Icma.az
close
up
RU
Heydər Əliyev epoxası Azərbaycanın müstəqillik tarixinin yenilməzlik səhifəsidir Sevil Mikayılova

Heydər Əliyev epoxası Azərbaycanın müstəqillik tarixinin yenilməzlik səhifəsidir Sevil Mikayılova

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ulu Öndər Heydər Əliyev epoxası Azərbaycan tarixində dövlətçilik ideologiyasının, milli özünüdərk prosesinin və modern dövlət quruculuğunun bünövrəsini təşkil edən inkişaf dövrüdür.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

S.Mikayılova qeyd edib ki, bu epoxanın əsas mahiyyəti ondan ibarətdir ki, burada təkcə bir liderin fəaliyyəti deyil, Azərbaycanın müstəqillik yolunda həyata keçirdiyi strateji dəyişikliklərin tam sistemli modeli öz əksini tapır.

"Heydər Əliyevin rəhbərliyi ilə formalaşmış siyasi kurs ölkənin həm daxili, həm də xarici siyasətinin bütün istiqamətlərində transformasiya yaratmış, milli dövlətçiliyin ən vacib sütunları -- sabitlik, təhlükəsizlik, iqtisadi modernizasiya, milli-mənəvi dirçəliş və beynəlxalq etibar ustalıqla təmin olunmuşdur. Bu baxımdan Heydər Əliyev dövrü sözün əsl mənasında Azərbaycanın milli intibah mərhələsi kimi dəyərləndirilir.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu təkcə müəyyən bir siyasi dövrdə rəhbər vəzifə daşıması ilə məhdudlaşmır. O, müasir Azərbaycan dövlətçiliyinin memarı, milli inkişafın strateji ideoloqu, siyasi sabitliyin təminatçısı və xalqın taleyində dönüş yaradan tarixi şəxsiyyət kimi dəyərləndirilir. Heydər Əliyev epoxası ölkənin keçid mərhələsində yaşadığı çoxşaxəli böhranların aradan qaldırılması, dövlət institutlarının qurulması və milli şüurun formalaşdırılması baxımından əvəzsiz rol oynayıb".

Deputat qeyd edib ki, 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyini yenicə bərpa etmiş, lakin siyasi parçalanma, vətəndaş qarşıdurması, iqtisadi çöküş və separatçı təcavüzlə üz-üzə qalmışdı.

"Bu dövrdə mərkəzi hakimiyyət zəif, dövlət idarəçiliyi iflic vəziyyətində idi. Ulu Öndərin siyasi səhnəyə qayıdışı ölkədə dövlətçilik ənənələrinin yenidən bərpasına imkan yaratdı.Heydər Əliyev qanunçuluğun təmin edilməsini, güclü və səmərəli idarəetmə modelinin qurulmasını, dövlət strukturlarının modernləşdirilməsini təmin etdi. Ulu Öndərin əsas tarixi xidmətlərindən biri Azərbaycanı vətəndaş savaşı təhlükəsindən xilas etməsi və cəmiyyətdə siyasi sabitliyi bərqərar etməsidir. O, müxtəlif siyasi qüvvələr arasında balans yaradaraq konstitusion quruluşun möhkəmlənməsinə nail oldu. Sabitlik Heydər Əliyevin siyasətində sırf təhlükəsizlik məsələsi deyil, həm də iqtisadi və sosial inkişafın əsas şərti kimi qəbul edilirdi. Məhz bu sabitlik sonrakı illərdə bütün sahələrdə genişmiqyaslı inkişafın əsasını qoydu. Heydər Əliyev Azərbaycan iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyası və modernləşməsini təmin etdi. Bu proses çərçivəsində "Əsrin müqaviləsi" imzalandı, xarici sərmayələr ölkəyə cəlb edildi, yeni infrastruktur layihələrinə start verildi, bazar iqtisadiyyatının hüquqi çərçivələri yaradıldı. Nəticədə Azərbaycan enerji resurslarından səmərəli istifadə edərək regionun iqtisadi liderlərindən birinə çevrildi".

S.Mikayılova əlavə edib ki, Ulu Öndər mədəniyyətə, dilə, tarixə, milli ənənələrə xüsusi önəm verərək Azərbaycançılıq ideologiyasını dövlət siyasətinin mərkəzinə çıxardı.

"Bu ideologiya vətəndaş birliyini, multikultural harmoniyanı, milli kimliyin qorunmasını, dünyəvi dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdətini özündə birləşdirirdi. Azərbaycançılıq konsepsiyası bu gün də dövlət siyasətinin ideoloji bazasını təşkil edir və cəmiyyətin həmrəyliyini möhkəmləndirir. Bu gün Azərbaycanın dünyada artan nüfuzunun təməli məhz Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət xətti ilə bağlıdır. Ulu Öndər müasir və intizamlı ordu quruculuğunu milli dövlətçiliyin əsas şərti hesab edirdi. Onun rəhbərliyi altında peşəkar ordunun formalaşdırılmasına başlandı, hərbi strategiya və təhlükəsizlik konsepsiyaları hazırlandı, müdafiə potensialı sistemli şəkildə gücləndirildi. Bu əsaslar sonradan Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici rol oynadı. Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğal altında olan torpaqların azad olunması milli dövlətçilik tariximizin ən strateji hədəflərindən biri olmuşdur. Bu hədəfin həyata keçməsində Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri xüsusi əhəmiyyət kəsb edir. O, həm 1990-cı illərin ağır və çətin dövründə müharibəni məğlubiyyət mərhələsindən xilas etmiş, həm də gələcək qələbəyə aparan siyasi, diplomatik, hərbi və ideoloji əsasları yaratmışdır. Bu baxımdan Heydər Əliyevin fəaliyyəti işğalın dayandırılması və sonrakı azadlıq prosesinin təməl mərhələsi kimi qiymətləndirilməlidir".

Deputat qeyd edib ki, Ulu Öndər torpaqların azad edilməsinin yalnız siyasi danışıqlar və diplomatiya ilə deyil, güclü ordu ilə mümkün olacağını dəqiq bilirdi.

"Sonralar Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda qazanılan Qələbə məhz Heydər Əliyevin zamanında uzaqgörənliklə inkişaf etdirdiyi ordu quruculuğunun təntənəsi idi. Bütün bu addımlar Azərbaycanın 2020-ci ildə əldə etdiyi tarixi Zəfərin əsasını təşkil etdi. Buna görə də Qarabağın azadlığı Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin, Prezident İlham Əliyevin qətiyyətinin və Azərbaycan xalqının birliyinin tarixi nəticəsi kimi dəyərləndirilir".

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Dekabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri