Icma.az
close
up
RU
Heydər Əliyev Papanı necə sevindirmişdi?

Heydər Əliyev Papanı necə sevindirmişdi?

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Bakıdakı Müqəddəs Məryəm Ana Kilsəsinə daxil oluruq və fotoqrafımız möhtəşəm freskaları seyr edərək heyranlıqdan donub qalır. Havada dini ehtiram sükutu var, bu sükut içərisindən Azərbaycanın mahiyyəti üzə çıxır - həqiqi din azadlığı və dinlər arasında sülhün hökm sürdüyü ölkə.

Qarşımızda Müqəddəs Məryəm Ananın heykəli durur və birdən işə başlamaq vaxtının gəldiyini dərk edirik. Pıçıltı ilə, təntənəli atmosferi pozmamağa çalışaraq, bir-birimizdən soruşuruq:

"Maraqlıdır, yepiskop haradadır?"

Fotoqrafın diqqətini xatirə kitabı və aprelin 21-də dünyasını dəyişmiş Roma Papası Fransiskin portreti cəlb edir. Kamera səssiz şəkildə bu əlamətdar detalları qeyd edərkən qəlbimizə heyrətamiz sakitlik və rahatlıq yayılır.

Gözlənilmədən bizə xoş təbəssümlü, sadə geyimli bir kişi yaxınlaşır.

"Üzr istəyirik, biz yepiskop Vladimir Fekete ilə müsahibə almaq istərdik", - deyə ona müraciət edirik.

"O mənəm", - deyə kişi parlaq təbəssümlə cavab verir.

Beləliklə, Oxu.Az-ın müasir Azərbaycan üçün xarakterik olan dini dözümlülük və harmoniya ruhunu təcəssüm etdirən insanla söhbəti başlayır:

- 2016-cı ildə Bakıdakı Müqəddəs Məryəm Ana Kilsəsində Roma Papası Fransisk ilə tarixi görüşünüz oldu. Onunla Azərbaycan və xalqımız haqqında danışmaq imkanınız oldumu? O, ölkəmiz haqqında nə dedi?

- Bəli, biz, həqiqətən də, bu barədə danışdıq, həm də təkcə o zaman yox. O vaxtdan bəri biz müxtəlif şəraitlərdə üç və ya dörd dəfə görüşmüşük, həm Astanada (Qazaxıstan), həm sonra Ulan-Batorda (Monqolustan), həm də Slovakiyada, o, üç il əvvəl mənim vətənimə gələndə.

Papa dünyada baş verən hadisələrdən mükəmməl şəkildə xəbərdar idi. Mənim Azərbaycandakı Katolik Kilsəsinin apostol prefekti təyin olunmağımdan sonra o həmişə Azərbaycan və Ermənistan arasındakı münaqişənin sülh yolu ilə həllinə maraq göstərirdi. Onun, demək olar ki, həmişə ilk sualı bu olurdu: "Qarabağ münaqişəsində sülhə nail olmaq mümkün oldumu?"

Mən cavab verirdim ki, bir çox inanclılar sülh üçün dua edirlər, lakin bəlkə də, bu dualar hələ kifayət deyil. Və ya bəlkə də, bu barışığa mane olan qüvvələr var. Papa həmişə deyirdi: "Dua edin, dua edin. Tanrı Azərbaycan xalqına sülh içində yaşamağa kömək edəcək. Və qoy qonşular da azərbaycanlılarla sülh içində yaşamağı arzu etsinlər". Bu onu, həqiqətən, çox narahat edirdi.

- Papa Fransiskin vəfatından sonra bir çox inanclılar mümkün dəyişikliklərdən narahatdırlar. Yeni seçilmiş Papa Katolik Kilsəsinin çoxəsrlik ənənələrini dəyişdirə bilərmi?

- Şübhəsiz, Papa çox şeyi dəyişdirə bilər, çünki o, kilsə qanunundan üstündür. Buna misal Papa Fransiskdir ki, o, rəsmi Papa mənzillərində yaşamadı, özü üçün daha sadə yaşayış yeri seçdi - Kaza Santa Marta (Vatikandakı Müqəddəs Marta Evi, adətən, Roma kuriyasının işləri ilə bağlı gələn ruhanilər və dünyəvi şəxslər orada qalırlar - red.). Beləliklə, o, öz təvazökarlığını və sadə insanlara yaxınlığını vurğulamaq istəyirdi.

Əlbəttə, hər bir Papa kilsənin həyatına öz töhfəsini verir - öz şəxsiyyətindən, mədəniyyətindən, vərdişlərindən asılı olaraq. Lakin dəyişikliklər imanın mahiyyətinə və ya onun ehkamlarına toxunmur. İnanıram ki, müqəddəs ruhun təsiri altında kardinallar məhz bu çətin dövrdə lazım olan şəxsi seçəcəklər. Dünya bu gün fikir ayrılıqları və narahatlıqlar yaşayır - və mən dua edirəm ki, yeni Papa, İsa kimi, birlik və təvazökarlıq simvolu ola bilsin.

- 2002-ci ilin may ayında Roma Papası II İohann Pavel ümummilli lider Heydər Əliyevin dəvəti ilə Azərbaycana rəsmi səfər etdi. Sizdə həmin səfərdən hansı təəssürat qaldı?

- Bu səfəri çox yaxşı xatırlayıram. Ondan iki il əvvəl, salezianların (müqəddəs İoann Bosko tərəfindən əsası qoyulmuş monastır ordeni - red.) provinsialı olaraq, mən Azərbaycana tarixi katolik mövcudluğunu bərpa etmək üçün ilk iki qardaşı göndərdim. Papanın səfəri barədə məlum olduqda mən dərhal Bratislavadan uçub gəldim ki, yaxında olum və hazırlıqlarda iştirak edim. Bu çox ilhamverici idi.

Xatırlayıram ki, "Gənclik"dəki kiçik kilsəmizdə şəxsən II İoann Pavelin əlini sıxdım və onu komandamız adından təbrik etdim. Əl Oyunları Sarayındakı ibadəti isə böyük təəssürat yaratdı: səhhətinin zəifliyinə və yaşına baxmayaraq, o yenə də gəldi. O zaman mən xüsusilə hiss etdim ki, Azərbaycan xalqı yaşlı insanlara necə hörmətlə yanaşır.

Məhz onun səfəri zamanı Prezident Heydər Əliyev tərəfindən indiki məbədin tikilməsi üçün torpaq sahəsinin ayrılması barədə qərar qəbul edildi. Bundan sonra Katolik Kilsəsi Azərbaycanda rəsmi status aldı - burada ənənəvi mövcud olan dini icma kimi. Katoliklər burada əsrlər boyu yaşayıb işləsələr də, sovet dövründə bir çox şey itirilmişdi.

- Sizin yepiskop təyin olunmağınız Azərbaycandakı katoliklər üçün nə deməkdir?

- Yepiskop diosezu (və ya yeparxiyanı) - kilsə-inzibati vahidini idarə edir. Bu, dini həyatın artıq inkişaf etdiyi, kilsələrin, icmanın olduğu ölkədə katolik kilsəsinin mövcudluğunun ən yüksək formasıdır.

Mənim yepiskop təyin olunmağım bizim üçün əsl sürpriz oldu. Papa Fransisk bunu Azərbaycana və katolik icmasına hörmət əlaməti olaraq etdi. Bizim cəmi iki kilsəmiz və az sayda yerli icmamız olsa da - əsasən, əcnəbilər - bu addım böyük mənəvi və simvolik əhəmiyyət daşıyır. Biz bu qərarına görə Papaya çox minnətdarıq.

- Tarixi mənbələrə görə, İsanın 12 həvarisindən biri olan Varfolomey eramızın 71-ci ilində Bakıdakı Qız qalasının yaxınlığında çarmıxa çəkilib. Sonralar onun çarmıxa çəkildiyi yerdə alban məbədi, 1892-ci ildə isə Müqəddəs Varfolomey Kapellası tikilib. Bakını xristianlar üçün müqəddəs şəhər hesab edə bilərikmi?

- Biz, həqiqətən də, hər il bu yerdə Rus Pravoslav Kilsəsinin yepiskopu ilə birlikdə həvari Varfolomeyin xatirəsini qeyd edirik. Bu, xüsusi gündür - Bakının və bütün Azərbaycanın himayədarı kimi hörmət etdiyimiz həvarinin şərəfinə dua mərasimi.

Bizim üçün bu, İsanın ən yaxın davamçılarından birinə hörmət göstərmək imkanıdır. Və biz şadıq ki, müqəddəs Varfolomeyin qalıqlarının bir hissəsi Vatikan tərəfindən verilib və indi Bakıdakı Rus Pravoslav Kilsəsinin kafedral kilsəsində saxlanılır. Bu təkcə mənəvi deyil, həm də fiziki mövcudluqdur - bu yerin xüsusi müqəddəsliyinin əlamətidir.

Elçin Aslangil, Rufina Abdullayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:42
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Aprel 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see576

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see244

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see241

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see152

PA nın Vətəndaş Qəbulu Mərkəzində avqust ayı üçün qəbul cədvəli AÇIQLANDI

23 İyul 2025 18:12see149

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see143

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see141

Xankəndi şəhərində “Sarı gəlin” abidəsi belə ola bilər

23 İyul 2025 17:48see141

ABŞ da qırmızı ət qiymətləri rekord həddə çatdı

23 İyul 2025 20:13see138

BYD və “Geely”də saxtakarlıq aşkarlandı Subsidiyalar bu mexanizmlə mənimsənilir

23 İyul 2025 20:07see138

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see136

Aktivlərinin həcminə görə Azərbaycan banklarının RENKİNQİ

23 İyul 2025 18:27see135

YPG Suriyada silahları təhvil verməyəcəyini açıqlayıb

24 İyul 2025 02:48see132

“Qarabağ”ın darmadağınla qələbəsi Video

24 İyul 2025 02:30see131

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see130

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see129

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see129

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see126

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see124

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri