Icma.az
close
up
RU
Əsrin lideri Heydər Əliyev

Əsrin lideri Heydər Əliyev

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əsrin dahi şəxsiyyətlərindən biri olan Heydər Əliyev müasir Azərbaycanın banisi və xalqın xilaskarı kimi tarixə düşmüşdür. Onun müdrik və uzaqgörən siyasəti sayəsində dövlətçiliyimiz yenidən qurulmuş, müstəqilliyimiz möhkəmləndirilmişdir. Heydər Əliyev xalqın iradəsinə söykənən idarəçilik modeli ilə sabitlik yaratmış, strateji neft siyasəti ilə Azərbaycanın inkişaf yolunu müəyyən etmişdir.Xalqın mətin mübarizəsi, həyatı , qanı bahasına qazandığı dövlət müstəqilliyini qoruyan bir şəxsiyyətdir H.Əliyev!

1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini elan etsə də, ölkədə siyasi hakimiyyət uğrunda mübarizə, xaos və idarəetmədə ciddi böhran hökm sürürdü. İlk günlərdən AXC müsavat cütlüyü  iqtidarı siyasi təcrübəsizlik, idarəçilik qabiliyyətinin olmaması və milli birlik əvəzinə revanşist yanaşma ilə seçildi. Cəbhə daxilində parçalanmalar, kadr təyinatlarında qeyri-peşəkar yanaşma, radikal qərarlar, ordu və dövlət strukturlarının siyasiləşdirilməsi ölkədə qeyri-sabitliyi daha da dərinləşdirdi. Xalq və siyasi dairələr bu böhranlı vəziyyətdən çıxış yolunu yalnız bir şəxsiyyətin – Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtmasında görürdü. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət H.Əliyevdir. Xalq yaxşı bilirdi ki, belə çətin anda yalnız H.Əliyev xalqa kömək edə bilər. Azərbaycanın tanınmış ziyalılarından 91 nəfər 1992-ci ilin oktyabrın 16-da “SƏS” qəzetində H.Əliyevi biz çağırmalıyıq adlı müraciətlə çıxış etdilər. NMR -nın Ali Məclisinin sədri H.Əliyev respublika ziyalılarının bu çağırışına oktyabrın 24-də cavab verdi.O, öz cavabında mövcud iqtisadi -siyasi durumu ciddi şəkildə təhlil etdi və yaranmış ağır vəziyyətdən çıxış yollarını göstərdi.H.Əliyev yeni Azərbaycanın yardılmasının obyektiv zəruriyyətini qeyd etdi və onun fəaliyyətində iştirak etməyə hazır olduğunu bildirdi. “91” lərin müraciəti əsasında 1992-ci ilin noyabrın 21- də Naxçıvanda H.Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası yaradıldı və H.Əliyev yekdilliklə partiyanın sədri seçildi. Bu dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın torpaqları sürətlə işğal olunurdu. 1993-cü ilin əvvəllərində Kəlbəcər rayonu və digər ərazilər düşmən əlinə keçdi. AXC müsavat cütlüyü iqtidarı bu işğallara qarşı ciddi müqavimət göstərə bilmədi. Daxili qarşıdurmaların dərinləşməsi, ordu daxilində itaətsizlik, komandirlərin özbaşına qərar verməsi, regionlarda silahlı dəstələrin meydana çıxması ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu.Həmin ilin iyun ayında Gəncədə baş verən qiyam və prezidentin öz iqamətgahını tərk etməsi dövlətçiliyin təhlükə altında olduğunu açıq göstərdi. 1993- cü ilin iyununda respublikada siyasi böhran ölkəni parçalanma və vətəndaş müharibəsinə çatdırdıqda iqtidar H.Əliyevə onun Bakıya gəlməsi üçün müraciət etdi.1993-cü il iyunun 9-da H.Əliyev Bakıya gəldi. 1993-cü ilin iyunun 15- də AR ali sovetinin fövqəladə sessiyasında H.Əliyev ali Sovetin sədri seçildi. 15 iyun ölkənin tarixinə Qurtuluş günü kimi daxil oldu. Milli Məclisinin 27 iyun 1997-ci il tarixli fərmanına əsasən Milli Qurtuluş günü Azərbaycanda rəsmi bayram günü kimi elan edildi. H.Əliyevin ölkə rəhbərliyinə qayıdışı siyasi-iqtisadi böhran qarşısında qalan Azərbaycan dövlətini fəlakətdən xilas etdi. Ulu öndər ölkədə tüğyan edən vətəndaş müharibəsi, hərmərclik , qeyri qanuni fəaliyyət göstərən silahlı dəstələrin qarşısının alınması üçün həyatını böyük təhlükə qarşısında qoyaraq kəskin və qəti mübarizəyə başladı.Qısa müddət ərzində Azərbaycanı parçalanıb məhv olmaq təhlükəsində xilas etdi. Bu vətənpərvər bir insanın vətəni və doğma xalqı qarşısında misilsiz fədakarlığı idi.Azərbaycanımüstəqil inkişaf etmiş dünya dövlətləri sırasında görmək istəyən H.Əliyev demişdir ki, heç kimin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Ulu öndər H.Əliyevin 1993-cü ilin iyununda II dəfə Azərbaycanda hakimiyyətə qayıdışı ölkənin müstəqil dövlət kimi inkişafının başlanğıcını qoydu.Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində milli sərvətlərimizin  ölkənin və xalqın mənafeyinə uyğun şəkildə istifadə olunmasında ulu öndər H.Əliyevin neft strategiyası mühüm əhəmiyyət kəsb etdi. 1994-cü il sentyabrın 20- də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı Azəri, Çıraq ,Günəşli yataqlarının su qatlarındakı neftin birgə işlənməsi haqqında müqaviləsi imzalanmışdı.Müqavilə öz tarixi siyasi beynəlxalq əhəmiyyətinə görə əsrin müqaviləsi adlanmışdır. Bu müqavilə nəticəsində xarici sərmayələr ölkəyə axmağa başladı və Azərbaycan beynəlxalq enerji bazarında önəmli faktora çevrildi. İqtisadi islahatlar sürətlə həyata keçirildi, aqrar islahatlar başlandı, torpaq kəndlilərə paylandı, özəlləşdirmə proqramı tətbiq olundu. Sahibkarlığın inkişafı üçün hüquqi baza yaradıldı.

Güclü və peşəkar ordunun yaradılması üçün H.Əliyev silahlı qüvvələrin strukturunu yenidən qurmuş vahid nizami ordu yaratmışdır.1994- cü il mayın 12- də elan edilmiş atəşkasdən sonra Azərbaycanda müasir təkminləşdirilmiş hərbi qüvvə yaratmaq üçün ilk addımlar atıldı. Bu təşəbbüs ölkənin müasir ordusunun formalaşmasının başlanğıcı oldu. Bunun bərabərində ümummilli lider Heydər Əliyev ardıcıl və sistemli siyasət həyata keçirdi. Onun rəhbərliyi ilə ölkədə iqtisadi islahatlar aparıldı, bazar iqtisadiyyatına keçid təmin olundu, sənaye, o cümlədən yüngül sənaye sahəsinin inkişafı istiqamətində mühüm addımlar atıldı. 1995-ci ildə qəbul edilmiş "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Qanun iqtisadi islahatların hüquqi əsasını qoydu. Bunun nəticəsində bir çox yüngül sənaye müəssisələri özəlləşdirildi və daha səmərəli fəaliyyət göstərən sahibkarlıq subyektlərinə çevrildi.

Ulu öndərin rəhbərliyi ilə hazırlanan 1995- ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipinin demokratik və dünyəvi dövlət quruluşunun hüquqi əsaslarının, insan hüquq və azadlıqlarının təmin olunmasının bünövrəsini qoymuşdur. Ümummilli liderin apardığı ardıcıl və məqsədyönlü siyasət sayəsində beynəlxalq aləmdə Azərbyacan torpaqlarının ermənistan tərəfindən işğal faktının tanınması və ermənilərin işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti apararaq separatçı qurum yartmaq cəhdi təsdiqləndi. Bu məsələ BMT baş məclisinin sessiyasının gündəliyinə salındı.Dünyanın ən nüfuzlu təşkilatlarında Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınması sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini bəyan edən qətnamə qəbul olundu.Qətnamədə erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal tam və qeyd şərtsiz çıxarılması bu ərazilərdən qovulmuş didərgin düşmüş əhalinin öz doğma yurdlarına qayıtması xüsusi vurğulandı.1997- ci ilin noyabrın 18- də ATƏT- in İstanbul Zirvə toplantısında uzunluğu 1768 km olan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin inşa olunmasına dair bağlanmış saziş müstəqil Azərbaycanın iqtisadi inkişafında böyük rol oynamışdır. H.Əliyevin rəhbərliyi ilə respublikamız qədim ipək yolunun bərpası Bakı -Tbilisi -Ceyhan və Bakı- Tbilisi Ərzurum neft və qaz xətlərinin çəlişi kimi qlobal layihələrin faəl iştirakçısına və təşəbbüskarına çevrildi.

1998-ci il prezident seçkilərində xalq bir daha Heydər Əliyevə etimad göstərdi. Onun ikinci müddətə prezidentliyi dövründə Azərbaycan regionda lider dövlətə çevrildi. Xarici siyasətdə balanslı və milli maraqlara əsaslanan kurs formalaşdı. Avropa Şurası ilə əməkdaşlıq dərinləşdirildi, Azərbaycanın beynəlxalq nüfuzu artdı.Eyni zamanda, Heydər Əliyevin apardığı siyasi islahatlar nəticəsində daxili sabitlik tam təmin olundu.

Heydər Əliyevin iqtisadi siyasətində regional inkişaf mühüm yer tuturdu. Belə ki, 1996–1998-ci illərdə sahibkarlığın və xarici investisiyaların inkişafına yönəlmiş qanunvericilik aktları qəbul edildi.

1999–2001-ci illərdə regionların potensialı nəzərə alınaraq pambıqçılıq, ipəkçilik və yun emalı sahələrinin bərpası istiqamətində mühüm addımlar atıldı. Şəki, Gəncə, Yevlax, Lənkəran və digər bölgələrdə yüngül sənaye müəssisələrinin fəaliyyəti bərpa olundu.

2002-2003- cü illərdə Heydər Əliyevin təşəbbüsü ilə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının hazırlanmasına başlanıldı. Bu proqramın əsas məqsədlərindən biri yerli xammal bazasından istifadə etməklə yüngül sənaye müəssisələrinin inkişafını sürətləndirmək idi. Bu dövrdə yeni müəssisələr inşa olundu, köhnələri bərpa edildi və nəticədə ÜDM-də qeyri-neft sektorunun payı artmağa başladı.

Ümummilli liderin hakimiyyəti dövründə qanunun aliliyi və hüquqi dövlət prinsipləri möhkəmləndirildi. Xüsusilə milli kadr potensialının hazırlanması istiqamətində mühüm addımlar atıldı. Bu ağıllı siyasətin nəticəsi olaraq ordu quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi, peşəkar hərbi kadrların hazırlanması və maddi-texniki bazanın gücləndirilməsi təmin olundu.2003-cü ilə qədər olan dövr ərzində Heydər Əliyev Azərbaycanın həm daxildə, həm də beynəlxalq aləmdə güclü və nüfuzlu bir dövlətə çevrilməsinin bünövrəsini qoydu.

Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin davamı olaraq, 2003-cü ildən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlar əldə etmişdir. Ölkədə siyasi sabitlik və iqtisadi inkişaf təmin olunmuş, neft strategiyası uğurla davam etdirilmişdir. Məhz Ulu öndərin fəaliyyəti dövründə əsası qoyulmuş güclü və peşəkar ordumuzAli Baş Komandan prezident İlham Əliyevin rəhbərliyi ilə vətən müharibəsində qələbə qazandı torpaqlarımız işğaldan azad olundu. 2023-cü il sentyabrın 19-20-də keçirilmiş bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa edildi.Əsrə bərabər bir gün ərzində Azərbaycan Konstitusiya quruluşunu bərpa etdi.2024-cü ildən  hər il Sentyabırın 20-si Azərbaycan Respublikasının Dövlət Suverenliyi günü kimi qeyd edilir. 1995-ci il Noyabrın 12-də qəbul olunmuş Müstəqil Azərbaycanın əsas qanunu olan ilk konstitusiyasının qəbul edilməsinin 30 illiyi və 2020-ci ilin Sentyabırın 20-də Ermənistanın təxribatlarını qabaqlayaraq başlanmış Vətən Müharibəsində qazanılan Tarixi Zəfərin 5-ci il dönümü ilə əlaqədar prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında Konstitusiya və Suverinlik ili elan edilmişdir.2003-cü il Oktyabırın 15-də Prezident seçiləncənabİlham Əliyev 2023-cü il Oktyabrın 15-dəXankəndidə,Xocalıda,Xocavənddə,Ağdərədə,Əskəranda dövlət bayrağını qürur hissi ilə və şanlı Azərbaycan bayrağını uca zirvələrə qaldırmaqla yazdığı Qarabağ dastanın nöqtəsini qoydu.Bu gün Qarabağ yenidən qurulur.Qarabağda aparıla quruculuq işləri Azərbaycan dövlətinin gücünün və potensialının göstəricisidir. Bütün qazanılan nailiyyətlər Heydər Əliyev irsinin davamlı və uğurlu tətbiqinin nəticəsidir. Cənab İlham Əliyev  bizim və  dünya azərbaycanlılarının fəxridir. Çünki Ulu Öndər irsini layiqincə qoruyub davam etdirən yeganə şəxsiyyətdir. Yaşasın cənab prezidentimiz yaşasın müstəqil suveren Azad Azərbaycan!

Tünzalə Hüseynova,

Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının Səməd Vurğun küçəsi 1a ünvan ərazi partiya təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 İyun 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəziyyətin nəzarətdən çıxması daha geniş regional müharibəyə çevrilə bilər

10 İyul 2026 12:58see399

AZAL ın yarımillik uğurları

10 İyul 2026 00:35see316

Avropa Liqası: Qarabağ qalib gəlir (YENİLƏNİR)

09 İyul 2026 20:33see262

NASA könüllü astronavtlar axtarır

10 İyul 2026 04:45see226

Mars Fantastik hekayə

09 İyul 2026 19:11see221

Əvəzedicilər Liqası: II turun başlama vaxtı bilindi

10 İyul 2026 23:02see195

Ərdoğan Livanın Baş nazirini qəbul etdi

11 İyul 2026 02:36see165

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

10 İyul 2026 18:26see162

MİQ üzrə test imtahanlarının tarixləri ELAN EDİLDİ CƏDVƏL

09 İyul 2026 20:59see161

Xameneinin tabutunu daşıyan gizli şəxs kimdir? VİDEO

11 İyul 2026 10:18see158

Ərdoğan Türkiyənin F 35 qırıcı təyyarələrinin istehsalı proqramına qayıdacağına əmindir

10 İyul 2026 00:03see158

Belçikada ölənləri sayı rekord həddə çatdı

10 İyul 2026 03:42see157

Alla Puqaçovadan ŞOK ADDIM Mayamidəki villasına 1 dollar qiymət qoydu...

11 İyul 2026 02:05see156

Bakının prinsipial mövqeyi nəticə verdi: İsrail qərarını dəyişdi

10 İyul 2026 00:35see156

Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı

10 İyul 2026 02:50see155

Kim bilir sabahım necə gələcək

10 İyul 2026 21:02see151

Söz və qələm: Jurnalistikanın əbədi gücü...

10 İyul 2026 14:43see149

ABŞ nin Rusiyaya qarşı sarsıdıcı sanksiyalar ı razılaşdırılıb Lindsi Qrem

10 İyul 2026 23:40see145

Öldürülsə, İrana görünməmiş zərbələr endirməyi tapşırıb

10 İyul 2026 21:02see145

İranın milyardlarla dollarlıq əməliyyatları ifşa edildi ABŞ hərəkətə keçdi

11 İyul 2026 09:38see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri