Icma.az
close
up
RU
Prezident İlham Əliyev TDT nin gələcək inkişaf istiqamətlərini müəyyən etdi Sevil Mikayılova

Prezident İlham Əliyev TDT nin gələcək inkişaf istiqamətlərini müəyyən etdi Sevil Mikayılova

Icma.az, Milli.az saytına istinadən bildirir.

Prezident İlham Əliyevin 7 oktyabr 2025-ci il tarixində Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündəki çıxışı, həm Azərbaycan, həm də bütün Türk dünyası üçün strateji əhəmiyyət daşıyan bir hadisədir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

S.Mikayılova qeyd edib ki, TDT ciddi geosiyasi güc mərkəzi kimi formalaşır:

"Bu, təşkilatın beynəlxalq nüfuzunun artmasının göstəricisidir və Türk dövlətlərinin bir ailə kimi birləşdiyini bir daha təsdiqləyir. Prezident İlham Əliyevin çıxışında həmçinin Azərbaycanın təşkilata maliyyə dəstəyi, daxili sabitliyi, gənc və dinamik əhalisi, nəqliyyat-logistika potensialı və hərbi gücü kimi amillər önə çəkildi ki, bunlar da TDT-ni qlobal arenada vacib aktora çevirir. Hərbi əməkdaşlıq, xüsusilə Türkiyə ilə birgə keçirilən təlimlər, regional təhlükəsizlik və birgə müdafiə strategiyalarının əsasını təşkil edir. Prezident İlham Əliyevin 2026-cı ildə Azərbaycanda birgə hərbi təlimlərin keçirilməsi təklifi, təşkilatın müdafiə qabiliyyətlərinin daha da möhkəmlənməsinə işarədir."

S.Mikayılova əlavə edib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər və 2023-cü ildə antiterror əməliyyatları nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, çıxışın ən önəmli mövzularından biri oldu:

"Bu, ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə yanaşı, bölgədə ədalət, sülh və sabitliyin təminatına böyük töhfədir. Vaşinqtonda paraflanan sülh sazişi isə Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün əsas addımdır. Prezident İlham Əliyev həmçinin nəqliyyat və enerji sahəsində Azərbaycan-Türk dünyası əməkdaşlığının strateji əhəmiyyətini vurğuladı. Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirakı, Zəngəzur dəhlizinin açılması və enerji təhlükəsizliyinə yönəlmiş layihələr regionun iqtisadi inkişafına güclü təkan verir. Eyni zamanda, bərpa olunan enerji sahəsindəki irəliləyişlər gələcəyə baxışın əyani nümunəsidir."

Deputat bildirib ki, Prezident İlham Əliyevin çıxışda həmçinin Türk dünyasının ortaq tarixi və mədəni irsinə böyük diqqət yetirildi:

"1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunması təklifi, birliyimizin tarixə bağlılığını və gələcəyə ümidlə baxışını simvolizə edir."

S.Mikayılova vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurun bərpasına göstərilən beynəlxalq qardaşlıq dəstəyi və infrastruktur layihələri, Türk Dövlətləri arasında həmrəylik və qarşılıqlı yardımlaşmanın ən gözəl nümunəsidir.

"Bu, Azərbaycan xalqının qardaş dövlətlərə minnətdarlığını ifadə edir və gələcəkdə bu birliyin daha da güclənəcəyinə işarədir.Ümumilikdə, Prezident İlham Əliyevin çıxışı Türk Dövlətləri Təşkilatının strateji, hərbi, iqtisadi və mədəni baxımdan güclənməsini vurğulayır, bu platformanın gələcəkdə Türk dünyasının birliyi və regionun sabitliyi üçün əvəzolunmaz rol oynayacağını təsdiqləyir. Bu, sadəcə regional deyil, həm də qlobal səviyyədə əhəmiyyətli bir çağırışdır", - deyə millət vəkili əlavə edib.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 Oktyabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see225

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see213

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see181

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see142

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see135

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see134

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see133

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see132

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see131

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see130

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see128

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see127

Duz beyinə necə təsir edir?

22 Noyabr 2025 07:37see125

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see124

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see123

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see122

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see122

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see122

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see121

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri