Icma.az
close
up
RU
Heydər Əliyev iqtisadi çöküşün qarşısını necə almışdı? Sabiq nazir tarixi hadisədən danışdı

Heydər Əliyev iqtisadi çöküşün qarşısını necə almışdı? Sabiq nazir tarixi hadisədən danışdı

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Bu gün Azərbaycan xalqının və dövlətinin tarixində, istər keçmiş sovetlər dönəmində, istərsə də Azərbaycanın XX əsrdə ikinci müstəqilliyi dönəmində böyük xidmətləri olmuş tarixi şəxsiyyət, müdrik dövlət və siyasət xadimi Heydər Əliyevin doğum günüdür. 1993 və 1998-ci ilin payızında Azərbaycan xalqının əksəriyyətinin dəstəyi ilə ölkə prezidenti seçilən ümummilli lider bu dövr ərzində Azərbaycanı bölünmə, parçalanma, müstəqilliyin itirilməsi təhlükəsindən, vətəndaş müharibəsindən xilas edib, Azərbaycanı uğurlu neft strategiyası, 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə qısa bir zamanda böyük inkişaf yoluna çıxarıb. Ulu öndər 2003-cü il dekabr ayının 12-də uzun sürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib.

Heydər Əliyevin 102-ci doğum günündə sabiq maliyyə naziri (1994-1999) Fikrət Yusifov mərhum dövlət başçısı ilə bağlı fikir və xatirələrini Oxu.Az-la bölüşüb.

- Fikrət müəllim, Heydər Əliyevin hakimiyyəti illərində ölkənin üçüncü maliyyə naziri olmusunuz. Ümummilli liderlə ilk tanışlıq necə oldu?

- Mənim Heydər Əliyev sevgim gənclik illərimdən yaranmışdı. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi birinci dönəm 1982-ci ildə, onun Moskvaya, Sovet İttifaqının rəhbərliyində yüksək vəzifəyə dəvət edilməsindən sonra rəsmi olaraq başa çatdı. Lakin Heydər Əliyev Moskvada yüksək vəzifədə çalışdığı zaman da Azərbaycan üçün çox işlər görə bildi.

Heydər Əliyev Moskvaya Sovet İttifaqının Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildiyi və Sovet İttifaqı Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olduğu dövrdə mən ovaxtkı Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (İndiki İqtisad Universiteti - red.) maliyyə fakültəsini yenicə bitirib, gənc mütəxəssis kimi respublikanın Maliyyə Nazirliyində çalışırdım.

Maliyyə Nazirliyində çalışdığım illərdə Azərbaycan nümayəndə heyəti ilə Moskvada SSRİ Dövlət Plan Komitəsində və Maliyyə Nazirliyində Azərbaycan Respublikasının növbəti il üçün dövlət büdcəsinin təsdiqi proseslərində dəfələrlə iştirak etmişəm. Bu qurumlarda görüşlər zamanı biz Heydər Əliyev şəxsiyyətinə rusların və digər millətlərdən olan şəxslərin nə qədər pərəstiş etdiklərini görür və bundan qürur duyurduq. Bütün bunlar mənim Heydər Əliyev sevgimi bir qədər də artırırdı. Bakıya geri qayıtdıqdan sonda düşüncəmdə bu fikirlər dolaşırdı: "Tale mənə belə bir nəhəng şəxsiyyətlə, belə bir yüksək idarəçilik bacarığı olan rəhbərlə birgə işləmək şansını qismət etmədi".

Moskvaya getməmişdən öncə Heydər Əliyevin tikdirdiyi, lakin orada bir gün də olsun oturmadığı indiki Prezident Aparatının binası önündən keçərkən hər dəfə özümə bu sualı verirdim: "Görəsən, tale Heydər Əliyevə qayıdıb bu binada oturmağı və Azərbaycana yenidən rəhbərlik etməyi bir də qismət edərmi?" Nəhayət bu baş verdi. Sovet İttifaqı dağılandan və Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra, 1987-ci ildə Mixail Qorbaçov kimi bir yaramaz, avantürist tərəfindən Moskvada yüksək vəzifədən uzaqlaşdırılmış Heydər Əliyev 1990-cı ilin iyul ayında Bakıya və oradan da Naxçıvana döndü.

Ümummilli liderin Azərbaycana qayıdışı tarixi bir hadisə idi. Ulu öndərin şəxsiyyətinə olan sevgim 1990-cı ilin sentyabr ayında məni Naxçıvana, onunla görüşə apardı. O zamanlar mən indiki İqtisad Universitetində müəllim işləyirdim. Tanıdığım insanlar məni Naxçıvan şəhərində Heydər Əliyevin yaşadığı evə apardılar. Qapıda görüşdüyümüz adama dedim ki, Heydər Əliyevə deyin, Bakıdan Xalq Təsərrüfatı İnstitutunun müəllimi gəlib və onunla görüşmək istəyir. Məruzə olundu və geri dönən adam dedi ki, "Heydər Əliyev deyir ki, yanımda xarici qonaqlar var, görüş bitsin, onu mütləq qəbul edəcəyəm". Görüşdük və saatyarım söhbət etdik. (Həmin görüşdə əcnəbi fotoqrafın çəkdiyi şəkli illər sonra, 2015-ci ildə təsadüfən Ukraynadan bir azərbaycanlının "Facebook" səhifəsindəki paylaşımından tapdım). Heydər Əliyevlə ilk tanışlığım belə başladı.

- Bəs nazir təyin olunmağınıza gedən proses necə oldu? Ümumiyyətlə, mərhum prezidentin kadr siyasətində prioritet nə idi?

- 1993-cü il iyun ayının 15-də Heydər Əliyev xalqın istəyi ilə Bakıya dönəndə mən artıq respublika maliyyə nazirinin birinci müavini vəzifəsində çalışırdım. Xalq Cəbhəsinin rəhbərliyi məni mütəxəssis-alim kimi bu vəzifəyə dəvət etmişdi. Həmin ilin ikinci yarısından etibarən mənim ulu öndərlə təmaslarım başladı. Sonradan maliyyə naziri istefaya getdi və mən nazirin səlahiyyətlərini icra etməli oldum. Bir ilə qədər bu şəkildə fəaliyyətimi davam etdirdim. Lakin bizim təmaslarımızda bir dəfə də olsun, mənim 1990-cı ildə Naxçıvana, onunla görüşə gəlməyim barədə söhbət olmadı. Heç şübhə etmirdim ki, fenomen yaddaşı olan Heydər Əliyev bunu yaxşı xatırlayırdı. Mən sanki Heydər Əliyevin rəhbərliyi altında çalışmaq kimi xəyallarımda illər uzunu yaşatdığım bir arzuma çatmışdım. Təsəvvür edin ki, bütün varlığımla çalışırdım və bir ilə qədər zaman kəsiyində Heydər Əliyevin rəhbərliyi altında çox böyük işlər görə bildik. O, 1994-cü ilin iyun ayının 28-də məni yanına dəvət etdi. İlk sözü bu oldu: "Artıq xeyli vaxtdır, fəaliyyətini izləyirəm və bu gün qərara gəldim ki, səni ölkənin maliyyə naziri vəzifəsinə təyin edim".

- Heydər Əliyevin iqtisadi siyasətindən danışaq. O, böhran içində olan ölkənin iqtisadiyyatını necə şaxələndirdi, bu istiqamətdə hansı addımlar atdı?

- Heydər Əliyevin dahi şəxsiyyət, böyük siyasət adamı, bənzərsiz dövlətçilik baxışları barədə çox yazılır, çox danışılır. Ancaq bunları gözlə görmək və onunla təmasda olaraq duymaq bir başqa məsələdir. Mən xoşbəxtəm ki, həyatımda belə bir idarəçilik məktəbi keçə bildim. Xoşbəxtəm ki, belə bir nəhəng siyasət adamının rəhbərliyi altında, Sovet İttifaqı dağıldıqdan sonra tamamilə çökmüş Azərbaycan iqtisadiyyatını ayaq üstə qaldırıb, sürətli inkişaf relsləri üzərinə qoya bildik, ölkənin maliyyə, bank sistemini iflic vəziyyətdən çıxarmağa və illik 1 800%-ə çatan inflyasiyanı cilovlamağa nail olduq.

- Bu istiqamətdə ən yaddaqalan hadisələrdən biri də "Əsrin müqaviləsi" olub ki, həmin saziş sizin nazir olduğunuz dövrə təsadüf edir. Bu müqavilə ölkə iqtisadiyyatının inkişafına necə təsir göstərdi?

- 1994-cü ilin sentyabr ayında bağlanan "Əsrin müqaviləsi" ilə Azərbaycana, onun ümumi daxili məhsulundan 6-7 dəfə çox xarici investisiyaların yatırılması təsdiqləndi. Müstəqilliyin ilk illərində təlatümlər içərisində olan və bir-birinin ardınca dövlət çevrilişi cəhdləri ilə üz-üzə qalan bir ölkənin iqtisadiyyatına bu qədər vəsaitin yatırdılması barədə qərar fantastik və bəlkə də, tarixdə bənzəri olmamış bir hadisə idi. Bu investisiyalar Azərbaycan iqtisadiyyatına, onun neft-qaz sektoruna edilən yatırımlar deyildi, bu kapitallar Heydər Əliyev şəxsiyyətinə olan güvənə edilən yatırımlar idi ki, bu da bir həqiqətdir. Məhz həmin yatırımlarla bugünkü qalib Azərbaycan dövlətinin möhkəm, sarsılmaz təməli qoyuldu. "Güclü iqtisadiyyatı olmayan ölkə heç bir uğura imza ata bilməz" - Heydər Əliyevin iqtisadi siyasətinin fəlsəfəsi bu idi.

- Həmin dövrdə yaddaşınızda qalan hansı hadisəni xatırlayırsınız - yəni məhz ulu öndərin çevikliyi, uzaqgörən siyasəti və manevri özünü büruzə verib?

- Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan iqtisadiyyatı ciddi bir tənəzzül yaşayırdı. Müstəqillik əldə etdikdən sonrakı bir il ərzində, demək olar ki, ölkə iqtisadiyyatı iflic vəziyyətə düşmüşdü. Sovet dönəmində fəaliyyət göstərmiş müəssisələrin əksəriyyəti ya heç işləmir, ya da öz gücünün 15-50%-i səviyyəsində çalışırdı. Cəbhə hakimiyyəti isə səriştəsiz idarəçilik üzündən bu vəziyyəti nizama salmaq yolunda, demək olar ki, heç nə edə bilmirdi. Belə bir durumda ölkənin maliyyə vəziyyəti də acınacaqlı bir halda idi. Bəzən büdcədən ən adi xərcləri belə maliyyələşdirmək mümkün olmurdu. Ölkədə hər gün artan inflyasiya insanların, onsuz da, acınacaqlı olan sosial durumunu bir qədər də çətinləşdirirdi. Həmin vaxt ölkənin Mərkəzi Bankının rəhbərliyinin yanlış və təxribat dolu addımları üzündən Azərbaycan manatı sürətlə və kəskin şəkildə ucuzlaşmağa başladı. Ən qısa zaman kəsiyində 1 ABŞ dollarının qiyməti 118 manatdan 3 800 manata qədər yüksəldi. Belə bir hiperinflyasiya şəraitində Bakı şəhərində küçələrdə açıq şəkildə valyuta alveri baş alıb gedirdi.

Heydər Əliyev iqtisadi komandanı toplayıb vəziyyətdən çıxış yollarının araşdırılması və təcili təkliflərin təqdim olunmasını tapşırdı. Yaranmış vəziyyəti nizamlamaq üçün atılacaq addımların hüquqi bazasını yaratmaq lazım idi. Tərəfimizdən hazırlanıb ulu öndərə təqdim olunmuş təkliflər dərhal reallaşdırıldı və atılan bu addımlar nəticəsində iki ay ərzində Bakı şəhərini və bütün ölkəni bürümüş küçə valyuta ticarəti qanuni fəaliyyət göstərən valyutadəyişmə məntəqələrinə köçürüldü. Bu addımlar nəticəsində ölkədə mövcud olmuş 1 800%-ə yaxın hiperinflyasiya azaldılaraq 1995-ci ilin sonunda 8-10% səviyyəsinə endirildi.

Ölkədə mövcud olan hiperinflyasiyanın Heydər Əliyevin rəhbərliyi altında bu şəkildə cilovlanmasından sonra, 1996-cı ildən başlayaraq ölkədə əsaslı iqtisadi və maliyyə islahatlarına rəvac verildi.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 May 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri