Icma.az
close
up
RU
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Art Weekend festivalı keçiriləcək

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Art Weekend festivalı keçiriləcək

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda incəsənət festivalına hazırlıq başlayıb.

Fonddan APA-ya verilən xəbərə görə, 31 oktyabr - 2 noyabr tarixlərində incəsənət həvəskarlarını maraqlı və qeyri-adi bir həftəsonu gözləyir.

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) layihəsi həftəsonu Bakını yaradıcılıq, duyğular və enerji dalğasına bürüyəcək.

Art Weekend üçün əsas element su seçilib və fəlsəfi, bədii, ekoloji baxımdan layihənin konsepsiyasının mərkəzində yer alacaq. Bu da təsadüfi deyil. Belə ki, su həm yaradıcı metafora, dəyişimin güzgüsü, həm də insan və təbiət arasında körpünün rəmzidir.

Azərbaycanla yanaşı, digər ölkələrdən də tanınmış rəssam, kurator və incəsənət xadimlərinin iştirak edəcəyi Art Weekend festivalında yaradıcı şəxslər Bakıda bir araya gələrək, suyu yaradıcılığın hər növünə nüfuz edən bir güc və mövzu kimi araşdıracaq.

Ənənəvi sərgi formatını aşacaq tədbirdə müxtəlif təqdimatlar, interaktiv instalyasiyalar da nümayiş olunacaq. İzləyicilər duyğularla döyünən heyranedici rəsmlər, insan ruhunu oyandıran heykəllər və incəsənətin digər sahələrinə aid gözəl nümunələrlə tanış olacaqlar.

Art Weekend zamanı Bakının müxtəlif incəsənət məkanlarında – qalereyalar, teatr, sərgi zalları və açıq səma altındakı sərgilərdə incəsənət və transformasiya ruhu birləşəcək.

“Gələcəyi İNDİ Duy” – sadəcə bir incəsənət hadisəsi deyil, həm də dünyaya yeni baxış üçün insan hisslərinin dərinliyinə qərq olub özünü yenidən kəşf etməyə bir dəvətdir.

Art Weekend təşkilatçıları hər kəsi gələcəyə toxunmağa və onu hiss etməyə çağırır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 Aprel 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri