Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Fernando Boteronun həyat dolu əsərləri “Art Weekend”də Heydər Əliyev Mərkəzində

Fernando Boteronun həyat dolu əsərləri “Art Weekend”də Heydər Əliyev Mərkəzində

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məşhur kolumbiyalı rəssam-heykəltaraş, insanları və heyvanları, eləcə də müxtəlif fiqurları nəhəng ölçüdə təqdim etməklə “Boterismo” üslubunu yaratmış Fernando Boteronun əsərləri ilk dəfə oktyabrın 31-də Heydər Əliyev Fondunun təşkil etdiyi “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyimizi İNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) layihəsi çərçivəsində Bakıda sərgilənəcək. 

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Mərkəzində nümayiş olunacaq “Bədii formanın təntənəsi” (The Triumph of Form) adlı fərdi sərgidə rəssamın 100-dən çox əsəri təqdim ediləcək.

Bu əsərlər Fernando Boteronun 70 il ərzində yaratdığı sənət nümunələridir. Bunların arasında rəssamın həm 14 yaşında olarkən korrida səhnələri ilə yaratdığı ilk akvarel işləri, həm də kətan üzərində fərdi rəsm texnikası ilə çəkdiyi əsərləri var. Müəllifin işləri parlaqlığı, həyatdoluluğu ilə seçilir.

Rəssam hətta Leonardo da Vinçinin “Mona Liza”sını öz üslubunda - böyük ölçüdə təqdim edir.  Boteronun “Atlı adam” heykəltaraşlıq əsəri 2022-ci ildə “Christie’s” hərracında 4.3 milyon dollara satılıb. Onun hərracdakı əsərinin satış rekordu isə 2023-cü ildə “Musiqiçilər’ əsərinə görə olub - 5.1 milyon dollar.  Ümumilikdə Botero 3000-dən çox rəsm əsəri, 200-dən çox heykəltaraşlıq nümunəsi yaradıb. 

Fernando Botero dünyada geniş auditoriyanın nəzər-diqqətini özünə çəkə bilib. 30-dan çox ölkədə 100-dək muzey sərgisi keçirilən, milyonlarla izləyicisi olan rəssam 20 yaşında Kolumbiyanı tərk etsə də, vətəni hər zaman onun ilham mənbəyi olub. Özünü “Kolumbiyalıların ən kolumbiyalısı” adlandıran Boteronun əsələrindəki mərkəzi mövzu uşaqlıq xatirələridir: Latın Amerikası həyatı, natürmortlar, korrida. Bununla da o, İtaliya intibahının universal ruhunu Latın Amerikasının həyat enerjisi ilə birləşdirib. 

Rəssam İspaniyanın “Lope de Veqa” teatr şirkəti üçün eskizlər hazırlayıb, 1950-ci illərdə Madrid və Parisdə yaşayaraq böyük ustadların əsərlərini araşdırıb, Florensiya Universitetində fresko texnikasını öyrənib, ABŞ-da abstrakt ekspressionizmi kəşf edib, Qabriel Qarsiya Markesin “Çərşənbə axşamı siesta” hekayəsini illüstrasiya edib. 1973-cü ildən heykəltaraşlıqla məşğul olmağa başlayan müəllif üçölçülü həcmlərə müraciət edib.  

2023-cü ildə vəfat edən rəssamın həyat və yaradıcılığına həsr olunan “Botera” sənədli filmi çəkilib. Film bir çox festivallarda müxtəlif nominasiyalarda mükafatlara layiq görülüb. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Oktyabr 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see631

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see304

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see293

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see281

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see275

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see255

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see253

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see248

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see242

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see237

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see231

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see230

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see216

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see205

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see205

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see204

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see204

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see198

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see191

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri