev, Azərbaycanın başının üzərini alan təhlükələrdən xalqımızı xilas etdi. Məlum olduğu kimi, 1990-cı illərin əvvəlləri Azərbaycan dövrünün ağır günlərini yaşayırdı. Bir tərəfdən, separatçı qüvvələr və onların himayədarları ölkəmizi parçalayır, digər tərəfdən, iqtisadiyyatımız tamamilə dağıdılmışdı. Şəhər və kəndlərimiz bir-birinin ardınca işğal edilirdi. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan və bir-birini əvəz edən səriştəsiz siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırmışdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Xalqı bütövlükdə, uçuruma sürükləyən məqamlar istər ölkə daxilində, istərsə də xaricində onun sütunlarını zəiflətməyə başlamışdı. İqtisadiyyatımız böhranlı vəziyyətə gəlib çatmış, işsizlik, demək olar ki, kütləvi hal almışdı.

Bunun nəticəsi olaraq əhalinin yaşayış səviyyəsi minimum səviyyəyə çatmışdı. Ölkənin ictimai-siyasi həyatında anarxiya, xaos hökm sürürdü. 15 İyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni düçar olduğu vəziyyətdən çıxardı. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı. Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı.

1994-cü ildə "Əsrin Müqaviləsi"nin imzalanması milli iqtisadi inkişafın təməlini qoydu. Əlbəttə, "Əsrin Müqaviləsi"nin imzalanması tarixi hadisə və dönüş nöqtəsi idi. Azərbaycanın "Əsrin Müqaviləsi"ndən başlanan yolu haqqında Ümummilli Lider Heydər Əliyev belə deyib: "1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən, neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha səmərəli istifadə etməkdən ibarətdir".

Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısında tarixi xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılması oldu. Belə ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını formalaşdırdı. 5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarət olan konstitusiyanın mühüm özəlliklərindən biri də vətəndaş hüquq və azadlıqlarına geniş yer ayrılması idi.

Bundan başqa, 1996-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşuldu. 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü ləğv edildi. Azərbaycan MDB məkanında və müsəlman dünyasında bu tarixi qərarı qəbul edən ilk dövlət idi. 14 iyul 1998-ci il tarixdə Azərbaycanda konstitusion müstəvinin ən vacib institutlarından biri - Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. 1998-ci il avqustun 6-da Ümummilli Lider Heydər Əliyev konstitusion hüququn təməl prinsiplərindən olan söz azadlığının təminatı ilə bağlı mühüm bir qərara imza atdı. Belə ki, mətbuat üzərində senzura tamamilə ləğv edildi.

Bəli, görkəmli dövlət xadimi Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun parlaq ideyaları Azərbaycanın inkişaf yolunu işıqlandırmaqdadır. Ulu Öndərin yolu əzmlə davam etdirilir və ölkəmizi inamla irəli aparır. Bu gün ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edən Prezident İlham Əliyev uzaqgörən və titanik fəaliyyəti ilə Azərbaycanı dünya miqyasında, o cümlədən Türk dünyasında və bölgədə qüdrətli dövlətə, söz və nüfuz sahibinə, etibarlı tərəfdaşa çevirib. Əminliklə söyləmək olar ki, Azərbaycan var olduqca Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayacaq və daha da inkişaf etdiriləcək!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 May 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see355

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see300

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see287

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see262

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see261

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see259

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see256

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see250

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see250

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see242

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see236

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see234

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see216

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see211

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see207

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see207

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see203

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see201

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see195

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri