Icma.az
close
up
RU
Heydər Əliyev irsi ədəbi düşüncələrdə

Heydər Əliyev irsi ədəbi düşüncələrdə

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

14.07.2026-cı il tarixdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının qərargahında Azərbaycan Yazıçılar Birliyinin Lənkəran regional bölməsinin üzvləri ilə birlikdə "Heydər Əliyev irsi ədəbi düşüncələrdə" mövzusunda görüş keçirildi.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev açaraq bildirdi ki, 14 iyul 1969-cu il qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün kimi tarixə düşmüşdür. Heydər Əliyevin hakimiyyətə gəldiyi illərdə respublikada klassik mədəni irsimizin öyrənilməsi, milli özünüdərk, milli mənlik şüurunun dirçəldilməsi Heydər Əliyevin simasında dolğun mövcudluğunu yaşamışdır. O, həmişə Azərbaycan yazarlarının qayğısına qalmış, onların fəaliyyətini yüksək qiymətləndirmiş, yazıçı və şairlərə dövlət mükafatları, fəxri adların verilməsini, yubileylərinin keçirilməsinin təşkil edilməsini həmişə diqqət mərkəzində saxlamışdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətində ədəbiyyat amilinin yeri, rolu və imkanları çox geniş anlayış olmuş, ədəbiyyatın özü də ona qüdrətli Azərbaycan dövlətini qurmaqda, dövlət quruculuğunu uğurla həyata keçirilməsində imkanlar yaratmışdır. İ.Əmənullayev daha sonra Ulu öndərin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan dilinin dövlət dili kimi konstitusiyada təsbit olunduğunu görüş iştirakçılarının diqqərinə çatdırdı.

Azərbaycan Yazıçılar Birliyinin Lənkəran regional bölməsinin sədri, yazıçı-publisist Qafar Cəfərli bugünki tədbirin əhəmiyyətindən danışaraq bildirdi ki, Heydər Əliyev həmişə Azərbaycan ədəbiyyatının nümayəndələrinə hami olmuş, klassik ədəbiyyatın inkişafı, xalqa qaytarılması istiqamətində bir sıra möhtəşəm işlərə imza atmışdır. O, Heydər Əliyevin ədəbiyyat və mədəniyyət xadimləri ilə şəxsən tanış olduğunu, onların yaradıcılığına yaxından bələd olduğuna və bu insanlara həmişə xüsusi diqqət və qayğı ilə yanaşdığını dilə gətirdi.

Tədbirdə iştirak edən Yazıçılar Birliyinin üzvləri – professor Yədulla Ağazadə, şair Səyavuş Süleymanlı, yazıçı-publisist Hafiz Mirzə, şair Əhməd Haqsevər, şair Ziyafət Yəhya, şair Xatirə Xatun, şair Bəxtiyar Əliyar, yazıçı-publisist Bəxtiyar Hüseynov, dosent Leyla Məcidova, yazıçı-publisist Xudaverdi Cavad, şair Ofelya Nəzərova Heydər Əliyevin Dədə Qorqud dastanının 1300 illiyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamın ən unudulmazlar sırasında olduğundan, Nizami Gəncəvi ilə bağlı gördüyü böyük işlərdən, Füzuli Və Nəsiminin yubileyinin beynəlxalq miqyasda qeyd edilməsindən, Molla Pənah Vaqifin məqbərəsinin inşa edilməsindən, Heydər Əliyevin Hüseyn Cavidə nə qədər həssas yanaşdığı və onun nəşinin uzaq Sibirdən vətənə gətirmək kimi üzərinə böyük bir missiyanı götürməsindən söhbət açdılar. Onlar Azərbaycan bədii ədəbi irsinin mahir bilicisi olmuş Heydər Əliyevin milli ədəbiyyata, onun ölməz yaradıcılarına olan xüsusi maraq və sevgisindən bəhs etdilər. Onlar bu gün də regionda Yeni Azərbaycan Partiyasının Yazıçılar Birliyinin üzvlərinə olan diqqət və münasibətin hər addımda nəzərə çarpdığını, YAP iqtidarının ədiblərə xüsusi qayğı göstərdiyini, birliyin üzvlərinə Prezident təqaüdünün verilməsini, yaradıcılıq şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsini dilə gətirdilər.

Yazıçı və şairlərlə görüş çay süfrəsi arxasında davam etmiş, sonda xatirə şəkli çəkilmişdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 İyul 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see321

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see266

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see249

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see239

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see239

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see213

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see213

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see190

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see188

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see187

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see186

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see184

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see184

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see174

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see169

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see157

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see148

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri